06 Dekabr 2024, Cümə

18 noyabr tarixində Cəmşid Naxçıvanski Muzeyində hamiliklə bağlı Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə “Araz-Türk Cümhuriyyətinin yaranması və fəaliyyəti”   mövzusunda açıq dərs keçirilmişdir.

 Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbiri Nazirliyin şöbə müdiri Gülbuta Babayeva giriş sözü ilə açmış, Cəmşid Naxçıvanski Muzeyinin direktoru Abasət Nuriyev “Araz-Türk Cümhuriyyətinin yaranması və fəaliyyəti” mövzusunda çıxış etmişdir.

Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasında təhsil siyasəti çox uğurla həyata keçirilir. Bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrini də əhatə edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamı bu sahədə qarşıya yeni vəzifələr qoymuşdur. 2021-2022-ci tədris ilində Sərəncamın icrası ilə bağlı Nazirlik, ali və orta ixtisas təhsili müəssisələri tərəfindən  birgə Tədbirlər Planı, həmçinin keçiriləcək tədbirlərin qrafikləri  təsdiq edilmişdir. Sərəncama əsasən Mədəniyyət Nazirliyi 16 ixtisasa hamilik edir ki, onlardan biri də Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasıdır.

          Vurğulanmışdır ki,  Araz-Türk Cümhuriyyətinin tarixi yaranması, fəaliyyəti və süqutu bölgənin və Naxçıvan diyarının 1918-1919-cu illərdəki ictimai-siyasi vəziyyəti ilə əlaqədardır. Araz-Türk Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq bölgənin taleyində mühüm rol oynamaqla, Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünü təmin etdi. O, Naxçıvan, Şərur, Ordubad və digər bölgələrin əhalisinin düşmənə qarşı mübarizə üçün birləşdirilməsində mühüm rol oynamaqla yanaşı, bölgənin ermənilər tərəfindən işğal edilməsinə imkan vermədi. Araz-Türk Cümhuriyyəti dövründə əldə edilmiş nailiyyətlər təkcə o dövr üçün yox, bütövlükdə bölgənin taleyi, bu günü və gələcəyi üçün də çox böyük əhəmiyyətə malikdir.

          Sonda tələbələr muzeyin ekspozisiyası ilə tanış olmuşlar.

 

  Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin Mətbuat xidməti

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR