07 Dekabr 2024, Şənbə

23 noyabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi  haqqında” 2021-ci il 16 oktyabr  tarixli Sərəncamının icrası ilə bağlı Naxçıvan Dövlət Xalça Muzeyində  ”Naxçıvan” Universitetinin Pedaqoji fakultəsinin “Tarix” ixtisası üzrə tələbələrinə açıq dərs keçirilmişdir. 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən açıq dərsi giriş sözü ilə muzeyin direktoru Ülviyyə Məmmədova açaraq  görkəmli sənətkarın həyat və yaradıcılığı haqqında danışaraq Kamil Əliyevin  xalça  sənətinə bəxş etdiyi misilsiz töhfələri diqqətə çatdırdı. 

Qeyd edildi ki, Kamil Əliyevin  toxuduğu sujetli xalçalarda bir qayda olaraq o məğrur, mübariz, humanist simaları ilmələrlə tam ifadə etmək üçün bütün bacarığını sərf edir, hər bir portretin özünə xas kompozisiyasını yaradırdı. Kamil Əliyev Azərbaycan xalçasını, bu sənətin inkişafda olan müasir vəziyyətini dünyanın hər yerində tanıtdı. O, Azərbaycan xalçasında tarixi yaratdı, dühalarımızı, şəxsiyyətlərimizi əbədiləşdirdi.

   Vurğulanmışdır ki, 1980-2004-cü illər arasında rəssam “Heydər Əliyev” xalçasının onlarla variantda layihəsini hazırlayır və bu layihələrdən üçünü ilmələr üzərinə köçürür: 1980, 1998 və 2004-cü illərdə.

 Azərbaycan incəsənətinə göstərdiyi xidmətlərə görə Kamil Əliyev 1967-ci ildə Əməkdar, 1982-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb.   1999-cu ildə “İstiqlal” ordeni təltif edilib.        

  Muzeyin baş elmi işçisi Sevinc Səbzəliyeva “Sənətin Kamil zirvəsi” mövzusunda çıxış edərək sənətkarın ömür və sənət yolları, Azərbaycan xalça sənətində qoyduğu məktəb haqqında geniş məlumat verib.

Sonda tələbələrə əyani şəkildə xalça toxunması nümayiş etdirilmiş və ekspozisiyaya baxış keçirilmişdir.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət 

Nazirliyinin Mətbuat xidməti

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR