06 Dekabr 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında “Rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası ilə bağlı cari ilin ötən dövründə muxtar respublikanın bütün rayonlarını əhatə etməklə 27 halda qəsəbə və kənd mərkəzlərində maarifləndirici görüşlər keçirilib.


Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə nağdsız ödənişlərin üstünlükləri haqqında danışılaraq bildirilib ki, onun tətbiq edilməsinin rahat olması, üzərində böyük miqdarda nağd pul daşımağa ehtiyac qalmaması, həm ölkə daxilində, həm də xaricdə alış-veriş üçün ödəniş imkanının olması, kommunal və ya mobil xidmətləri nağdsız ödəmək mümkünlüyü sakinlərin rahatlığına xidmət edir.
Diqqətə çatdırılıb ki, muxtar respublika ərazisində nağdsız ödəniş vasitələrinin həcminin artırılması daim diqqət mərkəzində saxlanılmaqla, POS-terminallar Naxçıvan şəhərində, rayon mərkəzlərində, böyük kənd yaşayış mərkəzlərində quraşdırılır, bu vasitələrə əhalinin əlçatanlığı təmin edilir. 1 noyabr 2021-ci il tarixə muxtar respublika ərazisində quraşdırılan bankomatların sayı 109 ədəd, POS-terminalların sayı 1501, o cümlədən 758 ədədi təmassız ödənişi dəstəkləyən POS-terminallar təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə quraşdırılan POS-terminalların sayında 165, ödəmə terminallarının sayında 26 ədəd artım müşahidə olunub. “Rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmalar”ın genişləndirilməsi istiqamətində görülmüş işlərin nəticəsidir ki, 2021-ci ilin 10 ayında muxtar respublika üzrə nağdsız ödənişlərin həcmi 96 milyon 205 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 milyon 80 min manat artmışdır. Nağdsız ödənişlərin 30 milyon 195 min manatı POS-terminallar, 66 milyon 10 min manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilib.
Bildirilib ki, əhalinin nağdsız ödənişlərə həvəsləndirilməsi, onlarda bu əməliyyatların vərdiş halına salınması üçün proqrama uyğun olaraq 2014-cü ildən ildə 2 dəfə olmaqla, həvəsləndirmə tədbirləri həyata keçirilir və bu günə kimi keçirilmiş 15 tirajda 4302 muxtar respublika sakininə 265 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR