06 Dekabr 2024, Cümə

11 nəfərlik alpinist qrupu Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbənin ildönümü münasibətilə Culfa rayonu ərazisindəki hündürlüyü 2 min 415 metr olan Haçadağa yürüş təşkil edilib. Yürüş Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən birgə təşkil edilib. Federasiyasının idmançıları da qardaş ölkə alpinistlərinə qoşularaq zirvəyə dırmanıblar.
Yürüşə Culfa rayonunun Gal kəndindən başlanılıb. Dağın zirvəsinə çatan yürüş iştirakçıları 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəman hərbçilərimizin xatirəsini yad edib, posterlər açıb, sonra iki ölkənin dövlət bayraqlarını dalğalandırıblar.
Yürüşdən sonra alpinistlərə fəxri fərman və xatirə plaketi verilib.

 Xəbərlər şöbəsi

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR