06 Dekabr 2024, Cümə

Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulluğu tərəfindən qardaş ölkənin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 83-cü ildönümü münasibətilə anım tədbiri keçirilmişdir.


Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz böyük öndərin Naxçıvan şəhərindəki büstü önünə əklil qoymuşdur.
Sonra Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi ataşşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, türk iş adamları və türkiyəli tələbələr də iştirak edərək abidə önünə gül dəstələri qoymuş, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildirmişlər.
Anım tədbiri Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam etdirilmişdir.

“Şərq qapısı”

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR