08 Oktyabr 2024, Çərşənbə axşamı

Naxçıvanda əhalinin sağlamlığının qorunması məqsədilə 11 gün davam edən dezinfeksiya tədbirlərinin növbəti mərhələsi yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, dərmanlama işləri qrafik əsasında muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində əhalinin intensiv istifadə etdiyi mərkəzləri əhatə edib.

Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi və Dövlət Baytarlıq Xidmətinin birgə təşkilatçılığı ilə həyata keçirilən tibbi-profilaktik tədbirlər avtomobil yollarını, prospekt, küçə, məhəllələri, idarə, müəssisə və təşkilatları, ticarət obyektlərini, istehsal müəssisələrini, ictimai yaşayış binalarını, park və istirahət mərkəzlərini, təlim-tədris müəssisələrini, ümumiyyətlə, əhalinin daha çox istifadə etdiyi məkanları əhatə edib.

Fövqəladə Hallar Nazirliyinin tərtib etdiyi qrafik əsasında 12 xüsusi təyinatlı avtomobillərlə aparılan profilaktik tədbirlər nəticəsində Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında, ümumilikdə, avtomobil yolları və piyada səkilərini əhatə edən 18 milyon kvadratmetrə yaxın ərazi dezinfeksiya edilib.

Naxçıvanda profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət olunmasının, bütün yaşayış məntəqələrində aparılan genişmiqyaslı dezinfeksiya işlərinin nəticəsidir ki, mövsümü xəstəliklərə, infeksiyalara, həmçinin koronavirusa ən az yoluxma faktı muxtar respublikada qeydə alınır.

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR