07 Dekabr 2024, Şənbə

17 noyabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi  haqqında” 2021-ci il 16 oktyabr  tarixli Sərəncamının icrası ilə bağlı  Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan Müəllimlər İnstitutunun “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrinə açıq dərs keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən açıq dərsi giriş sözü ilə muzeyin direktoru Ülviyyə Məmmədova açaraq  görkəmli sənətkarın həyat və yaradıcılığı haqqında danışdı, bu sənətə bəxş etdiyi töhfələri diqqətə çatdırdı.

Qeyd edilmişdr ki, Kamil Əliyevin toxuduğu xalçalarda həm mənəvi aləm, qədim tariximiz, zərif düzümlü bəzək elementləri, kalliqrafik yazılar, sonsuz və dərin rəng çalarları böyük ustalıqla təcəssüm edilib. Kamil Əliyev Azərbaycan xalçasını, bu sənətin inkişafda olan müasir vəziyyətini dünyanın hər yerində tanıtdı. O, Azərbaycan xalçasında tarixi yaratdı, dühalarımızı, şəxsiyyətlərimizi əbədiləşdirdi. İrqindən, coğrafi məkanlarından asılı olmayaraq dünya miqyasında tanınmış simaları xalçalarına qəhrəman seçdi.

Vurğulanmışdır ki, 1980-2004-cü illər arasında rəssam “Heydər Əliyev” xalçasının onlarla variantda layihəsini hazırlayır və bu layihələrdən üçünü ilmələr üzərinə köçürür: 1980, 1998 və 2004-cü illərdə.

Azərbaycan incəsənətinə göstərdiyi xidmətlərə görə Kamil Əliyev 1967-ci ildə Əməkdar, 1982-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb.   1999-cu ildə “İstiqlal” ordeni təltif edilib.        

Muzeyin baş elmi işçisi Sevinc Səbzəliyeva “Sənətin Kamil zirvəsi” mövzusunda çıxış edərək sənətkarın ömür və sənət yolları, Azərbaycan xalça sənətində qoyduğu məktəb haqqında geniş məlumat verib.

Sonda tələbələrə əyani şəkildə xalça toxunması nümayiş etdirilmiş və ekspozisiyaya baxış keçirilmişdir.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin Mətbuat xidməti

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR