06 Dekabr 2024, Cümə

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin aparatı və struktur qurumlаrı tərəfindən muхtаr rеspublikаdа mülki müdаfiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı, yаnğın təhlükəsizliyinin, tikintidə, sənаyеdə və dаğ-mədən işlərində tехniki təhlükəsizliyin təmin оlunmаsı istiqаmətində qаrşıyа qоyulan vəzifələrin icrаsı cari ilin oktyabr ayında da davam etdirilib.


Hesabat dövründə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazir­liyindən gətirilən 10 müasirtipli minaaxtaranın istifadə qaydalarını şəxsi heyətə öyrətmək məqsədilə Mülki Müdafiə Alayının pirotexniki taqımının şəxsi heyətinin iştirakı ilə “Ərazilərin mina və partlayış təhlükəli maddələrdən təmizlənməsi” mövzusu üzrə taktiki-xüsusi təlim keçirilib.
Mülki Müdafiə Alayının, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Kəngərli Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin 35 nəfərdən ibarət müxtəlifixtisaslı xilasedicilərinin “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə əməliyyat-taktiki təlimində iştirakı təmin olunub.
Hesabat dövründə 94 obyektdə fövqəladə hallara hazırlığın vəziyyəti yoxlanılıb. Nazirliyin aparatı və struktur qurumlarının xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin payız-qış mövsümü istismarı şəraitinə keçirilməsi ilə bağlı Mülki Müdafiə Alаyında və Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində məşğələlər keçirilib.
2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının, digər texniki avadanlıqların istismarına yol verilməməsi məqsədilə, ümumilikdə, 142 ticarət obyektində baxış-yоxlamalar keçirilib. Yаnğın təhlükəsizliyi оrqаnlаrı tərəfindən 351 obyektdə yoxlamalar aparılıb, 782 qazanxananın texniki və yanğın təhlükəsizliyi vəziyyəti yoxlanılıb. Mövsümi qazanxana işçiləri təlimatlandırılıb, sertifikatı olan şəxslərin işə cəlbi üçün obyekt rəhbərləri ilə maarifləndirici söhbətlər aparılıb. 261 nəfər qazanxana maşinisti kursuna cəlb olunub, 184 nəfər həmin kursu başa vurub. Hazırda 77 nəfər qazanxana maşinisti kursunu davam etdirir.
Aidiyyəti qurumların nümayəndələri ilə birgə 3843 yaşayış evində yoxlamalar aparılıb, yanğın cəhətdən təhlükəli оlan 79 elektrik, 127 şlanqla çəkilən qaz xətti dəyişdirilib, 30 şofbentipli suqızdırıcının, 293 tez qatlanan tüstü borusunun istismarı dayandırılıb. Muxtar respublikda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda könüllü və idarədənkənar yanğın komandalarının fəaliyyətinə nəzarət olunub, 19 yanğınsöndürmə avtomobilinin, 1 yanğın qatarının sazlığı və komandanın döyüş hazırlığı yoxlanılıb.
Naxçıvan şəhər ictimai yaşayış binalarında dəm qazından zəhərlənmənin qarşısını almaq məqsədilə 184 mənzilə baxış keçirilib, 71 mənzilin tüstü bacaları və havaçəkən kanalları təmizlənib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR