07 Dekabr 2024, Şənbə

 

 

 

Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının fəaliyyətinin gücləndirilməsi və kadr ehtiyacının təmin edilməsi üçün mütəmadi tədbirlər həyata keçirilir. “Naxçıvan Muxtar Respublikasının dövlət teleradio və mətbuat orqanlarına işə qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 mart tarixli Qərarı ilə mətbuat orqanlarına işə qəbulun esse imtahanı ilə keçirilməsi bu məqsədə xidmət edir. Eyni zamanda dövlət orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün də esse imtahanı keçirilir.


Esse imtahanında namizədin ümumi dünyagörüşü, bacarıq, təcrübə və şəxsi keyfiyyətlərinin müvafiq vakansiyaya uyğunluğu kağız daşıyıcılar üzərində essetipli tapşırıqlar vasitəsilə yoxlanılır. Namizədlərə esse tapşırığın yerinə yetirilməsi üçün 1 saat 30 dəqiqə vaxt verilir.
İmtahanda iştirakçılara müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən “Naxçıvan müstəqillik və dövlətçilik tarixində” mövzusu təqdim olunub. Müsabiqə komissiyası namizədlərin ixtisas bacarığını mövzunun əhatə olunması və faktlara istinad, üslub, namizədlərin fikirlərini məntiqi ardıcıllıqla ifadə etmək, abzaslarla fərqləndirmək, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətləri, fikir və düşüncələrini anlaşıqlı, ədəbi dilin normalarına uyğun şəkildə ifadə etmə meyarları, orfoqrafik qaydalara riayət və yaradıcılıq qabiliyyəti baxımından qiymətləndirir. Esse imtahanında 80 və daha çox bal toplamış namizəd müsahibə mərhələsinə buraxılır.
Dövlət teleradio və mətbuat orqanlarında vakant vəzifələrin tutulması üçün ilk dəfə keçirilən müsabiqədə iştirak etmək üçün 10, mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant vəzifələrin tutulması üçün esse mərhələsində iştirak etmək üçün 4 namizəd sənəd təqdim edib. Onlardan mətbuat orqanları üzrə 9, baş məsləhətçi vəzifələri üzrə isə 4 namizəd imtahanda iştirak edib.
Esse imtahanının nəticələrinə əsasən dövlət teleradio və mətbuat orqanlarında vakant vəzifələrin tutulması üçün müraciət edən namizədlərdən 5, baş məsləhətçi vəzifəsini tutmaq üçün müraciət edən namizədlərdən isə 2 keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR