01 Noyabr 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin tələbələrinin iştirakı ilə 12 noyabr – Konstitusiya Gününə həsr olunmuş “Azərbaycanın ilk müstəqil Konstitusiyası və Naxçıvan Muxtar Respublikasının Konstitusiyası” mövzusunda açıq dərs keçilmişdir.


Açıq dərsi giriş sözü ilə açan mərkəzin elmi katibi Nihad Tarverdiyev tələbələrə mərkəz haqqında ümumi məlumat vermişdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanın ilk müstəqil Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuşdur. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. 1996-cı il fevralın 6-da ulu öndər Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilmişdir.
Vurğulanmışdır ki, tarixən Naxçıvanın müasir dövlətçilik institutlarının formalaşmasında özünəməxsus, idarəçilik ənənələri mövcud olmuşdur. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası 1998-ci il aprelin 28-də birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 5-ci sessiyasında qəbul edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun və 29 dekabr 1998-ci il tarixli iclaslarında təsdiq edilmişdir. 1999-cu il yanvarın 8-dən qüvvəyə minmişdir.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyası preambula ilə başlayaraq Naxçıvan muxtariyyətinin həm beynəlxalq hüquqla, həm də daxili hüquqla tənzimlənən aktlarını sadalamaqla Naxçıvanın məxsus olduğu zəngin dövlətçilik və muxtariyyət tarixinə qısa nəzər salır. Azərbaycanın əsas hissəsindən aralı düşən, düşmən əhatəsində eksklav halında mövcudiyyətini sürdürən Naxçıvan Muxtar Respublikası da Azərbaycanın vahid dövlətçilik siyasətinin istənilən istiqamətinin ümumi qaydada aparılmasını həm Azərbaycan Respublikasının Konstitusiyası, həm də Naxçıvan Muxtar Respublikası Konstitusiyası da qəti müəyyənləşdirir.
Açıq dərsin sonunda mərkəzdə yaradılan sərgilərə, həmçinin mərkəzin çap materialları fonduna baxış olmuş, tələbələrin sualları cavablandırılmışdır.

* * *

Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə giriş sözü ilə çıxış edən ali təhsil müəssisəsinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də referendum yolu ilə keçirilərək qəbul edilən Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.
Hüquq fənləri kafedrasının baş müəllimi Yunis Xəlilov, Hüquqşünaslıq istisası üzrə II kurs tələbəsi Aynur Məmmədova çıxışlarında bildiriblər ki, Azərbaycanın qanunvericilik sisteminin əsasını təşkil edən, Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya ölkədə siyasi sabitliyin, ictimai sülhün və milli barışığın qarantı kimi çıxış edir, hüquqi-siyasi münasibətlər sisteminə və hüquq düşüncəsinə əhəmiyyətli təsir göstərir.
Sonda Naxçıvan Dövlət Universiteti Televiziyasının hazırladığı videoçarx nümayiş etdirilib.


Xəbərlər şöbəsi

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR