27 Dekabr 2024, Cümə

Noyabrın 16-sı Azərbaycan-Ermənistan dövlət sərhədində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan leytenant Niftəliyev Ümüd Oruc oğlu ilə vida mərasimi keçirilib. Azərbaycan Ordusunun gənc zabiti Nehrəm qəsəbə qəbiristanlığında torpağa tapşırılıb. Şəhidin dəfn mərasimində Babək Rayon İcra Hakimiyyətinin başçısı, dövlət və hökumət nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, Ali Məclisin deputatları, ictimaiyyət nümayəndələri, minlərlə sakin iştirak edib.

İzdihamlı mərasimdə çıxış edənlər şəhidin ailəsinə başsağlığı verib, Vətən uğrunda şəhid olan qəhrəman övladımızın qanının yerdə qalmadığını qeyd ediblər. Bildirilib ki, noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin ölkəmizə qarşı törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalanlardan biri də 1998-ci ildə Babək rayonunun Nehrəm qəsəbəsində doğulub boya-başa çatan Niftəliyev Ümüd Oruc oğludur. Gənc zabit hələ Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlığa görə Müzəffər Ali Baş Komandan tərəfindən “Şuşanın işğaldan azad olunmasına görə” medalına layiq görülmüşdü. Ümüd Niftəliyevin qısa, amma şərəfli ömür və döyüş yolu gənc nəsillər və gələcək zabitlər üçün bir örnəkdir. Xalqımız Ümüd kimi minlərlə oğlu ilə qürur duyur, onların rəşadəti və qəhrəmanlığı hesabına bu gün Qarabağ torpağı dirçəlir, üçrəngli qürur mənbəyimiz işğaldan azad olunmuş ərazilərdə dalğalanır.
Qəhrəman şəhidimizin ruhuna dualar oxunub, yaylım atəşi açılıb. Mərasimdə şəhidin tabutuna bükülən üçrəngli bayrağımız atasına təhvil verilib.

Muxtar RZAZADƏ

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR