25 Dekabr 2024, Çərşənbə

Hörmətli redaksiya!
Muxtar respublikamızda uğurla həyata keçirilən torpaq islahatları ilə bu qiymətli sərvətimiz əsl sahiblərinə verildi. Hər bir kənd adamı öz torpağında əkinçiliyin müxtəlif sahələri ilə məşğul olmağa başladı. Düzdür, ilk vaxtlarda çətinliklər də az olmadı. Torpaq mülkiyyətçiləri keyfiyyətli toxum, texnika, su problemləri ilə üzləşsələr də, qısa vaxtda bunların da həll olunacağına inanırdılar. Mən özüm də o çətinlikləri yaşamışam. Ancaq bu gün fərəh hissi keçirirəm ki, muxtar respublikamızda bir qarış torpaq belə, əkilməmiş qalmır. Hətta bələdiyyələrin fondunda saxlanmış torpaqlardan da qanunla müəyyən edilmiş qaydada istifadə olunur.

Ardını oxu...

Salam, hörmətli redaksiya!
Bu məktubu sizə Naxçıvan şəhərindən yazıram. Hamımıza məlum olduğu kimi, muxtar respublikamızda böyük tikinti-quruculuq işləri aparılır, yeni binalar tikilir, gözəl parklar salınır, küçələr abadlaşdırılır. Görülən işlər təkcə biz şəhər sakinlərinin deyil, bura gələn qonaqların da zövqünü oxşayır. Şəhərimizdə diqqət yetirilən sahələrdən biri də yaşayış binalarının əsaslı şəkildə yenidən qurulması və təmir olunmasıdır. Son illərdə paytaxt Naxçıvan şəhərində onlarla yaşayış binası təmir olunaraq, müasir memarlıq nümunələri ilə zənginləşdirilərək sakinlərin istifadəsinə verilib.

Ardını oxu...

Salam, hörmətli “Şərq qapısı” qəzetinin əməkdaşları!
Bu məktubu redaksiyanıza ünvanlayaraq sevincimi oxucularla bölüşmək, dövlətimizə minnətdarlığımı çatdırmaq istəyirəm.
90-cı illərin əvvəlində xalqımızın başının üstünü qara buludlar alanda mən də digər polis yoldaşlarım kimi, Sədərəkdə və Şahbuzda düşmən hücumlarının qarşısının alınmasında iştirak edirdim. Həmin döyüşlərdə bir çox silahdaşlarımızı itirsək də, bir an belə, geri çəkilmədik. Mən həmin döyüşlərdə ağır yaralandım. Qazi oldum. O vaxtlar muxtar respublikamız çox çətin vəziyyətdə olsa da, digər yaralı hərbçi yoldaşlarım kimi, mənim də hər cür ehtiyacım qarşılandı, müalicə edildim. Uzun illərdir, bu qayğını üzərimizdə hiss edirik. Dövlətimizin əlinin daim çiynimizdə olması bizə qürur yaşadır.

Ardını oxu...

Hörmətli redaksiya!
Azərbaycanımızın qədim guşələrindən olan Naxçıvanın yetirdiyi akademik Yusif Məmmədəliyev və Validə Tutayuq, eləcə də digər alimlər yüksək elmi nailiyyətləri ilə xalqımızı bütün dünyaya tanıdıblar. Müstəqillik əldə etdikdən sonra muxtar respublikamızda təbiət elmlərinin də yüksək səviyyədə tədrisinə dövlət tərəfindən yaradılan müasir şərait bu sahəyə marağı artırıb.
Avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif ­Talıbovun Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması haqqında imzaladığı Sərəncam kimya və biologiya fənləri üzrə şagirdlərin istedad və bacarıqlarının aşkar edilməsi və inkişafı, həmçinin gələcək ixtisas seçiminin istiqamətləndirilməsi məqsədilə yenitipli təhsil müəssisələrinin yaradılması baxımından mühüm əhəmiyyətə ­malikdir.

Ardını oxu...

Hörmətli redaksiya salam!
Bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikamız özünün inkişaf, tərəqqi və intibah dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası muxtar respublikanın bütün bölgələrində uğurla həyata keçirilir. 1995-ci ildən qədim diyarımızda başlanan genişmiqyaslı quruculuq, abadlıq tədbirləri Şərur rayonunu da öz ağuşuna alıb. Şərur günü-gündən inkişaf edir, gözəlləşir. İstər Şərur şəhərində, istərsə də kənd yaşayış məntəqələrində əmək bulaq kimi qaynayır. Bütün bunlar, təbii ki, bir şərurlu kimi bizi çox sevindirir.

Ardını oxu...

50 yaşlı bu tikintinin inşasına 1800-dək işçi, 360-dan çox texnika cəlb olunmuşdu...

27 iyul 1963-cü il... Moskvada SSRİ və İran nümayəndə heyətləri arasında geniştərkibli görüş keçirilir. Görüşdə müxtəlif sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunur, sovet sənayesində əldə olunmuş texniki yeniliklərin İran iqtisadiyyatına verəcəyi töhfələr haqqında danışılır.  Sonra iki ölkə arasında reallaşdırılacaq layihələrin perspektivliyi bir daha nəzərdən keçirilir və yekun olaraq iqtisadi və texniki əməkdaşlıq haqqında birinci İran-Sovet sazişi imzalanır. Razılaşmaya görə, İran qaz kəməri, İsfahandakı metallurgiya zavodu, elevatorlar, Ərəkdəki maşınqayırma zavodu və digər obyektlər SSRİ-nin  texniki yardımı ilə reallaşacaqdı. Sazişin bir bəndi isə Naxçıvanla bağlı idi... 

Tarixi zənginlikləri ilə seçilən Naxçıvanda hər qarışın, hər daşın, hər tikilinin öz maraqlı tarixi var. Bəlkə də, bundan irəli gəlir ki, bu qədim diyar həmişə böyük dövlətlərin bu və ya digər şəkildə ümumi maraqlarının kəsişdiyi, bəzən də üst-üstə düşdüyü ərazilərdən olub. Elə birgə maraqların təsdiqi kimi, həyata vəsiqə qazanmış Araz Su Elektrik Stansiyası kimi...

Ardını oxu...

Babək rayonunda 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov açaraq bildirib ki, 2020-2021-ci illərin payız-qış mövsümündə rayon mərkəzində yerləşən 4 təşkilat və 4 məktəbdənkənar müəssisə qazla, qalan təşkilatlar isə müasir istilik sistemi ilə qızdırılacaqdır. Bununla bağlı verilən tapşırıqlara uyğun olaraq rayondakı qazanxanalara baxış keçirilib, çatışmazlıqlar müəyyənləşdirilib və onların aradan qaldırılması ilə əlaqədar işlər aparılır. Qazanxana ilə qızdırılmayan bir neçə mədəniyyət müəssisəsi üçün tələb olunan yanacaq və digər materiallar barədə aid qurumlara məlumat verilib.
İcra başçısı deyib ki, əhalini payız-qış mövsümündə dayanıqlı mavi yanacaqla təmin etmək üçün yeni tikilən 114 evə və 9 obyektə qaz xətti çəkilib.

Ardını oxu...

Son illərdə muxtar respublikada aqrar sektora tətbiq edilən güzəştlər bu sahənin inkişafını stimullaşdırmış, innovativ texnologiyalardan istifadə məhsuldarlığı artırmaqla yanaşı, torpaqlardan səmərəli istifadə olunmasına da şərait yaratmışdır. Xüsusilə əhalinin payız-qış mövsümündə meyvə-tərəvəz məhsullarına olan tələbatının tam və dolğun şəkildə, yerli istehsal məhsulları ilə təmin olunmasında soyuducu anbarların və istixana komplekslərinin rolunu vurğulamaq lazımdır. Sahibkarlara göstərilən dövlət dəstəyi nəticəsində hazırda Naxçıvan şəhərində və rayonlarda müasir istixanalar, soyuducu anbarlar yaradılmış, məhsul bolluğu təmin edilmişdir.

Ardını oxu...

Muxtar respublikada energetika sahəsində infrastrukturun daim yenilənməsi imkan verir ki, abonentlərə fasiləsiz elektrik enerjisi verilsin və bu sahədəki xidmət müasir tələblər səviyyəsində qurulsun.Həmin  tədbirlərin tərkib hissəsi kimi, bir neçə ildir Naxçıvanda smartkarttipli elektrik sayğacları quraşdırılır.

Ardını oxu...

1994-cü ildən bəri evinə iki dəfə mərmi düşüb, yaralanan atası dünyasını dəyişib, bu dəfə isə xoşbəxtlikdən xəsarət alan olmayıb.

Tərtər, 26 avqust, Tahir Ağaməmmədov

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu zonada atəşkəs rejimini yenidən pozaraq, mülki əhalini hədəfə alıb. Hər zaman olduğu kimi, xaincəsinə təxribatlara əl atan və yaşayış məntəqələrini atəşə tutan erməni hərbçiləri avqustun 26-da səhər saat 5 radələrində işğal olunmuş ərazilərimizdəki mövqelərindən Tərtər rayonunun Qapanlı kəndini pulemyot və snayper tüfənglərindən atəşə tutublar. Atılan güllələr kənd sakini Quliyev Zülfüqar Bəhmən oğlunun evinə dəyib, mənzilin pəncərələrini sındırıb.

Ev yiyəsi Zülfüqar Quliyev bildirib ki, düşmən kəndi mütəmadi olaraq atəşə tutur: “1994-cü ildə düşmənin atdığı “Qrad” mərmisinin evimizə düşməsi nəticəsində atam yaralandı, bir müddət sonra isə dünyasını dəyişdi. 2016-cı ilin aprel ayında kəndimiz növbəti dəfə atəşə tutulanda həyətimizə yenidən top mərmisi düşdü. Qonşularımızın da evlərində qəlpə və güllə izləri var. Bu gün səhər saat 5-ə işləmiş düşmən kəndimizi yenidən atəşə tutmağa başladı. Güllənin biri evimizin pəncərəsini qıraraq otağın divarına dəydi. Bura bizim televizora baxdığımız otaqdır. Yaxşı ki, ailə üzvlərimizdən heç kim həmin vaxt otaqda deyildi. Əgər otaqda olsaydıq, hökmən xəsarət alacaqdıq”.

Düşmənin atəşi nəticəsində hər dəfə kənd sakinlərinin ziyan çəkdiyini deyən evin xanımı Səadət Xəlilova dünya qadınlarına müraciət edib. “İstəyirəm ki, bu haqsızlığa görə dünya qadınları səsimizə səs versin, haqq öz yerini tapsın. İşğalçı erməni ordusu bizim torpaqlarımızdan çıxsın. Bu qan-müharibə bitsin. Nə vaxtadək erməni gülləsinin hədəfi olacağıq?”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ən çox zərər çəkən yaşayış məntəqələrindən biri Tərtər rayonunun Qapanlı kəndidir. Təmas xəttinin bir neçə yüz metrliyində yerləşən kənddə düşmən atəşindən zərər çəkməyən ev demək olar ki, qalmayıb. Lakin buna baxmayaraq, kənddə həyat hər zaman öz axarı ilə davam edir. Buna səbəb isə kəndin dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunması, əhalinin yurda, torpağa bağlılığı, Azərbaycan Ordusuna və Ali Baş Komandana olan böyük inamıdır.

 

 

 

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Erkan Özoralla görüşüb.Görüşdə iki qardaş ölkə arasındakı münasibətlər və Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafı,qarşıda duran vəzifələr hərtərəfli müzakirə edilib.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Muncuqlu kəndlərində, Sisian rayonunun Arevis kəndində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ərəfsə kəndində, Vayk rayonunun Martiros kəndində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

 

 

 

 Cəmşid Naxçıvanskiyə müstəqillik prizmasından baxış


Müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçılarından olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Cəmşid Naxçıvanski Muzeyinin əsaslı təmirdən və yenidənqurmadan sonra rəsmi açılış mərasimində görkəmli sərkərdənin irsinin müstəqillik prizmasından yeni baxışa, geniş və obyektiv tədqiqata ehtiyacı olduğunu söyləyərək, bu barədə muxtar respublikada fəaliyyət göstərən aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermişdir. Bu tarixi əlamətdar hadisədən bir gün sonra Ali Məclisin Sədri fəaliyyətində naxçıvanskilər ailəsinin də mühüm xidmətləri olmuş Araz-Türk Cümhuriyyətinin elmi cəhətdən tədqiq olunması məqsədilə 2019-cu il 24 sentyabr tarixli Sərəncam imzalamış, sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu AMEA Naxçıvan Bölməsi ilə birgə “Araz-Türk Cümhuriyyəti” elmi-tədqiqat qrupu yaratmışdır. Göründüyü kimi, həm Cəmşid xanın, həm də sələflərinin daha dolğun və obyektiv tədqiqi üçün tarixi zərurət yaranmışdır. Biz də bu zərurətdən yola çıxaraq Cəmşid xan haqqında düşüncələrimizi oxucularla bölüşmək istədik. 

Ardını oxu...

Avqustun 23-də saat 06 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılıb.

Ardını oxu...

Culfa rayonunda 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev açıb. Bildirib ki, rayon Qaz İstismar İdarəsi texniki baxış keçirərək qaz xətlərindəki və qazpaylayıcı qurğulardakı mövcud nasazlıqların aradan qaldırılması məqsədilə aparılan işləri sürətləndirməlidir. Yeni qaz xətləri çəkilərkən və ya bərpa işləri aparılarkən mövcud standartların tələbləri diqqətdə saxlanılmalıdır. Kommunal Müəssisələr Kombinatı qazanxanalarda və istilik sistemlərindəki mövcud çatışmazlıqları aradan qaldırmalı, noyabr ayının 1-dək bütün qazanxanalarda qış mövsümünə hazırlıqla bağlı nəzərdə tutulan işləri başa çatdırmalıdır. Qeyd olunub ki, Mənzil İstismar Sahəsi ictimai yaşayış binalarının zirzəmilərindəki istilik xətlərinə texniki baxış keçirməli, binaların elektrik enerjisi, təbii qaz təchizatı sahəsində mövcud olan nöqsanların vaxtında aradan qaldırılması üçün tədbirlər görməlidir.

Ardını oxu...

Naxçıvan Şəhər İcra Hakimiyyətində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilən müşavirəni İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov açıb.
Sonra Naxçıvan Şəhər Qaz İstismarı İdarəsinin rəisi Mahmud Əbilsoy, İstilik Təsərrüfatı İdarəsinin rəisi Nəsimi Novruzov, Elektrik Şəbəkəsinin rəisi Ələkbər Kərimov və digər təşkilatların nümayəndələri payız-qış mövsümünə hazırlığın vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar aidiyyəti üzrə məlumatlar veriblər.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün müharibə veteranlarına və şəhid ailələrinə diqqət və qayğı sosial siyasətin əsas istiqaməti kimi müəyyənləşdirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşılır, onlarn sosial müdafiəsi gücləndirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 iyun tarixli Sərəncamı ilə 1996-cı ildə müdafiə mövqelərimizə düşmən basqının qarşısını alarkən yaralanaraq sağlamlıq imkanlarını itirmiş Şərur rayonunun Aşağı Daşarx kənd sakini, ehtiyatda olan kiçik çavuş Aftandil Həsənovun “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunması növbəti qayğının ifadəsidir.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınıb, 86 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 190 nəfər müalicə olunaraq sağalıb, 521 nəfər vəfat edib, aktiv xəstə sayı 1 848 nəfərdir.

Orta əsrlər Naxçıvan mühitinin yetirdiyi görkəmli şəxsiyyətlərdən biri də Baba Nemətullah Naxçıvanidir. AMEA Naxçıvan Bölməsində Görkəmli alimin yaradıcılığından bəhs edən “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” kitabının təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, dünyanın tanınmış irfan alimlərindən biri olan Nemətullah Naxçıvani ilə bağlı ciddi elmi araşdırmalar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 oktyabr tarixli Sərəncamı ilə başlanılmışdır. Sərəncamla birgə “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmiş və nəzərdə tutulan vəzifələrin icrasına başlanılmışdır.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Nəmirli, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

 

 

 

Tacikistanın faraj.tj portalında Naxçıvan haqqında tacik dilində məqalə yerləşdirilib.

Məqalədə Naxçıvanın qədim tarixi və müasir inkişafı haqqında məlumat yer alıb. Vurğulanır ki, bu diyar əsrlərdən bəri Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Naxçıvan ta qədimdən Şərqin ticarət, elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınıb, sənətkarlıq ənənələri ilə məşhur olub.

Məqalədə qədim dövrlərdən bu günədək Naxçıvanın dövlət quruluşu haqqında da oxuculara məlumat verilir. Vurğulanır ki, Naxçıvan dünya elminə və mədəniyyətinə tanınmış şəxsiyyətlər bəxş edən diyar kimi də ad çıxarıb. Atabəylər dövlətinin hökmdarı Şəmsəddin Eldəniz, memar Əcəmi Naxçıvani, yazıçı və dramaturq Hüseyn Cavid, yazıçı, ictimai xadim Cəlil Məmmədquluzadə, tanınmış hərb xadimi Cəmşid Naxçıvanski, dünya şöhrətli dövlət xadimi Heydər Əliyev və başqaları bu sıradadır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirəni cəmiyyətin sədri Yəhya Allahverdiyev açaraq məruzə edib.

Ardını oxu...

(Professor Hüseyn Həşimlinin 55 yaşına sözardı)


Görkəmli ədəbiyyatşünas, Əməkdar  elm xadimi, professor Hüseyn Həşimli (1965-2020) 30 ildən çox ali təhsil aldığı elm məbədgahında – Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərib. O, 2019-cu ilin noyabr ayından ömrünün sonunadək AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini işləyib. Professor otuza yaxın  kitabın və monoqrafiyanın, üç yüz qırxdan çox elmi , yüzlərlə publisistik məqalənin müəllifi  idi. 

 

Elm fədaisi olan Hüseyn müəllimin maraq və mövzu dairəsi çox geniş idi. Ədəbiyyatşünaslığımızda sentimentalizm ədəbi cərəyanı, XX əsr Azərbaycan ədəbiyyatında yaranan sonet, terset kimi yeni lirik janrlar, mənsur şeirimizin yaranma tarixi və inkişaf istiqamətləri, Avropa lirik janrlarının Azərbaycan ədəbiyyatında tətbiqi məsələləri görkəmli elm xadiminin tədqiq etdiyi əsas problemlərdən ancaq bir qismi idi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində 10 vakant vəzifənin tutulması üçün elan olunmuş müsabiqənin test imtahanı keçirilib.

Ardını oxu...

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində təxribat törədən Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandirinin üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi əşyalar aşkarlanıb.

 Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla erməni diversiya qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın üzərindən götürülən əşyaları ictimaiyyətə təqdim edirik.

Ermənistan müdafiə nazirliyinin erməni zabitin guya yolu azaraq Azərbaycan tərəfinə keçməsi ilə bağlı açıqlamasına Azərbaycan Müdafiə Nazirliyindən münasibət bildirlib.

Nazirlikdən verilən məlumata görə, Ermənistan müdafiə nazirliyinin istənilən faktı inkar və təkzib etməsi artıq heç kəsdə şübhə doğurmur. Xüsusi tapşırıq yerinə yetirən diversiya-kəşfiyyat qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın əsir götürülməsi faktını Ermənistan müdafiə nazirliyi zabitin guya dayaq məntəqəsini yoxlayarkən əlverişsiz hava şəraiti ucbatından "yolu azaraq itkin düşüb" deməklə təkzib etməyə çalışır. Tapşırıq icra edərkən əsir götürülən zabit hərbi geyim formasında olmasaydı sözsüz ki, Ermənistan müdafiə nazirliyi onu bu dəfə də ya çoban, ya da ruhi xəstə kimi qələmə verəcəkdi.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Ardını oxu...

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız yarışların ilk günündə uğurla çıxış ediblər.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan tankçıları yer aldıqları qrupda Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə güclərini sınayıblar.

Ardını oxu...

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişviliyə başsağlığı məktubu göndərib.

“Ölkənizin Duşeti bələdiyyəsi ərazisində avtobusun qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi”, - deyə məktubda qeyd edilib.

Prezident İlham Əliyev baş vermiş faciə ilə əlaqədar Prezident Salome Zurabişviliyə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

 

 

 

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 152 yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 35 min 426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 33 min 104 nəfər müalicə olunaraq sağalıb, 519 nəfər vəfat edib. Aktiv xəstə sayı 1803 nəfərdir.

Ötən müddət ərzində 878 min 667 test aparılıb. Bugünkü test sayı isə 4890-dır.

 

 

 

Söz ağızdan çıxana qədər o sənin əsirin, ağızdan çıxdı sən onun əsirisən, “Söz var, kəsdirər başı, söz var, kəsər savaşı”,  “Dil var bal gətirər, dil var bəla gətirər”, “Dilini saxlayan, başını saxlar”, başqa sözlə, “dil insanı həm vəzir, həm də rəzil edər”. Qısacası söhbət söz danımaqdan gedirsə, işlədilən sözü eninə uzununa  ölçüb-biçmək lazımdır.  Ələxsus da bu bir peşəkar jurnalist tərəfindən söylənilirsə. Jurnalistin ən böyük vəzifəsi eşitdiyi məlumatın obyekytivliyini dəqiqləşdirməkdir. Dəqiqləşdirilməmiş informasiya dezinformasiya qəbul edilərək gündəmi səhv fikir, təşviqat  kompaniyasından qorumaq naminə etirazla qarşılanır. Elə bu günlərdə Elçin Əlibəylinin illərdir aparıcısı olduğu “El bizim sirr bizim” verilişində Naxçıvan Muxtar Respublikasının Sədərək rayon sakinindən aldığı məlumatı elə eşitdiyi kimi səsləndirməsi və dəqiqləşdirmədən bəyan etdiyi Sədərək rayonunda ağaclar kəsilir ifadəsi kütlələr arasında böyük narazılıqla qarşılandı. Təbii ki, narazılığın bir çox haqlı, tutarlı səbəbləri və cavabları var idi. İllərdir efir məkanında öz işinə, vəzifəsinə hörmət qoymağı bacaran peşəkar jurnalist kimi tanıdığımız Elçin Əlibəylidən bu cür addım arzuolunan deyildi. Verlişin səhəri günü Naxçıvan əhlinə qarşı haqsızlıq olunduğunu hiss edib üzr istənilsə də yerli əhali sakit kürsüdə əyləşib, dəqiqləşdirilməmiş ictimai səhv fikri formalaşdırmağa səbəb olacaq bu dezinformasiyanı həzm də edə bilməzdi, reaksiyasız da qala bilməzdi. Elə mənim kimi. Çünki başda sadə və təvazökar, ekoloji tarazlığın qorunması istiqamətində iməclikləri ənənəvi tədbirlər siyahısına salan və iştirakçısı olan ölkə rəhbərliyi olmaqla istər müəllim, istər həkim, istər dövlət qulluğu işçiləri, istərsə də ümumiyyətlə işindən vəzifəsindən asılı olmayaraq bütün sakinləri ənənəvi iməclik aksiyalarının iştirakçısı idi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Şimali Kipr Türk Cümhuriyyətinin yeni təyin olunan təmsilçisi xanım Növber Ferit Veçhi ilə görüşüb. Tanışlıq görüşündə qarşılıqlı əlaqələr, qarşıda duran fəaliyyət istiqamətləri, Naxçıvan Muxtar Respublikası ilə münasibətlərin inkişafı və digər məsələlər müzakirə edilib.

 

 

 

Türkiyənin Sakarya vilayətində bir marketin anbarında güclü yanğın baş verib.

Yaşayış yerlərinə yaxın bölgədə baş verən yanğının söndürülməsi işləri davam etdirilir. Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə maşınları və briqadalar cəlb olunub.

Bundan əlavə, avqustun 23-də günorta saatlarından etibarən ölkənin Adana vilayətində baş vermiş şiddətli yanğının da söndürülməsi işləri davam etdirilir. Yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə indiyədək bölgədə 800 nəfər əhalisi olan 6 kəndin sakinləri təxliyə olunub. Son məlumatlara görə, yanğının davam etdiyi 24 saata yaxın vaxtda 200 hektardan çox ərazi yanıb. Gecə saatlarında güclənən yanğın daha geniş əraziyə yayılıb.

Təxliyə edilən vətəndaşlar bir neçə evin yandığını bildiriblər.

Xatırladaq ki, daha bir yanğın hadisəsi avqustun 23-də günorta saatlarında İzmir vilayətinin Səfərihisar rayonundan başlayaraq ətraf bölgələrə yayılıb. Hadisə nəticəsində 58 avtomobil yanaraq yararsız vəziyyətə düşüb.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

 

 

 

Dünən Gürcüstanın şimal-şərqində baş vermiş dəhşətli avtomobil qəzası ilə əlaqədar avqustun 25-də ölkədə matəm günü elan olunub.

Bu barədə hökumət administrasiyası məlumat yayıb.

Bildirilir ki, Baş Nazir Giorgi Qaxariyanın imzaladığı qərara əsasən, sabah ölkədə dövlət binalarında bayraqlar yarıyadək endiriləcək.

Qeyd edək ki, avqustun 23-də Gürcüstanın Duşeti bölgəsində Şatili yolunda turistləri aparan mikroavtobusun dərəyə yuvarlanması nəticəsində 17 nəfər həlak olub, daha 3 nəfər ağır yaralanıb. Tbilisiyə gətirilmiş yaralıların vəziyyəti ağır qiymətləndirilir.

Gürcüstanın dövlət və hökumət başçıları həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veriblər.

 

 

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Qaralar kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Mərzili, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

 

 

 

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, cəbhənin bu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan əsir götürülüb.

Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Türkiyənin Girəsun və Rizə bölgələrinə yağan güclü yağış faciə və fəsadlara yola açıb. Təbii fəlakət Girəsunun yeddi rayonunu əhatə edib. Ən böyük dağıntı Dərəli rayonundadır. Son məlumata görə, ümumilikdə sel nəticəsində dörd nəfər ölüb, dördü polis olmaqla 11 nəfər itkin düşüb. Həyatının itirənlərdən biri polisdir.

Ardını oxu...


Naxçıvan Qarnizonu Qoşunlarında yay tədris dövrünün planına uyğun olaraq bölmələr tərkibində təşkil olunan məşğələlərdə Əlahiddə Ümumqoşun Ordunun tankçıları peşəkarlıq nümayiş etdirirlər.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 169 yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb.

Ardını oxu...

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu avqustun 25-də Bakıya işgüzar səfərə gələcək.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 184 yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Ardını oxu...

Azərbaycan Respublikası Sərhəd Qoşunlarının formalaşmasında ümummilli liderimizin siyasi fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövrü müstəsna əhəmiyyətə malikdir. Bu dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda ilk milli sərhəd qurumları yaradılmışdır.
Bu gün qədim diyarımızın sərhədlərini sayıqlıqla qoruyan “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaradılmasından 28 il ötür. Xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən cəmi dörd gün sonra 1991-ci il sentyabrın 7-də Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul etmişdir. Bununla da Azərbaycanda vahid komandanlığa tabe olan ilk milli ordunun əsası qoyulmuşdur. 1992-ci il avqustun 22-də Naxçıvanda sərhəd dəstəsində ilk dəfə müstəqil Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdır. Bununla da muxtar respublikanın sərhəd xidməti həyata keçirilən 215 kilometrlik sərhəd ərazisi ilk dəfə olaraq milli Sərhəd Qoşunları tərəfindən mühafizəyə qəbul edilmişdir. Ulu öndər Heydər Əliyev demişdir: “Müstəqil Azərbaycan Respublikası öz ərazisinin, sərhədlərinin sahibidir, müstəqil dövlət kimi öz sərhədlərini qorumalıdır və bunun üçün də sərhəd dəstələri, sərhəd qoşunları yaradılmışdır. İnanıram ki, Azərbaycanın Sərhəd Qoşunları bundan sonra öz fəaliyyətini gündən-günə həm genişləndirəcək, həm təkmilləşdirəcəkdir”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar iclas keçirilib. Tədbiri nazir Azad Cabbarov açaraq məruzə edib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə verilən tapşırıqlara əsasən nazirlik tərəfindən idman müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunması, elektrik enerjisi və təbii qazdan qənaətlə istifadə edilməsi, israfçılığa yol verilməməsi, istehlak olunan qazın və enerjinin dəyərlərinin vaxtında ödənilməsi daim diqqətdə saxlanılmalıdır. Növbəti mövsümdə də mədəni-kütləvi və idman tədbirlərinin davamlı keçirilməsi təmin olunmalıdır. Bunun üçün strukturuna daxil olan rayon (şəhər) gənclər və idman idarələri və idman müəssisələrinin, idman obyektlərinin, olimpiya idman komplekslərinin, Uşaq-gənclər idman məktəblərinin üzərinə bir sıra mühüm vəzifələr düşür.

Ardını oxu...

2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində müşavirə keçirilib.
Tədbirdə nazir Tapdıq Əliyev məruzə edərək bildirib ki, bu gün muxtar respublikamızda ərzaq və qeyri-ərzaq məhsullarının saxlanılması üçün ümumi tutumu 31 min 140 ton olan anbar yaradılıb. Bunun tutumu 19 min 340 ton olanı soyuducu, tutumu 11 min 800 ton olanı ümumi təyinatlı anbarlardır. Payız-qış mövsümünə hazırlıqla əlaqədar meyvə-tərəvəz məhsullarının tədarük olunması məqsədilə soyuducu anbarların və istixana komplekslərinin sahibkarları arasında maarifləndirmə işləri aparılıb, istehsalçı və tədarükçü sahibkarların fəaliyyətinin əlaqələndirilməsi təmin edilib. Cari ilin ötən dövrü ərzində əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə tutumu 2900 ton olan 3 soyuducu anbarın yaradılması, bir soyuducu anbarın genişləndirilməsi başa çatdırılıb, ümumi tutumu 250 ton olan soyuducu anbarın yaradılması davam etdirilir.
15 iyul 2020-ci il tarixdən bu günədək muxtar respublika ərazisində fəaliyyət göstərən meyvə-tərəvəz məhsullarının saxlanması anbarlarına 6300 ton kartof məhsulu tədarük olunub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2220 ton çoxdur. Vurğulanıb ki, son illər ərzində soyuducu anbarların qurulması və məhsul tədarükü məqsədilə Sahibkarlığın İnkişafı Fondundan sahibkarlara 4 milyon 448 min 840 manat, o cümlədən 2020-ci ilin ötən dövründə bu istiqamətdə sahibkarlara 66 min manat dövlət maliyyə dəstəyi göstərilib.
Diqqətə çatdırılıb ki, muxtar respublikada 138 min 139 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 30 istixana təsərrüfatı fəaliyyət göstərir. Cari ilin ötən dövrü ərzində həmin istixana komplekslərində istehlakçılara 546 ton tərəvəz məhsulları təklif olunub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 137 ton çoxdur. 2020-ci ilin ötən dövrü ərzində muxtar respublikada mövsümi tələbatın ödənilməsini yaxşılaşdırmaq məqsədilə ümumi sahəsi 5 min 815 kvadratmetr olan 8 istixana təsərrüfatının yaradılması, 696 kvadratmetr olan bir istixana təsərrüfatının fəaliyyətinin bərpası başa çatdırılıb. Son illər ərzində istixana komplekslərinin yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli şərtlərlə 4 milyon 652 min 600 manat kredit verilib.
Vurğulanıb ki, əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi üçün bu günə qədər sahibkar­lıq subyektlərinin anbarlarında strateji məhsullar qrupuna daxil olan 2430 ton şəkər tozu, qənd, unlu-qənnadı məmulatları, makaron, düyü, ət və ət məhsulları, toyuq əti, heyvan və bitki mənşəli yağlar, çay və duz məhsullarının ehtiyatı mövcuddur.
Sonra payız-qış mövsümünə hazırlıqla bağlı müşavirədə nazirliyin qarşısında qoyulmuş vəzifələrin icrası məqsədilə müvafiq tapşırıqlar verilib.
Sonda çıxışlar olub.

* * *

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən müşavirəni nazir Rafael Əliyev açaraq bildirib ki, nazirlik tərəfindən dövlət büdcəsindən maliyyələşən nazirlik, komitə, idarə və təşkilatların 2020-ci ildə saxlanılması xərcləri smetasında kommunal xidmətlərin ödənilməsi və qış mövsümündə tələb olunan mal-materialın alınması üçün vəsait nəzərdə tutulub. Belə ki, 2020-ci il Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsində elektrik enerjisi haqqının ödənilməsi üçün 10 milyon 469 min 818 manat, qaz haqqının ödənilməsi üçün 2 milyon 868 min 478 manat, istilik enerjisi haqqının ödənilməsi üçün 541 min 605 manat vəsait nəzərdə tutulub.
Qeyd edilib ki, ötən il payız-qış mövsümünə hazırlıqla bağlı müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bölgüyə uyğun olaraq Təhsil Nazirliyi üçün alınmış mal-materialın dəyəri 6101, Mədəniyyət Nazirliyinə alınmış mal-materialın dəyəri 3997, Səhiyyə Nazirliyi üçün alınmış mal-materialın dəyəri isə 413 manat olmaqla, ümumilikdə, 10511 manat təşkil edib. Həmçinin istilik sistemi olmayan təhsil müəssisələri üçün verilmiş yanacağa görə 36139, mədəniyyət müəssisələri üçün 13090, səhiyyə müəssisələri üçün isə 9329 olmaqla, ümumilikdə, 58558 manat məbləğində vəsait Naxçıvan Muxtar Respublikası Neft-Qaz Məhsulları Təminatı Müəssisəsinə ödənilib.
Vurğulanıb ki, cari ilin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirədə verilmiş tapşırıqların icrası Maliyyə Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanılmaqla dövlət müəssisə və təşkilatlarında enerjidaşıyıcılardan səmərəli istifadə təmin ediləcək, bütün kommunal ödənişlərin vaxtında və tam ödənilməsi ilə borc qalığının yaranmasının qarşısı alınacaq və istilik sistemləri olmayan müəssisələrə lazım olan mal-materialın alınması ilə bağlı maliyyələşmələr vaxtında həyata keçiriləcəkdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bölgüyə əsasən alınacaq mal-materialların qiymətlərinin bazar qiymətlərinə uyğunluğu Xəzinə şöbəsinin dövlət satınalmalarına nəzarət sektoru tərəfindən ciddi nəzarətdə saxlanılacaq, izafi xərclərin qarşısı alınacaqdır.
Sonra görüləcək işlərlə bağlı müzakir­ələr aparılıb.

Xəbərlər şöbəsi

“Vətən sərhəddən başlanır”, – deyirlər. Deməli, hər bir azərbaycanlı Vətənin sərhədini təşkil edir, onu qoruyur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi bu fikirlər bir daha ölkə sərhədlərinin toxunulmazlığını sübut etməklə bərabər, onun etibarlı qorunmasını da qarşıya müqəddəs vəzifə olaraq qoyur: “Müstəqil Azərbaycan Respublikası öz ərazisinin, sərhədlərinin sahibidir, müstəqil dövlət kimi öz sərhədlərini qorumalıdır və bunun üçün də sərhəd dəstələri, sərhəd qoşunları yaradılıb”. Sərhədçi peşəsi müqəddəs peşədir, – deyənlər heç də yanılmırlar. Ölkəmizin sərhədinin keşiyini çəkən hər bir əsgər diyarımızda əldə olunan bugünkü sabitliyin, əmin-amanlığın, inkişafın da qoruyucusudur.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 171 nəfər sağalıb, 162 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 34 min 921 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 min 682 nəfər müalicə olunaraq sağalıb, 512 nəfər vəfat edib. Aktiv xəstə sayı 1727 nəfərdir.

Ötən müddət ərzində 861 min 788 test aparılıb. Bugünkü test sayı isə 5986-dır.

 

 

 

Yeni generasiya güclərinin yaradılması bizim ümumi inkişafımızın təzahürüdür. Çünki enerji sistemimizin müasirləşdirilməsi ölkəmizin ümumi inkişafı ilə uzlaşır və bütün işlər planlı şəkildə aparılır.

Bu barədə Prezident İlham Əliyev “Qobu” Elektrik Stansiyasının təməlqoyma mərasimindən sonra energetiklərlə görüşündə bildirib.

Ardını oxu...

Xəbər verdiyimiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olub, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyub.

Dövlətimizin başçısının tədbirdəki çıxışından bəzi məqamları təqdim edirik.

“Hesab edirəm ki, Azərbaycanda bu ilin 7 ayında iqtisadi vəziyyət qənaətbəxşdir, iqtisadiyyat cəmi 2,8 faiz azalıb. Ancaq bunu da nəzərə almalıyıq ki, neftin qiyməti düşüb və bu, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərir. Eyni zamanda, OPEC+ razılaşması nəticəsində hasilatımız da bir qədər azalıb. Ancaq sənaye sahəsində, o cümlədən qeyri-neft sənayesi sahəsində artım var və bu artım bu ilin 7 ayında 13 faizdir. Budur bugünkü Azərbaycan reallıqları”.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 35 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Ermənistanın Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əsrik Cırdaxan, Ağbulaq kəndlərində, Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində, Sisian rayonunun Arevis kəndində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ərəfsə kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Novruzlu və Mərzili kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

 

 

 

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının iclası keçirilib. Gündəlikdə federasiyanın fəaliyyəti və görülən işlərin hesabatı, eləcə də yeni sədrin seçilməsi kimi məsələlər olub.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov açaraq bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclər bütün idman növlərinə maraq göstərirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib.
Vurğulanıb ki, 2020-ci il 1 fevral tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib, aid təşkilatlara konkret tapşırıqlar verilib, 2020-ci il 14 fevral tarixdə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanıb. Proqramın icrası ilə əlaqədar artıq bir çox işlər həyata keçirilib, müasir idman infrastrukturu yaradılıb.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR