26 Dekabr 2024, Cümə axşamı

Hörmətli redaksiya salam!
Bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikamız özünün inkişaf, tərəqqi və intibah dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası muxtar respublikanın bütün bölgələrində uğurla həyata keçirilir. 1995-ci ildən qədim diyarımızda başlanan genişmiqyaslı quruculuq, abadlıq tədbirləri Şərur rayonunu da öz ağuşuna alıb. Şərur günü-gündən inkişaf edir, gözəlləşir. İstər Şərur şəhərində, istərsə də kənd yaşayış məntəqələrində əmək bulaq kimi qaynayır. Bütün bunlar, təbii ki, bir şərurlu kimi bizi çox sevindirir.

Bu məktubumda isə, əsasən, muxtar respublikamızda əhalinin, o cümlədən veteranların, təqaüdçülərin, ahıl vətəndaşların qayğısına qalınmasından, onların asudə vaxtlarını, istirahətlərini səmərəli keçirmələri üçün hər cür şərait yaradılmasından söz açmaq istəyirəm. İyulun 2-də Ali Məclis Sədrinin xeyir-duası ilə rayon mərkəzində unikal bir binanın – Təqaüdçülər Klubunun açılışı olub. Burada biz təqaüdçülərin yetərincə mədəni istirahət etməsi, mənalı vaxt keçirməsi üçün hər cür şərait yaradılıb. Əlbəttə, həssas qəlbli veteranlar, təqaüdçülər, ahıl vətəndaşlar bunu çox böyük sevinc hissi ilə qarşıladı. Asudə vaxtlarımızda gedib orada həmyaşıdlarımızla həmsöhbət olmaq, axşamlar həyətində əyləşib dincəlmək bizə zövq verir. Mən fəxrlə deyirəm ki, hər kəs gəlib rayonda gedən inkişaf tempini, dinamikasını görə, biz veteranların da diqqət və qayğıdan kənarda qalmadığının şahidi ola bilər.
Mən rayonun bütün veteranları, təqaüdçüləri, ahıl vətəndaşları adından bizə göstərilən bu diqqət və qayğıya görə dövlətimizə minnətdarlığımı bildirirəm.

Vidadi SÜLEYMANOV
Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-
Mühafizə Orqanları Veteranları Şurasının
Şərur rayon təşkilatının sədri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR