26 Dekabr 2024, Cümə axşamı

Türkiyənin Sakarya vilayətində bir marketin anbarında güclü yanğın baş verib.

Yaşayış yerlərinə yaxın bölgədə baş verən yanğının söndürülməsi işləri davam etdirilir. Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə maşınları və briqadalar cəlb olunub.

Bundan əlavə, avqustun 23-də günorta saatlarından etibarən ölkənin Adana vilayətində baş vermiş şiddətli yanğının da söndürülməsi işləri davam etdirilir. Yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə indiyədək bölgədə 800 nəfər əhalisi olan 6 kəndin sakinləri təxliyə olunub. Son məlumatlara görə, yanğının davam etdiyi 24 saata yaxın vaxtda 200 hektardan çox ərazi yanıb. Gecə saatlarında güclənən yanğın daha geniş əraziyə yayılıb.

Təxliyə edilən vətəndaşlar bir neçə evin yandığını bildiriblər.

Xatırladaq ki, daha bir yanğın hadisəsi avqustun 23-də günorta saatlarında İzmir vilayətinin Səfərihisar rayonundan başlayaraq ətraf bölgələrə yayılıb. Hadisə nəticəsində 58 avtomobil yanaraq yararsız vəziyyətə düşüb.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR