26 Dekabr 2024, Cümə axşamı

Ermənilərin atdığı top mərmisi Ağdamda daha 1 nəfərin ölümünə səbəb olub.

Ermənilərin ağır artilleriyadan atdığı mərmi rayonun Qaradağlı kəndinə düşüb. Nəticədə 1997-ci il təvəllüdlü Sarıyev Elməddin Hümbət oğlu yaralanıb.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

 

 

 

Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən “S-300” zenit-raket kompleksləri (ZRK) döyüş növbətçiliyindən çıxarılaraq işğal olunmuş ərazilərimiz istiqamətində hərəkət edir.

Bunu açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı bildirib ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir.

Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif əsassızdır.

 

 

 

Sentyabrın 29-da Almaniya Kansleri Angela Merkel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Angela Merkel Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı ölkəsinin narahatlığını ifadə edib və hadisələrin gedişi ilə maraqlanıb.

Dövlətimizin başçısı qeyd edib ki, sentyabrın 27-də, səhər saatlarında Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək, ağır artilleriya qurğularından təmas xətti boyu yerləşən hərbi birləşmələrimizi, şəhər və kəndlərimizi atəşə tutması nəticəsində iki gün ərzində hərbçilərimiz, 10 mülki şəxs, o cümlədən iki uşaq həlak olub, 29 mülki şəxs yaralanıb, 150 yaşayış evi dağıdılıb. Azərbaycan tərəfi əks-hücum əməliyyatına başlayıb.

Dövlətimizin başçısı bildirib ki, bundan əvvəl də iyul-avqust aylarında Ermənistan tərəfindən ölkəmizə qarşı hərbi təxribatlar törədilib və bunların nəticəsində hərbçilərimiz və mülki şəxslərimiz həlak olub. Prezident İlham Əliyev bu təxribatları Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin davamı olduğunu vurğulayıb.

Ardını oxu...

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana qarşı müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı Ermənistan tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) ünvanlanmış müraciətə dair Məhkəmənin 2020-ci il 28 sentyabr tarixində dərc edilmiş press-relizinə, həmçinin Avropa Şurasının (AŞ) kommunikasiya departamentinin rəhbərinin İHAM tərəfindən bu müraciətə qısa müddətdə baxılacağı barədə verdiyi məlumata dair məlumat yayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, məlumatda deyilir:

Ardını oxu...

"Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub".

Bunu jurnalistlərə açıqlamasında  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. 

"Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb. Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər", o vurğulayıb. 

Ermənistan ordusunun alay komandiri ağır yaralanıb.

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatı nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan ağır yaralanıb.

 

 

 

Azərbaycanın işğal altındakı Xankəndi şəhərində əhalinin kortəbii şəkildə təxliyyəsinə başlanılıb.

Bu barədə “İzvestiya” hadisə yerindəki müxbirinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, insanlar kütləvi şəkildə Ermənistanın paytaxtı Yerevana göndərilir.

“Onları elə-belə göndərirlər, paytaxtda mütləq qarşılanacaqlarını söyləyirlər. Yerevan səlahiyyətliləri qarşılanmanı təşkil edəcək”, - məlumatda deyilir.

Polis bəzi insanların təxliyyəsinə yardım edir, yoldan keçən maşınları saxlayıb sürücülərdən tanımadıqları insanları şəhərdən çıxarmalarını istəyirlər.

 

 

 

“Bu günkü döyüşlərdə helikopterlərdən istifadə edilmir”.

Bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. 

"Ermənistan tərəfinin guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə yaydığı məlumat onların növbəti dezinformasiyasıdır. Bildiririk ki, Azərbaycan Ordusu bu gün keçirilən əməliyyatlarda helikopterlərdən istifadə etməyib", 0 vurğulayıb. 

“Bu günkü döyüşlərdə helikopterlərdən istifadə edilmir”.

Bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. 

"Ermənistan tərəfinin guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə yaydığı məlumat onların növbəti dezinformasiyasıdır. Bildiririk ki, Azərbaycan Ordusu bu gün keçirilən əməliyyatlarda helikopterlərdən istifadə etməyib", 0 vurğulayıb. 

Ermənistanın Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş düşmən ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan bu gün məhv edilib.

Bunu açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

 

 

 

İşğal olunan torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda ordumuzun apardığı qətiyyətli əks-hücum əməliyyatı davam edir. Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji vəziyyəti yüksəkdir. Döyüşlərdə iştirak edən hərbi qulluqçular əsl qəhrəmanlıq nümayiş etdirirlər. Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov sentyabrın 29-da keçirilən brifinqdə deyib.

Anar Eyvazov bildirib ki, səhər saatlarından Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulub. Bununla bağlı Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək. Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərsə də, Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq, düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb.

Ardını oxu...

Sentyabrın 29-da İctimai Televiziyanın avtomobili Tərtər rayonunun Qapanlı kəndində Ermənistan silahlı qüvvələrinin bölmələrinin hücumuna məruz qalıb.

Bu barədə İctimai Televiziyanın “Facebook”dakı səhifəsində məlumat verilib.

"Ermənistan ordusunun polkovniki məhv edilib”.

Bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. 

“Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artileriya rəisi polkovnik Karen Babayan məhv edilib”, o bildirib. 

 

 

 

"Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib".

Bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. 

"Nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb. Düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək ölən və yaralıların təxliyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istəyib", o bildirib. 

 

 

 

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə məxsus daha iki tankı dəqiq atəşlə məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı videoda düşmənə məxsus tankların məhv edilmə anları əks olunub.

 

 

 

Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.

Bunu açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı bildirib ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil.

 

 

 

Ermənistan tərəfi təxribat xarakterli məlumatlar yaymaqda davam edir.

Bunu açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı diqqətə çatdırıb ki, Azərbaycan Ordusunun azad etdiyi ərazilərinin bir qisminin Ermənistan ordusu tərəfindən guya geri qaytarılması barədə erməni tərəfinin yaydığı xəbər dezinformasiyadır. Bildiririk ki, azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib. Hazırda Azərbaycan Ordusu düşmənin müqavimətinin qırılması istiqamətində əməliyyatı həyata keçirir.

 

 

 

 

Sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib.

Hazırda döyüşlər davam edir.

 

 

 

 

Ermənistan növbəti provokasiyaya əl atıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur.

Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək.

 

 

 

Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərib.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb.

Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib.

Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində səhər saatlarında yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib.

Gərgin döyüşlər davam edir. Düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edilir.

 

 

 

Sentyabrın 27-də saat 600 radələrində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ölkəmizə və xalqımıza qarşı növbəti böyük təxribatın daha bir göstəricisidir.

Ardını oxu...


Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun polkovniki, 48 yaşlı Nikolay Mikaeloviç Aykyanı məhv edib.

Polkovnikin adı Ermənistan Müdafiə Nazirliyinin yaydığı öldürülən hərbçilərin siyahısında qeyd olunub.

Ardını oxu...

Düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib. Kənd sakinləri arasında itki yoxdur.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı  açıqlamasında deyib.

V.Dərgahlı qeyd edib ki, düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Nazirlər Kabineti Azərbaycanda xüsusi karantin rejiminin noyabrın 2-dək uzadılması barədə Qərar verib.

 Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılsın.

Ardını oxu...

Hər bir insan  dünyaya  göz açdıqda  ilk olaraq  anasını gördüyü kimi, ilk qədəmlərini də Vətən torpağında  atır. Elə  Vətən sevgisinin hərarətini də o zaman  duyur.  Vətən sevgisi  insanın qəlbinə hakim kəsilən, ana qədər müqəddəs bir hissdir. Tarixən Vətənimizin ərazisi dəfələrlə qəsbkarların hücumlarına məruz qalmışdır.  Bunun nəticəsdir ki,  torpaqlarımızın  bir hissəsi, Dağlıq Qarabağ kimi  dilbər güşəmiz ermənilərin  əlinə keçmişdir.  Bütün bunlar o zamankı  rəhbərlərin  yarıtmaz siyasəti nəticəsində baş vermişdir. Qürur hissi ilə deyə bilərik ki, bu gün isə  artıq  güclü dövlətimiz  və sərhədlərimizi  qoruyan  güclü ordumuz  var. Əgər vətənimizin  sərhədlərini qoruyan  güclü ordumuz varsa, dövlətimiz çox şeyə qadirdir. Əlbəttə Vətən sərhəddən başlayır.

Məlum olduğu kimi sentyabrın 27-də  saat 6:00 radələrindən başlayaraq  Ermənistan  silahlı qüvvələri genişmiqyaslı  təxribat törədərək, cəbhəboyu zonada yerləşən  Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artillerya qurğularından  intensiv atəşə  tutub.

Ardını oxu...

Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə məxsus daha bir neçə hərbi texnika məhv edilib.

Bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı videoda düşmənə məxsus hərbi texnikaların məhv edilmə anları əks olunub.

Sentyabrın 28-də ölkəmizin İstanbuldakı Baş Konsulluğunun qarşısında “Səninləyik Azərbaycan, səninləyik Qarabağ!” şüarı ilə Azərbaycana dəstək mitinqi keçirilib.

Tədbir İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub.

Aksiyada İSTAD-ın sədri Səfər Qaraqoyunlu media üçün açıqlamanı oxuyub.

Ardını oxu...

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

Həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağ atıcı alayının tərkibindədir.

 

 

 

Aparılan ikigünlük döyüşə tab gətirməyən Ermənistan ordusunda dərman və tibbi ləvazimatlar, eləcə də ərzaq qıtlığının olması barədə məlumatlar əldə etmişik.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı  açıqlamasında deyib.

V.Dərgahlı qeyd edib ki, dərman və tibbi ləvazimat çatışmazlığı düşmənin döyüşlərdə verdiyi çoxsaylı itkilərlə əlaqədardır. Yaralılar və meyitlərin təxliyəsi üçün nəzərdə tutulmuş hərbi sanitar nəqliyyat vasitələrinin sayının kifayət etməməsi səbəbindən onların daşınması fərdi avtomobillər və yük maşınları vasitəsilə həyata keçirilir.

 

 

 

Ermənistanın törətdiyi təxribat nəticəsində cəbhədə vəziyyətin gərginləşdiyinin, qarşı tərəfdən törədilən təxribatların artdığının şahidi oluruq. Bu təxribatlar, həmçinin kibermühitdə də davam etdirilir. Belə ki, son vaxtlarda ölkəmizin sosial şəbəkə istifadə hesablarına, şəbəkə qurğularına – router və ya modemlərinə kütləvi hücumlar edilir, insanlar arasında dezinformasiya yaymaqla qorxu və ya təşviş yaratmağa cəhdlər edilir.

Bu barədə Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyinin açıqlamasına bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu gün hər kəsin mobil texnologiya və internetə çıxışının olması hamını potensial olaraq informasiya müharibəsinin iştirakçısına və qurbanına çevirə bilir.

Ardını oxu...

Ermənistan Azərbaycan torpaqlarını dərhal boşaltmalıdır.

Bunu açıqlamasında Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Ermənistan eyni zamanda xarici dövlətlərdən gətirdikləri muzdlu döyüşçüləri və terroristləri öz dövlətlərinə geri göndərməlidir. Biz bunu tələb edirik.

 

 

 

Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilərlə Ermənistan arasındakı yollarda komendant postları qurub.

Bunu açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

V.Dərgahlı qeyd edib ki, məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahlarını ataraq ordudan fərarilik edən erməni hərbi qulluqçularının tutulub saxlanılmasıdır.

Bəzi xəbərlərə görə artıq həmin postlarda silah tətbiqi ilə ciddi insidentlər qeydə alınıb, ölən və yaralananlar var.

 

 

 

 

Məlum olduğu kimi, sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının müvafiq Sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib. Sərəncama əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təsdiq edilmiş planlara uyğun olaraq, hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Bunu sentyabrın 28-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev deyib.

Ardını oxu...

Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. Dərin kədər hissi ilə qeyd edirik ki, düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində sentyabrın 28-də saat 11 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon məhkəməsinin inzibati binasının yanına düşmüş mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olub.

Baş Prokurorluğun mətbuat xidmətindən  bildiriblər ki, həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan hərbi polisin əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanıblar.

Ardını oxu...

Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı əks-hücum əməliyyatları davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür.

Sentyabrın 27-də və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin təqdim etdiyi növbəti videoda düşmənin bir az əvvəl iki tankının məhv edilməsi görüntüləri əks olunub.

 

 

 

Əldə olunan kəşfiyyat məlumatına əsasən, düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan çoxlu sayda erməni əsilli muzdlu döyüşçülər də var. Lakin onlar Ermənistanda rəsmi qeydiyyata alınmadığı üçün düşmən bu itkiləri asanlıqla gizlədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı açıqlamasında deyib.

Vaqif Dərgahlı bildirib ki, əvvəlki döyüşlərdə olduğu kimi, bu dəfə də Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi məlumatların yayılmasına tətbiq edilən qadağanı əsas gətirərək döyüş itkilərini ictimaiyyətindən gizlədir. İtkilərin sayının çox olması səbəbindən düşmən bir müddət sonra bu itkiləri müxtəlif şəraitdə baş vermiş hadisə kimi göstərərək etiraf etmək məcburiyyətində qalacaq.

Azərbaycan Respublikasına qarşı müharibə aparılır. Azərbaycan ərazisinə qarşı 30 ildir ki müharibə aparılır.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan işğalçı mövqeyinə son qoyulmalıdır:

"Bu böyük Vətən müharibəsidir. Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub və bu gün də ölkədə qismən səfərbərlik elan edilib. Beynəlxalq hüquqdan istifadə edirik. Amma bunun əksini Ermənistan silahlı qüvvələrində müşahidə edirik".

 

 

 

Azərbaycan ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud iş rejiminə keçir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən  verilən məlumata görə, bununla əlaqədar, "Azərbaycan Hava Yolları"nın Bakı-Naxçıvan-Bakı istiqamətində sentyabrın 30-dək (30 sentyabr daxil olmaqla) nəzərdə tutulmuş bütün reysləri dayandırılmışdır.

Eyni zamanda, AZAL aviaşirkətinin 1 oktyabr tarixinə nəzərdə tutulmuş Bakı-London-Bakı, həmçinin 2 oktyabr tarixinə nəzərdə tutulmuş Bakı-Berlin-Bakı istiqamətində aviareysləri ləğv edilmişdir.

Ardını oxu...

Dünən səhər saat 06:00 radələrində Ermənistan silahlı bölmələri kəndlərimizə hücum edib. Ermənistanın təxribatından sonra əks-hücum əməliyyatı həyata keçirilib. Hazırda qoşunların təmas xətti boyu əməliyyatlar davam edir.

Bu sözləri sentyabrın 28-də ölkəmizdəki diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Ermənistan çətin vəziyyətə düşdükdə mülki əhalini hədəfə aldığını, Ermənistanın hərbi doktrinasında mülki əhalinin hədəf kimi göstərildiyini bildirən Prezidentinin köməkçisi deyib: “Biz 1990-cı illərdə də, 2016-cı ilin aprel döyüşlərində də bunu görmüşük. Dünən cəbhə xəttindən xeyli aralıda yerləşən Naftalan rayonunun bir kəndində bir ailə və onun azyaşlı üzvləri həlak olub. Bu gün səhər də Tərtər rayonu istiqamətində ağır artilleriya atəşi açılıb, Tərtərdə xalçaçılıq fabriki dağıdılıb. Tərtər rayonunda polis şöbəsinə zərbə endirilmək istənilib. On dörd mülki Azərbaycan vətəndaşı yaralanıb”.

 

 

 

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edir. Hədəf kimi seçilən ərazilər əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektləri - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.

Xüsusilə qeyd edilməlidir ki, səhər saat 07 radələrindən başlayaraq düşmən qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzinin, o cümlədən əhalinin sıx yaşadığı kəndlərin ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində, Azad Qaraqoyunlu kənd sakinləri Əhmədov Mayıl Ələsgər oğlu, Salahov Nizami Məcid oğlu, Kərimov Elşən Şahmat oğluna məxsus evlərə külli miqdarda ziyan dəyib, rayonun əsas strateji körpüsü və polis şöbəsinə zərbələr endirilib.

Ardını oxu...

Münasibət

İllərdir, başqa güclərin hesabına yaradılan Ermənistan, ənənəsinə sadiq qalaraq bu gün Azərbaycan torpaqlarında həmin güclərin maraqlarına xidmət etmək üçün qurban verməkdə davam edir. Aydın olmayan dərrakə, məqsədini aşan bu yaxınlıq açıq yox, gizlədilmiş provokasyonla üzə çıxır. Müdafiə Nazirliyinin məlumatına görə səhər saat 6:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, yaşayış məntəqələrimizi, mülki əhalini hədəf alaraq minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutub. Yaralılarımız və şəhidlərimiz var. Düşmənlərimiz səhər saatlarında Azərbaycan torpaqlarında əyləşib qarşı Azərbaycan ərazilərini havan bombasına tutub gözdağı verməyə çalışdılar. Düşmənin fikri 1990-cı illərin Azərbaycanına getdi. Ermənistan 1990-cı illərin Ermənistan psixologiyasında olsa da, biz həmin illərin psixologiyasında deyilik. Aradan 30 il keçib.  O zaman Qarabağ və digər işğal olunmuş ətraf ərazilərdə əli yalın əhaliyə divan  tutmaqla, daxildə ixtişaşlar yaratmaqla psixoloji təzyiq göstərərək əhali arasında inamsızlıq formalaşdırıb yerlərindən, yurdlarından didərgin salıb, torpaqlarımızda dəsgah qurdular. Bu gün də elə bildilər ki, həna o hənadı. Amma Azərbaycan vətəndaşı kimi demək istəyirəm ki, ey dünya birlikləri, ey cinayətkar, təxribatçı ermənilər  bu həna o hənadan deyil! Ola da bilməz. Bu tələ o tələdən də deyil. Çünki artıq müstəqilik. Bu dava o davadan da  deyil. Ona görə ki, qarşınızda inkişaf etmiş bir ölkə var. Biz nə həmin Sovetlərdən qalan onların asılılığında əzilən, iqtisadiyyatı məhv olmuş bir  ölkəyik. Nə də ki, həmin silahsız, ordusuz xalq!  Biz indi öz qərarlarını verməyi bacaran, iqtisadiyyatına, enerji potensialına, neft sektoruna, qaz-boru kəmərlərinin intensivliyinə güvənən, inkişaf edən və yüksələn demokratik, totalitar bir ölkəyik. Azərbaycanın güclü lideri, ətrafında sıx birləşib onu dəstəkləyən xalqı, dəstəkçisi qardaş Türkiyə Respublikası var. Bunu dərk edən ATƏT-in Minsk qrupu həmsədrlərinin hələ də səssiz qalması və heç bir reaksiya verməməsi dünya ölkələrinin bir daha bizə qarşı məqsədini ortaya qoyur. Yalnız Amerika Birləşmiş Dövlətləri savaşı qınamaqla, ATƏT-in Minsk qrupu həmsədrləri bizi yayındırmaqla, çözümü olmayan bir açıqlama ilə üstündən keçir bu məsələlərin. Təkcə bu faktlar bəs edir ki, biz başa düşək ki, bu işdə ermənilər özbaşına deyil. Onların güvəndikləri, arxalandıqları var. Ermənilərin 30 ildir, yad torpağında əyləşməsinin nəticəsini, BMT-nin 4 qətnaməsinin hələ də öz həllini tapmamasının səbəblərini bizə xatırladır. Xatırladır ki, bu gün yanında dayanan NATO-nun üzvü olan və Azərbaycanı daim dəstəkləyən qardaş ölkə Türkiyə dövlətidir. Rəsmi Twitter səhifələrində Türkiyə Cumhurbaşkanı Rəcəp Tayyip Ərdoğan ölkə Prezidenti cənab İlham Əliyevlə telefon danışığından sonra    vəziyyətə siyasi qiymət verərək qeyd edib: “Bu gün etdiyimiz telefon görüşməsində dirayetli və qərarlı duruşuna bir daha şahit olduğum Azərbaycan Cumurbaşkanı qardaşım, İlham Aliyevə ifadə etdiyim kimi, Türkiyə “tək millət iki dövlət” anlayışıyla, azərbaycanlı qardaşlarıyla dayanışmasını gücləndirərək sürdürəcəkdir”.

Ardını oxu...

Bölmələrimizin düşmənin məhv edilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda keçirdiyi döyüş əməliyyatı davam edir.

Bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı növbəti videoda isə bölmələrimizin uğurlu döyüş əməliyyatları nümayiş olunub.

 

 

 

Düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib

Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilib. Düşmən sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.

Sentyabrın 28-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhəri atəşə tutulur.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi qarşı tərəfi sonuncu dəfə xəbərdar edir ki, tərəfimizdən onlara qarşı adekvat cavab tədbirləri görüləcək.

Düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə atılan addımlar nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus daha 2 tank bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ardını oxu...

Azərbaycan Ordusunun bölmələri düşmənin döyüş texnikasını sərrast atəşlə məhv etməyə davam edir.

Bu barədə Mudafiə Nazirliyindən məlumat verilib.

Ardını oxu...

Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib.

 Müdafiə Nazirliyindən verilən məlumata görə, qoşunlarımızın keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib.

Ardını oxu...

Ermənistan yenə də həddini aşıb. Bu dəfə cavabını meydanda alır. Meydanda və masa arxasında Can Azərbaycanla birlikdəyik.

Bu sözlər Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun sosial şəbəkə hesablarında etdiyi paylaşımda yer alıb.

Ardını oxu...

Azərbaycan hakerləri Ermənistanın tanınmış saytını çökdürüb

Ermənistanın tanınmış saytlarından olan "News.am" xəbər portalı azərbaycanlı hakerlər tərəfindən çökdürülüb.

"Qarabağ Haker Komandası" erməni xəbər portalını çökdürərək, saytın əsas səhifəsində ""Ilham Aliyev: "Karabakh is Azerbaijan!", "Mubariz Ibrahimov", President Aliyev: "If Armenian soldier doesn't want to die, then let him leave Azerbaijani lands" qeydləri yazılıb.

Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunuması Azərbaycan Ordusuna böyük strateji üstünlük verir.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, ordumuz bu istiqamətdə çox uğurlu əməliyyat həyata keçirib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR