Aparılan ikigünlük döyüşə tab gətirməyən Ermənistan ordusunda dərman və tibbi ləvazimatlar, eləcə də ərzaq qıtlığının olması barədə məlumatlar əldə etmişik.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı açıqlamasında deyib.
V.Dərgahlı qeyd edib ki, dərman və tibbi ləvazimat çatışmazlığı düşmənin döyüşlərdə verdiyi çoxsaylı itkilərlə əlaqədardır. Yaralılar və meyitlərin təxliyəsi üçün nəzərdə tutulmuş hərbi sanitar nəqliyyat vasitələrinin sayının kifayət etməməsi səbəbindən onların daşınması fərdi avtomobillər və yük maşınları vasitəsilə həyata keçirilir.