25 Dekabr 2024, Çərşənbə

Sentyabrın 27-də qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, telefon danışığı zamanı Rusiya Xarici İşlər naziri bölgədə mövcud olan vəziyyət ilə əlaqədar narahatlığını ifadə edib və atəşkəsin bərpa olunmasının vacibliyini qeyd edib.

Ardını oxu...

Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar Prezident İlham Əliyevin Fərmanına əsasən ölkəmizdə hərbi vəziyyət elan edilib.

Bu barədə sentyabrın 27-də Azərbaycan Respublikası Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.

Hikmət Hacıyev deyib ki, sentyabrın 27-də Ermənistan bir neçə istiqamətdən Azərbaycanın yaşayış məntəqələrini, hərbi mövqelərini atəşə tutub. Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb.

Ardını oxu...

Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.

Döyüş əməliyyatları davam edir.

Əks-həmlə əməliyyatı həyata keçirən Azərbaycan Ordusu bölmələrinin zərbələri nəticəsində düşmən çoxlu sayda zirehli texnikanı döyüş meydanında qoyaraq qaçıb.

Ermənistan qoşunlarının məhv edilən, eləcə də ərazidə qalan hərbi texnikalarının video görüntülərini təqdim edirik.

Ardını oxu...

Sentyabrın 27-də Milli Məclisin payız sessiyasının xüsusi plenar iclası keçirilir.

Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq gündəliyə bir məsələnin daxil edildiyini deyib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkədə hərbi vəziyyətin elan olunması məsələsi müzakirə edilib.

Müzakirələrdən sonra ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı qərar qəbul olunub.

Yeganə məqsədi türklərə qarşı düşmənçilik olan Ermənistan və onun muzdlu silahdaşlarının türk milləti qarşısında dayanma ehtimalı yoxdur.

Bu fikirləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib.

Ardını oxu...

Sentyabrın 27-də Milli Məclisin payız sessiyasının xüsusi plenar iclası keçirilir.

Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq gündəliyə bir məsələnin daxil edildiyini deyib.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Ardını oxu...

Saat 6-ya bir neçə dəqiqə qalmış erməni silahlı qüvvələri Füzuli, Cəbrayıl, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriyadan atəşə tutub.

Bu fikri Müdafiə naziri Zakir Həsənov Təhlükəsizlik Şurasının iclasında səsləndirib.

Ardını oxu...

Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda əks-hücum əməliyyatı keçirir. Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir. Prezident Administrasiyasına, eyni zamanda, Müdafiə Nazirliyinə göstəriş verildi ki, əhali müntəzəm olaraq hadisələrin gedişatı ilə bağlı məlumatlandırılsın. Onu deyə bilərəm ki, uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm!

Bu fikri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında səsləndirib.

Ardını oxu...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bəyanat yayıb.

Bəyanatda deyilir: "Bu gün səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Hal-hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən təmin edilir.

Ardını oxu...

Düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub.

Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 27-də Təhlükəsizlik Şurasının iclasında deyib.

Ardını oxu...

Müdafiə Nazirliyi döyüşlərdən video yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əks-həmlə əməliyyatı nəticəsində cəbhənin müxtəlif istiqamətlərdə Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi və döyüş texnikaları məhv edilib.

Videoda düşmənə məxsus döyüş texnikalarının məhv edilməsi anı təqdim edilir.

Ardını oxu...

Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov sentyabrın 27-də keçirilən brifinqdə deyib.

Ardını oxu...

Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yayıb.

Bəyanatı təqdim edirik: “Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Ardını oxu...

Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır.

Müdafiəyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görülür və qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir.

Ardını oxu...

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib. Yarış ştatdankənar kimya manqalarının şəxsi heyətinin taktiki-xüsusi və kütləvi qırğın silahlarından qorunma hazırlığı üzrə nəzəri biliklərinin və praktik bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri”nə dair növbəti maarifləndirici tədbir keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün 15 iyul 2020-ci il tarixdə elan olunmuş müsabiqənin müsahibə mərhələsi 24-25 sentyabr tarixlərdə Naxçıvan Musiqi Kollecində keçirilib. Məlumat üçün bildirək ki, müsabiqəyə çıxarılmış 193 vakant vəzifənin tutulması üçün 125 nəfər sənəd təqdim edib. 17-19 sentyabr 2020-ci il tarixlərdə keçirilmiş test imtahanlarında iştirak edən 123 namizəddən 35 nəfər müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Naxçıvan Musiqi Kollecində işə qəbul üçün ali təhsil müəssisələrini, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslər iştirak ediblər.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 137 nəfər sağalıb, 101 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 39 min 787 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 392 nəfər müalicə olunaraq sağalıb, 583 nəfər vəfat edib. Aktiv xəstə sayı 1812 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 87 min 578 test aparılıb. Bugünkü test sayı isə 6705-dir.

 

 

 

Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra.

Bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında deyib.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 61 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Ayqepar, Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Füzuli rayonunun Qaraxanbəyli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

 

 

 

Dövlət  Film  Fondu  “Əyləncə adası” İstirahət Parkında açıq havada “Ayla” filminin  nümayişini təşkil edilib. Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Dövlət Film  Fondunun  direktoru Mirakif Seyidovbildirib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 2020-ci il iş planına əsasən sentyabr ayı ərzində həftədə bir dəfə olmaqla, eyni məkanda və saatda dünya və azərbaycan kinosundan filmlərin nümayişi təşkil olunmuşdur.

Ardını oxu...

Gözlərimiz qarşısında gündən-günə cavanlaşan, müasirləşən, şəhərsalma mədəniyyətinin tarixi beş min ilə çatan qədim Naxçıvan zamanın heç bir dönəmində son illərdəki kimi genişmiqyaslı uğurlar qazanmayıb. Öncə onu qeyd edək ki, infrastrukturu çağdaş dünya standartları səviyyəsində bütövlüklə yenilənib, bir vaxtlar  yaşadığı çoxsaylı problemlər tamamilə aradan qaldırılıb, bu gün öz inkişafının yeni dövrünə qədəm qoyub Peyğəmbər ayağı dəyən bu müqəddəs torpaq. Özünün ən şərəfli dövrünü yaşayır, sözün əsl mənasında, gözəlliklər məskəninə çevrilib Naxçıvan. Bu gün əminliklə demək olar ki, dünyanın ən gözəl, təmiz, abad şəhəridir Naxçıvan. 

Ardını oxu...

Ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalı 3 faiz azalıb. Dövlət Statistika Komitəsinin yanvar-avqust aylarının nəticələrinə dair məlumatında belə deyilir. İlin birinci yarısının yekununa görə? 2,7 faiz idi. Çünki il başlanandan bəri pandemiya şəraitiylə əlaqədar ikitərəfli təzyiq altındayıq.
Lakin söhbət tənəzzüldən getsə də, bu, o qədər də böyük rəqəm deyil. İlin 3-cü rübünün bitməsinə isə az qalır. 6 aydan çoxdur, pandemiya şəraitində yaşayırıq. Cari ilin nəticələrini ötən illə müqayisə etmək düzgün deyil. Çünki söhbət iqtisadi sistemin sırf daxili səbəblər üzündən qaynaqlanan tənəzzülündən getmir. Hazırkı sosial-iqtisadi durumumuzu xarici ölkələrlə yanaşı qoysaq, bizdə vəziyyət qənaətbəxşdir. O səbəbdən ki, əksər ölkələrdə tənəzzül ikirəqəmli səviyyədədir və 150-dən çox ölkə beynəlxalq maliyyə qurumlarına yardım üçün müraciət edib.

Ardını oxu...

Hər kəsin Vətən adlı  bir dünyası var.  Bəlkə elə buna görə də  dünyada hər şeyi  zövqə, imkana görə dəyişmək olar, bircə Vətəndən başqa...Vətən tale yazısıdır, Vətən bəşər övladının şanı-şərəfi, qeyrəti, namusudur... Bütün sevinclərimizin  əzəli də  ona bağlıdır, axırı da... Mənim də Vətən adlı dünyam canım qədər sevdiyim
Azərbaycandır. Böyüyüb boya-başa çatdığm  yurdum  isə bol günəşi, saf suyu, təmiz havası ilə göz oxşayan gözəlliklər məskəni Naxçıvandır. Naxçıvanım! Əlincə qeyrətli, Gəmiqaya sirli, Əshabi-Kəhf möcüzəli, Möminə Xatın  şöhrətli  qədim diyarım...

Ardını oxu...

DünənSaat Meydanı” turistik istirahət mərkəzində “27 sentyabr  – Ümumdünya Turizm Günü”  və “Turizm İşçiləri Günü” peşə bayramı münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Turizm loqosunun təqdimat mərasimi keçirilib. Əvvəlcə tədbirin aparıcısı muxtar respublikada turizm sahəsinə göstərilən dövlət qayğısından danışıb, son illər bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər barədə ətraflı məlumat verib.

Ardını oxu...

Əmək qanunvericiliyi, kadr və kargüzarlıq işinin təşkilinə dair Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində təşkil olunan iki günlük təlimdə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların bu sahə üzrə çalışan 12 əməkdaşı iştirak edib. Təlimin təşkilində məqsəd kadr və kargüzarlıq işinin qanunvericiliyə uyğun təşkili, insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi, iş təcrübəsinin yüksəldilməsi və bu sahədə yeniliklərin tətbiqidir.

Ardını oxu...

Naxçıvan Şəhər Nəqliyyat İdarəsində keçirilən elektron taksi xidmətinin təqdimat mərasimində Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev çıxış edərək bildirib ki, müasir həyatı taksisiz təsəvvür etmək mümkün deyil. Xüsusən də hər hansı bir уеrə gecikəndə lazımi ünvana vaxtında çatmaq üçün taksi xidmətindən istifadə etməli oluruq. Hazırda Naxçıvan Muxtar Respublikası üzrə 23-ü Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə, 473-ü isə fiziki şəxslərə məxsus olmaqla, ümumilikdə 496 taksi sərnişindaşıma fəaliyyəti göstərir. Ötən dövrdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində taksi fəaliyyətinin müasir standartlara uyğunlaşdırılmasıistiqamətində böyük nailiyyətlər əldə olunub. Taksi fəaliyyəti göstərən avtomobillər üçün vahid dizayn müəyyən edilməsi, sürücülərin vahid geyim forması ilə təmin olunması, avtomobillərin təmizliyinə və texniki vəziyyətinə nəzarətin artırılması bu baxımdan xüsusilə diqqətəlayiqdir. Bu işlərin davamı olaraq, muxtar respublika rəhbərinin tapşırığına əsasən əhaliyə göstərilən taksi xidmətinin səviyyəsinin yüksəldilməsi, eləcə də operativ və keyfiyyətli fəaliyyətin təmin edilməsi məqsədilə innovasiyaya əsaslanan elektron taksi xidməti yaradılıb.

Ardını oxu...

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İran İslam Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə, xüsusilə, iqtisadiyyat, ticarət, mədəni sahələrdə əməkdaşlıq, fəaliyyət istiqamətləri, rəsmi səfərlər, regional vəziyyət və digər maraqlı mövzularda səmimi müzakirələr aparılıb.

Ardını oxu...

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən mühəndis ixtisaslı manqa komandirləri ilə təlim-metodiki toplantı keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, toplantıda əsas diqqət ixtisas və taktiki-xüsusi hazırlıq üzrə məşğələlərə yönəldilib.

Məşğələlər zamanı səhra şəraitində avtomobil texnikalarının maskalanma üsul və vasitələri, silahlanmada mövcud olan müasir mina əleyhinə qoruyucu istehkam kostyumları və minaaxtaranlar, ön xəttin qarşısında qurulacaq partlamayan piyada və tank əleyhinə mühəndis maneələrinin nümunələri, döyüş və avtomobil texnikalarının səngərləri və daldalanacaqları, “Pomnis-2” mina sahələrindən keçidaçma qurğusunun taktiki-texniki xüsusiyyətləri və iş prinsipi, mühəndis-müşahidə postlarından düşmənin, ərazinin və obyektlərin mühəndis kəşfiyyatının aparılması qaydaları nümayiş etdirilib.

Yekunda toplantıya cəlb edilmiş heyətdən fiziki və ixtisas hazırlığından məqbullar götürülüb.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 69 dəfə pozub.

Ardını oxu...

Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunda da istehsal müəssisələri, təhsil, səhiyyə və digər qurumlar üçün binaların tikintisi, yolların və digər infrastrukturların yenilənməsi diqqət mərkəzində saxlanılır. Cari ildə də belə tədbirlər sürətlə davam etdirilir, geniş və iri layihələr icra olunur.

Ardını oxu...

Naxçıvan Qarnizonu Qoşunlarında təşkil olunan növbəti kursların başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Kursları uğurla bitirənlər müxtəlif hərbi vəzifələrə təyin olunublar.
Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra polkovnik Mehman Gülməmmədov kurslar zamanı hər bir kursantın müasir hərb elminə aid yeni biliklərə yiyələndiyini və praktiki vərdişlərinin təkmilləşdirildiyini qeyd edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində gələcək polislərin andiçmə mərasimi keçirilib. Tədbirə gələn Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərova raport verildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

Nazir polis andı qəbul edəcək kursantları, məktəbin pedaqoji kollektivini bu münasibətlə təbrik edib, onlara təhsildə müvəffəqiyyətlər arzulayıb.

Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət quruculuğu strategiyasını uğurla davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bütün dövlət orqanları ilə yanaşı daxili işlər orqanlarına da daim yüksək diqqət və qayğı ilə yanaşır, Daxili İşlər Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməsini diqqət mərkəzində saxlayır. Bu sahədə görülən işlərin tərkib hissəsi kimi Ali Məclis Sədrinin 5 mart 2018-ci il tarixli Fərmanı ilə Orta İxtisas Polis Məktəbinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir.

Ardını oxu...

Sentyabrın 23-də Respublika Olimpiya Mərkəzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri tərəfindən Naxçıvan Muxtar Respublikasının Baş Nazirinə dövlət başçısının adından təcili tibbi yardım avtomobilləri təqdim edilib.

Agentlikdən verilən xəbərə görə, qurumun İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, sözügedən sahənin inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olub: “Ölkə başçısının tapşırığına uyğun olaraq Agentlik tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib. Yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi cari ilin iyul ayında, növbəti hissəsi isə sentyabr ayında gətirilib. Təcili tibbi yardım avtomobilləri arasında respublikaya gətirilən yeni, müasir standartlara cavab verən Ambulans-Perinatal ölkə səhiyyəsində yenilikdir”. 

Ardını oxu...

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Türkiyənin daha iki şəhərinə - Ankara və Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki,Türkiyənin paytaxtı - Ankara şəhərinə AZAL-ın reyslərinin həyata keçirilməsi həftədə iki dəfə - bazar ertəsi və şənbə günləri olmaqla sentyabrın 28-dən etibarən nəzərdə tutulmuşdur.

Antalyaya xüsusi reyslər 30 sentyabr tarixindən etibarən hər həftənin çərşənbə günləri həyata keçiriləcəkdir.

Ardını oxu...

 

Moldovanın Timpul.md xəbər portalı Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində Ermənistanın təcavüzkar siyasətini ifşa edən açıqlamalarına geniş yer ayırıb.

Portal dövlətimizin başçısının səsləndirdiyi bu fikirlərə diqqət çəkir: “Ermənistan yeni müharibəyə hazırlaşır. Təmas xəttinə yaxın onların qüvvələrinin konsentrasiyası baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaq üçün təxribatlara əl atır. Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma aparılır. Bu, bütün beynəlxalq konvensiyalara ziddir”.

Materialda Azərbaycan Prezidentinin danışıqlar prosesini bilərəkdən pozan Ermənistan rəhbərliyinə qarşı digər sərt fikirləri də yer alıb.

 

 

 

 

İtaliyanın “Eurasianews” informasiya portalında “Ermənistan yeni torpaqlar işğal etmək naminə müharibəyə hazırlaşır” sərlövhəli məqalə dərc edilib.

Yazıda Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlandığı iyul hadisələrinin ölkəmizin işğal olunmuş ərazilərində qoşunların təmas xəttində deyil, dövlət sərhədində, Azərbaycanın enerji-nəqliyyatı infrastrukturunun keçdiyi strateji əhəmiyyətli Tovuz rayonunda baş verməsinə diqqət yönəldilib.

Yazıda bu hadisələrin səbəblərini araşdırmaq üçün 2018-ci ildə Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra bu ölkənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqlar prosesini dayandırmağa yönələn, sülh prosesinə xələl gətirən təxribatçı bəyanatları və hərəkətlərini əks etdirən, bölgədə gərginliyi daha da artırmaq və Azərbaycana qarşı yeni genişmiqyaslı hərbi əməliyyatlara başlamaq istiqamətində atdığı addımlara dair məlumatlar təqdim edilib.

 

 

 

Sentyabrın 26-27-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan sakinlərinin çoxdandır gözlədiyi festival –“Arıçılıq məhsulları-bal festivalı” keçiriləcək. Hər il ənənəvi olaraq təşkil edilən festivalda muxtar respublikanın şəhər və rayonlarında arıçılıqla məşğul olan ailə təsərrüfatları, sahibkarlar arıçılıq məhsulları ilə iştirak edəcək, ictimai iaşə obyektləri fəaliyyət göstərəcək.

 

Festival zamanı Naxçıvan Muxtar Respublikasında bu sahənin tarixi, son illər arıçılığın inkişafı ilə bağlı geniş məlumat veriləcək. Festivalda arıçılıq avadanlıqlarının və arıçılığa aid ədəbiyyatların sərgisi, o cümlədən konsert proqramı təşkil ediləcək. Arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə keçiriləcək, müsabiqə qaliblərinə hədiyyələr və diplomlar təqdim ediləcək.

 

 

 

Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən  verilən məlumatda bildirilir. Belə ki, 1 avqust 2020-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 2771 nəfər artaraq 460 min 743 nəfər olubdur.

 

 

 

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 49 dəfə pozub.

Ardını oxu...

Zaman-zaman öz işğalçılıq planlarından əl çəkməyən erməni daşnakları 1990-cı ildə də Azərbaycanın bir çox bölgələrindən, o cümlədən Naxçıvan istiqamətindən öz mənfur arzularına çatmaq üçün cəhdlərə başlamışdılar. Elə bir vaxt  idi ki, əli silah tutan hər kəs ön cəbhəyə yollanırdı. İdris Məmmədov da bir qarış torpağımız düşmən işğalı altına keçməsin deyə, könüllü şəkildə ön cəbhəyə üz tutanlardan idi…

Bu gün şəhidin hələ sağlığında qələmə aldığı Vətən yanğılı şeirlərini oxuduqca, onun haqqında deyilənləri eşitdikcə, həqiqətən də, ürəyi Vətən eşqi ilə döyünən bir Vətən oğlunun göstərdiyi qəhrəmanlıq qarşısında baş əyirəm. Təəssüf ki, övlad itkisinə uzun müddət tab gətirə bilməyən İmgülsüm nənə və Ələsgər babanın qürurlu və nisgilli söhbətlərini dinləmək mənə nəsib olmayıb.
Yaxın günlərdə “Şərq qapısı” qəzetinin arxivini vərəqləyərkən 1992-ci il tarixli nömrəsində dərc olunan bir müsahibə diqqətimi çəkir. Şəhidin atası Ələsgər baba həmin illərdə qəzetimizə verdiyi müsahibədə deyir: “Ata kimi o günləri xatırlamaq mənim üçün çox ağırdır. Hərdən fikirləşirəm ki, yazıya pozu yoxdur. Doğrudan, çətin, ağır günlər idi. Ortada namus, qeyrət məsələsi dururdu. Belə bir vaxtda mən övladımı gözləyə idim, sən uşağını qoruya idin, bəs sərhədlərimizi o cür azğın düşmənlərdən kim qorumalı idi? Əgər o vaxtlar, doğrudan da, əli silah tutan igid oğullarımız olmasaydı, indi, bəlkə də, vəziyyət tamam dəyişərdi. Belə halda qurban da verilməli, qan da tökülməli idi. Bircə təskinliyim ondadır ki, İdris dünyasını dəyişəndən sonra hamının əzizinə, övladına çevrildi, bir də ki bu yolda canını fəda edənlər, şəhid olanlar elə hamımızın əzizi, övladı deyilmi?”

Ardını oxu...

Azərbaycan torpaqlarına hücumları davam etdirən Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə qarşı ən böyük mane olduğunu bur daha təsdiqləyib.

Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 75-ci Sessiyasında videoformatda çıxışında söyləyib. Türkiyə dövlətinin başçısı deyib: “Dağlıq Qarabağ problemi başda olmaqla, bölgədəki bütün münaqişələrin Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün və suverenliyini qorunması, BMT və ATƏT-in qətnamələri əsasında həll olunmasını istəyirik”.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəllimlərin işə qəbulu üçün 30 iyun 2020-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanları 31 avqust-16 sentyabr tarixlərdə ­keçirilmişdir.
Müsabiqəyə 268 vakant vəzifə çıxarılmışdı. 186 vəzifənin tutulması üçün 746 namizəd müraciət etmişdi ki, bu da son illərdə ən yüksək göstəricidir. Belə ki, 2018-ci ilin eyni dövründə 527, 2019-cu ildə isə 599 müraciət qeydə alınmışdı. Test imtahanlarında 714 namizəd iştirak edib, onlardan 414-ü keçid balını toplayıb.

Ardını oxu...

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib. 

Komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin nəzəri biliklərinin möhkəmləndirilməsinə, bölmələrin idarə edilməsində praktik vərdişlərin təkmilləşdirilməsinə və keçirilən tədbirlərin təşkilinə yaradıcılıqla yanaşılmasında özünəinam hissinin aşılanmasına yönəldilib.
Məşğələnin 3-cü günündə hərbi hissələrin komandirlərinin və digər vəzifəli şəxslərinin cəlb edilməsi ilə “Müdafiənin təşkilində mövcud problemlər və onların aradan qaldırılması” mövzusunda konfrans keçirilib.

Nəriman NƏCƏFOV

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərirlər.

Ardını oxu...

Fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən “Vətəndaşsızlıq məsələləri ilə əlaqədar işçi qrupu”nun bu gün ilk iclası onlayn formatda keçirilib.

İşçi qrupunun tərkibində Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) və BMTQAK-ın Azərbaycandakı Nümayəndəliyi təmsil olunur.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR