Azərbaycan torpaqlarına hücumları davam etdirən Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə qarşı ən böyük mane olduğunu bur daha təsdiqləyib.
Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 75-ci Sessiyasında videoformatda çıxışında söyləyib. Türkiyə dövlətinin başçısı deyib: “Dağlıq Qarabağ problemi başda olmaqla, bölgədəki bütün münaqişələrin Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün və suverenliyini qorunması, BMT və ATƏT-in qətnamələri əsasında həll olunmasını istəyirik”.
AZƏRTAC