Yeganə məqsədi türklərə qarşı düşmənçilik olan Ermənistan və onun muzdlu silahdaşlarının türk milləti qarşısında dayanma ehtimalı yoxdur.
Bu fikirləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib.
D.Baxçalı bu fikirləri ifadə edib: “Ermənistanın bu gün səhər saatlarında qardaş ölkə Azərbaycanın hərbi birləşmələrinə və mövqelərinə qarşı həyata keçirdiyi hücumlar düşmənlikdir, yeni bir qanlı səhifənin açılması deməkdir. Qarabağ türkündür, türk vətənidir. Heç kim bu möhkəm və müstəsna həqiqəti dəyişdirə bilməyəcək. Yeganə məqsədi türklərə qarşı düşmənçilik olan Ermənistan və onun muzdlu silahdaşlarının türk milləti qarşısında dayanma ehtimalı yoxdur. Qanımızla, canımızla, varlığımızla Azərbaycanın yanındayıq”.
AZƏRTAC-