26 Dekabr 2024, Cümə axşamı

Əmək qanunvericiliyi, kadr və kargüzarlıq işinin təşkilinə dair Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində təşkil olunan iki günlük təlimdə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların bu sahə üzrə çalışan 12 əməkdaşı iştirak edib. Təlimin təşkilində məqsəd kadr və kargüzarlıq işinin qanunvericiliyə uyğun təşkili, insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi, iş təcrübəsinin yüksəldilməsi və bu sahədə yeniliklərin tətbiqidir.

İlk gün əvvəlcə mərkəzin direktoru Mehriban İmanova çıxış edərək təlimin mahiyyəti  barədə məlumat verib. Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova təlimin birinci modulu üzrə “Əmək qanunvericiliyi” mövzusunda çıxış edərək Azərbaycan Respublikasının əmək qanunvericiliyi, işçinin və işəgötürənin əsas hüquq və vəzifələri, əmək funksiyası, iş vaxtı və onun tənzimlənməsi, əmək müqaviləsi, onun növləri, hazırlanması, sənədləşdirilməsi, əmək müqaviləsi üzrə elektron informasiya sistemindən istifadə, müqaviləyə xitam verilməsi qaydaları barədə slaydlar vasitəsilə geniş məlumat verib. “Kadr işinin təşkili” adlı ikinci modul üzrə təlimçi-ekspert qismində çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşı Arzuman İmanov “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri, məzuniyyət hüququnun tənzimlənməsi, məzuniyyət və onun növləri, məzuniyyətlərin müddətləri və verilməsi qaydaları, kadrlara dair tələblərin müəyyənləşdirilməsi haqqında geniş məlumat verib.

Təlim növbəti gün ikinci günündə təşkilatlarda sənədlərin hazırlanması, hərəkəti, icrası, uçotu ilə əlaqədar olaraq sənədləşmə və kargüzarlıq işinin düzgün şəkildə aparılması və təkmilləşdirilməsi mövzusu ilə işini davam etdirəcək.

Təlimin sonunda iştirakçıların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün test imtahanı keçiriləcək, müvəffəqiyyət əldə edən iştirakçılara sertifikatlar təqdim ediləcək.

 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin

mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR