Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün 15 iyul 2020-ci il tarixdə elan olunmuş müsabiqənin müsahibə mərhələsi 24-25 sentyabr tarixlərdə Naxçıvan Musiqi Kollecində keçirilib. Məlumat üçün bildirək ki, müsabiqəyə çıxarılmış 193 vakant vəzifənin tutulması üçün 125 nəfər sənəd təqdim edib. 17-19 sentyabr 2020-ci il tarixlərdə keçirilmiş test imtahanlarında iştirak edən 123 namizəddən 35 nəfər müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Naxçıvan Musiqi Kollecində işə qəbul üçün ali təhsil müəssisələrini, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslər iştirak ediblər.
Qanunvericiliyə əsasən müsahibənin keçirilməsi üçün Mədəniyyət Nazirliyindən 1, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan 1, müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılıb. Müsahibə zamanı namizədlərin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyətləri yoxlanılıb. Bu mərhələdə namizədlərə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt verilib. Mühasibə mərhələsinin nəticələri beş ballıq sistem əsasında qiymətləndirilib, müsahibənin yekun nəticələri “Namizədin qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdirilib. Müsahibə mərhələsində __ namizəd iştirak edib, __ nəfər müvafiq keçid balını (12 və ya daha çox) toplayıb. Bu mərhələdə uğur qazanmış şəxslərin sənədləri işə təyin olunmaq üçün Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə göndərilib.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti