25 Dekabr 2024, Çərşənbə

     

           Bu il muxtar respublika səhiyyəsinin inkişafında özünəməxsus xidmətləri olan Əqil Mehdiyevin anadan olmasının 100 illiyi tamam olur. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2020-ci il sentybarın 17-də Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Ömrünün 50 ildən çoxunu səhiyyə təşkilatçısı və həkim kimi muxtar respublika səhiyyəsinin inkişafına həsr edən Əqil Mehdiyev Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri vəzifəsində səmərəli fəaliyyət göstərmişdir. Əqil Mehdiyev muxtar respublikanın ictimai və sosial həyatında da yaxından iştirak etmiş, birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri olmuşdur.Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Əqil Mehdiyev Azərbaycan Respublikasının “Əməkdar həkimi” fəxri adına layiq görülmüş, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir”.

          Həkim və ictimai xadim kimi böyük nüfuza sahibi olan Əqil Mehdiyev onu tanıyanların xatirəsində hələ də yaşayır. Bakı şəhərində yaşayan oğlu Səftər Mehdiyevlə əlaqə saxlayaraq atası barədə ətraflı söhbətləşdik.Deyir ki, 1920-ci ildə Naxçıvan qəzasının Nehrəm kəndində dünyaya göz açan Əqil həkimi daha çox “Əqil müəllim” deyə çağırıblar. Ona görə ki, bir müddət pedaqoji fəaliyyətlə məşğul olub, müxtəlif illərdə Ərəzin və Nehrəm məktəblərində işləyib. Altıncı sinifə qədər Nehrəm məktəbində oxumuş, sonra Bakı şəhərində yaşayan yaxın qohumlarının təkidi ilə ora köçmüş və təhsilini 18 saylı orta məktəbdə davam etdirmişdi. Burada ona nakam şairimiz Mikayıl Müşfiq dərs demişdi. Unudulmaz şair atamı çox vaxt “Aqil” deyə çağırarmış. Daha sonra atam 1937-ci ildə Naxçıvana qayıdır. Nehrəm məktəbində X sinif olmadığı üçün Naxçıvan şəhərinə gedir və orta təhsilini 1 nömrəli məktəbdə başa vurur.

Ardını oxu...

Azərbaycan Respublikası Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər döyüş maşınlarının ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər.

Ardını oxu...

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda dəyişiklik edilib.

Bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Qərara əsasən, Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması sahəsində göstərilən xidmətlərə görə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödəniləcək.

 

 

 

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 33 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

 

 

 

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində yerli icra və probasiya şöbə və bölmələrinin vakant ədliyyə qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqədə müvəffəqiyyət qazanmış namizədlərin andiçmə mərasimi olub.

Ardını oxu...

Ailə mədəniyyəti, ailə dəyərləri bu gün dünyadakı xalqların sayı qədər rəngarəng, müxtəlif və özünəməxsusdur. Hər bir xalq, etnos özünün tarixən formalaşmış mental dəyərləri əsasında ailə modeli yaradır. Fəxrlə deyə bilərik ki, qədim Şərq və müasir Qərb mədəniyyətinin ən üstün cəhətlərini özünün zəngin adət-ənənələri ilə sintez edən ölkəmizdə ailə institutuna böyük dəyər verilir. Milli düşüncə sistemimizdə özünə yer tapmış qənaətlərdən biri də budur ki, ailə başçısı kimi məsuliyyətini düzgün dəyərləndirməyən bir şəxs kamil insan və şəxsiyyət ola bilməz. Yalnız yüksək əxlaqi keyfiyyətlərə, xalqın minillik milli dəyərlərinə ürəkdən bağlı olan insanlar ailənin cəmiyyətdəki rolunu hər zaman düzgün qiymətləndirə bilmişlər.       

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış və ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında hər bir vətəndaşın nikah hüququ təsbit edilib, dövlətin ailəyə qayğı siyasətinin əsas prioritetləri müəyyənləşib. Konstitusiyamıza əsasən ailə və uşaqlar dövlətin himayəsi altındadırlar. Konstitusiyanın ailə hüquqlarının müdafiəsinə yönəlmiş əsas norması hamının qanun və məhkəmə qarşısında bərabərliyini, kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğunu bəyan edən “bərabərlik hüququ” adlanan normasıdır. Burada hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir, insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması qadağan edilir.

Ardını oxu...

Bu gün dövlətlərin milli təhlükəsizliyinin təmin olunmasında enerji təhlükəsizliyi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, dünya gündəmində baş verən əksər münaqişələrin təməlində enerji təhlükəsizliyi siyasi məfhum kimi meydana çıxır. Bu məfhum isə, mübaliğəsiz şəkildə desək, bu gün bütünlükdə bəşəriyyətin mövcudluğunu təmin edən ilkin resurslardan biridir. 

Zəngin enerji mənbələrinə malik zəif idarə olunan ölkələr və həmin zəngin mənbələri mənimsəmək istəyən güclü ölkələr… Hazırda dünyada mövcud olan bir çox münaqişələrin qarşılıqlı tərəfləri məhz bu qrupdan olan ölkələrdir. Azərbaycan isə bu gün dünyada güclü enerji ehtiyatlarına malik və güclü siyasi iradə ilə idarə olunan tək-tük ölkələrdəndir. O ölkələrdən ki sahib olduğu enerji ehtiyatlarının istifadəsi xalqın firavan həyatına, ölkəmizin iqtisadi tərəqqisinə və ən əsası siyasi müstəqilliyinə hesablanmışdır. Əlbəttə, bütün bunlar xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrikliklə, məqsədyönlü və mərhələli şəkildə həyata keçirdiyi iqtisadi siyasət nəticəsində mümkün olmuşdur.
Ulu öndərimiz Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkəmizdə enerji təhlükəsizliyi sahəsində mühüm işlər görmüşdür. Böyük şəxsiyyətin güclü siyasi iradəsi nəticəsində 1994-cü il sentyabr ayının 20-də Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 neft şirkəti arasında imzalanan “Əsrin müqaviləsi” isə müstəqil ölkəmizin tarixinə enerji təhlükəsizliyinin əsasının qoyulduğu möhtəşəm hadisə kimi yazıldı.

Ardını oxu...

2014-cü ilin sentyabr ayında Avropa Şurasının keçmiş baş katibi, tanınmış avstriyalı diplomat Walter Schwimmer ilə Naxçıvan Muxtar Respublikasında səfərdə olduq. Naxçıvan şəhərində olduğumuz müddətdə Avrasiya məkanında nadir memarlıq abidəsi olan Yusif Küseyir oğlu və Qarabağlar türbələrini ziyarət etmək fürsətimiz oldu.
Yusif Küseyir oğlu türbəsi Naxçıvan şəhərində memarlıq abidəsidir. Bu abidə Xiyabani prospektində yerləşir və xalq tərəfindən Atababa türbəsi və ya Atababa günbəzi olaraq tanınır. Memarlıq şah əsəri səkkiz əsr bundan əvvəl tikilmiş, XX əsrin əvvəllərində müəyyən bərpa işləri aparılmış, mühəndis qurğuları gücləndirilmişdir. Bu nadir türbə yeraltı sərdabədən və yerüstü qülləvarı hissədən ibarətdir. Planda abidənin yerüstü hissəsi daxildən və xaricdən səkkizbucaqlı şəklindədir.

Ardını oxu...

Ermənistan rəhbərliyinin təhrikedici açıqlamaları Dağlıq Qarabağ münaqişəsi ətrafında onsuz da gərgin olan vəziyyəti çətinləşdirir.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, Ermənistan müdafiə nazirinin bir müddət əvvəl verdiyi açıqlamada Azərbaycanın suveren ərazisindəki hərbi əməliyyatlar və kəşfiyyat missiyaları təşviq olunur:

Ardını oxu...

Rumıniyanın populyar “News24hours” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etməsi barədə yazıb.

Portal dövlətimizin başçısının mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə fikirlərinə geniş yer ayırıb.

Ardını oxu...

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribata dair açıqlama yayıb.

Açıqlamada Ermənistan silahlı qüvvələrinin sentyabrın 21-də Ermənistan-Azərbaycan beynəlxalq sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində növbəti təxribata əl atdığı bildirilir. Qeyd edilir ki, düşmən qüvvələrinin atıcı odlu silahdan açdığı atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olub.

Ardını oxu...

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda qeyd edilib ki, son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutlması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub.

Ardını oxu...

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildiriblər ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir.

Sentyabrın 20-si saat 23:13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.

Birləşmiş Millətlər Təşkilatının 1981-ci ildə qəbul etdiyi Qərara əsasən 21 sentyabr həmin tarixdən etibarən  bütün dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur. 

Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir. Ümumiyyətlə, sülh və sabitlik inkişafın təməlidir. Bu proses hər ölkədə və regionda, onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir.

Ardını oxu...


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Dünyada yayılan pandemiyanın qarşısının alınması məqsədilə müvəqqəti olaraq dayandırılan muzey ziyarətləri yenidən bərpa olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının tarixinə 1990-cı ildən başlayaraq informasiya blokadası yazıldı. Mənfur Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində bu qədim diyara gələn bütün kommunikasiya xətləri, o cümlədən teleradioötürücü qurğuları tamamilə dağıdılaraq məhv edildi. Həmin dövrdə çörək növbəsi, su qıtlığı, enerji çatışmazlığı və başqa problemlərlə mübarizə aparan naxçıvanlılar ölkədə olub-bitənlərdən də xəbərsiz qaldılar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən bildirilib ki, test imtahanları 31avqust - 16 sentyabr tarixlərində keçirilib.

Müsabiqəyə  çıxarılan 268 vakant vəzifədən 186 vəzifənin tutulması üçün 746 namizəd müraciət edib ki, bu da son illərdə ən yüksək göstəricidir. Test imtahanlarında  iştirak edən 714 namizəddən 414–ü  keçid balını toplayıb.

Ən çox vakant vəzifələr  Şərur rayonu (63 yer), Ordubad rayonu (60 yer) və Babək rayonu (40 yer) üzrə mövcud olub. Ən çox müsabiqə vəziyyəti isə İbtidai sinif müəllimliyi (148 müraciət), İngilis dili (145 müraciət), Tarix (69 müraciət) və Azərbaycan dili (55 müraciət) ixtisasları üzrə qeydiyyata alınıb.

Ardını oxu...

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar görüşüb. Görüşdə xanım Aymone Sessera təmsil etdiyi Komitənin Azərbaycan Respublikasında nümayəndəliyinin yeni təyin olunan rəhbəri xanım Ariane Baueri təqdim edib. Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlıq və digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

 

 

 

“Əsl xoşbəxt həkimlər ümumi ideallar naminə özünü tibb elminə həsr edənlər və başqasının xoşbəxtliyi ilə xoşbəxt olanlardır”. Görkəmli cərrah Nikolay Piroqovun bu kəlamını xatırlayarkən Əqil Mehdiyevi anmamaq mümkün deyil. Fədakar əməyi ilə xalqın rəğbətini, hörmətini qazanan, hər zaman böyük məhəbbət və minnətdarlıqla xatırlanan tanınmış həkim, ictimai xadim Əqil Mehdiyev 1920-ci ildə Naxçıvan qəzasının Nehrəm kəndində dünyaya göz açıb. Onun həyat yolu çox çətin və şərəfli olub. Orta təhsilinə Nehrəm kənd məktəbində başlayan Əqil Mehdiyev daha sonra təhsilinə Bakı şəhərindəki 18 nömrəli orta məktəbdə davam edib. Bakıda onun müəllimlərindən biri böyük şairimiz, nakam ömürlü Mikayıl Müşviq olub. Orta təhsilini 1938-ci ildə Naxçıvan şəhərindəki 1 nömrəli orta məktəbdə başa vurub. 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul olunan səhiyyə fədaisi İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımçıq saxlamaq məcburiyyətində qalıb və müharibəyə yollanıb.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

 

 

 

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.

Bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi tamam olur.

Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Təəssüflər olsun ki, bu il bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı dahi bəstəkarın adını daşıyan festival və çoxsaylı tədbirlər təxirə salınıb. Məhdudiyyətlərə baxmayaraq yenə də, Fəxri xiyabanda dahi bəstəkarın məzarı ziyarət olunacaq, həmçinin mədəniyyət tariximizin bu əlamətdar günü Beynəlxalq Muğam Mərkəzi (BMM) və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə layihəsinin təqdimatı ilə yadda qalacaq.

Ardını oxu...

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə səhiyyə işçiləri üçün əmək yarmarkası keçirilib.
Səhiyyə naziri Niyazi Novruzov tədbirdə çıxış edərək səhiyyə sistemində aparılan quruculuq işlərindən, həyata keçirilən islahatlardan danışıb. Bildirilib ki, son illər səhiyyənin inkişafında, tibbi xidmətin yüksək səviyyədə aparılmasında, tibbi kadrların hazırlanmasında müəyyən uğurlar əldə olunub
Qeyd edilib ki, muxtar respublikada tibbi kadrlara olan tələbatın ödənilməsi məqsədilə Naxçıvan Dövlət Universitetində ali, Naxçıvan Tibb Kollecində isə orta ixtisas təhsilli tibbi kadr hazırlığı aparılır.

Ardını oxu...

Sentyabrın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının birgə iclası keçirilib.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyə Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsinin layihəsi haqqında məsələnin daxil olduğunu bildirib. Qeyd edib ki, məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyası, Milli Məclisin Daxili Nizamnaməsi, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanun intizam məsələlərini özündə ehtiva edir. Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışında parlamentə bir sıra tövsiyələr vermişdi. Onların bir hissəsi də intizam məsələləri ilə bağlı idi.

Ardını oxu...

Xalq-ordu birliyinə nümunə olaraq muxtar respublikada hərbi hissələrə meyvə-tərəvəz sovqatlarının verilməsinin davamı kimi Şərur rayonundakı “Vüsal” kiçik müəssisəsinin kollektivi 4 ton kartof və soğanı hərbi hissəyə təhvil verib.

Müəssisənin rəhbəri Mürşüd Həsənov bu gün əsgərlərimizin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını qeyd edərək, ayrı-ayrı özəl qurumların, fermer və sahibkarların Vətənin keşiyində dayanan əsgərlərin qayğısına qalmasının, onlara sovqat göndərməsinin mənəvi dəstək olduğunu deyib. Bu, ordu-xalq birliyinin bariz nümunəsidir.

Hərbi hissənin zabiti gətirilən sovqata görə minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş Naziri vəzifəsinə seçilməsi münasibətilə Yoşihide Suqaya təbrik məktubu göndərib.

Məktubda deyilir: “Biz Yaponiya ilə dostluq və əməkdaşlıq münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik”.

Dövlətimizin başçısı yeni Baş Nazirə ən xoş arzularını yetirib, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.

 

 

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli və Ağdam kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

 

 

 

Sentyabrın 16-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli əvvəlcə VI çağırış dövründə parlamentdə görülən işlərdən söz açıb. Bildirib ki, COVID-19 pandemiyası ilə əlaqədar bütün dünyada yaranmış ağır şəraitə baxmayaraq, Milli Məclis öz fəaliyyətini ən yüksək səviyyədə davam etdirib və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib. Həm ölkə daxilində, həm də beynəlxalq miqyasda deputatlarımız Azərbaycanın milli maraqları istiqamətində geniş fəaliyyət göstəriblər.

Ardını oxu...

Ötən günlərdə 8-ci Sərhəd Zastavası üçün istifadəyə verilən yeni xidmət və yaşayış kompleksi ilə tanış olmaq, sərhədlərimizin keşiyində mətinliklə dayanan vətənpərvər oğullarla söhbət etmək üçün adıçəkilən ünvana üz tutarkən yolboyu mobil telefonumun yaddaşına qeyd etdiyim fikirlər diqqətimə hakim kəsilir: “Muzdlu qoşunlara güvənən hakimiyyət heç zaman möhkəm və uzunömürlü ola bilməz, çünki muzdlu əsgərlər arasında birlik yoxdur, onlar təkəbbürlü, intizamsız, xəyanətkar olurlar, dostlarla münasibətdə davakar, düşmənə qarşı qorxaqdırlar. Belə əsgərlərin məğlubiyyəti yalnız qəti döyüşün təxirə salındığı müddət qədər yubanar. Sülh dövründə əsgər olmaq xoşlarına gələr, amma müharibə başlayan kimi döyüş meydanından qaçıb uzaqlaşarlar”. İtalyan filosof və yazıçısı Nikkolo Makiavellinin “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan “Hökmdar” əsərindəki bu qısa və dərin məzmunlu fikirləri diqqətlə nəzərdən keçirdikcə tarixboyu məkrli planlar ardınca qaçan, özgə kölgəsində gizlənməyi fəxarət hesab edən, Aprel döyüşlərindən, Günnüt əməliyyatından, eləcə də bu ilin iyul ayında törətdikləri təxribatdan layiqli dərs alan, böyük itki verərək kor-peşman geri oturdulan, yazıqlıq, miskinlik libasına bürünən bədnam qonşularımız, zorla irəli qovaladıqları yarı erməni, yarı başqa millətlərdən olan muzdlu əsgərlərin silahı döyüş meydanında atıb geriyə qaçması canlanır gözlərim önündə...

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər avqust ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan 3 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.

Ardını oxu...

İki sentyabr tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarlarında dəyişikliklər edilmişdir. Nazirlər Kabinetinin 155 nömrəli Qərarına əsasən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin 2018-ci il 25 yanvar tarixli 16 nömrəli Qərarında dəyişiklik edilmişdir. Həmçinin “Naxçıvan Muxtar Respublikasında yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında” Qərar qəbul edilmişdir. Qərara əsasən muxtar respublikaya idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu qaydalara uyğun olaraq Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır.

Ardını oxu...

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqlə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələr, regional vəziyyət, Almaniyanın Avropa İttifaqına rəhbərliyi dönəmində Azərbaycana,Naxçıvana olan xüsusi maraq,rəsmi səfərlər,iqtisadiyyat və turizm sahələrində əməkdaşlıq imkanları və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.

 

 

 

Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində koronavirusla əlaqədar müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)  bildiriblər ki, hazırda reanimasiya şöbələrində 111 nəfər müalicə alır. Xəstələrdən 10-u süni tənəffüs cihazına qoşulub.

Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 1953 nəfərdir.

 

 

 

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 34 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

 

 

 

 

 

 

15 Sentyabr – Bilik Günü Heydər Əliyev adına HərbiLiseydə də qeyd edilib. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev yeni tədris ilinin başlanması münasibətilə zabit, müəllim və kursantları təbrik edərək bildirib ki, 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 338 kursant təhsil alır. Hərbi liseydə fəaliyyət göstərən pedaqoji kollektivin vətənpərvərliyinin və peşəkarlığının nəticəsidir ki, kursantların təhsilində, tərbiyəsində və intizamında uğurlar qazanılıb. Ötən illər ərzində bu təhsil ocağınə 3 min 200-dən çox kursant bitirərək müxtəlif ali hərbi məktəblərə daxil olub. Buillki məzunlardan 145 nəfəri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, 28 nəfəri Türkiyə Respublikasının, 9 nəfəri Rusiya Federasiyasınınali hərbi məktəbinə daxil olub.  

Ardını oxu...

Sentyabrın 15-də Bakının Qafqaz-İslam Ordusu tərəfindən erməni-bolşevik birləşmələrindən azad edilməsinin 102-ci ildönümü münasibətilə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin Naxçıvan şəhəri üzərində birgə uçuşları təşkil olunub. Bu yaxınlarda birinci mərhələsi keçirilən “Sarsılmaz qardaşlıq-2020” Azərbaycan-Türkiyə birgə təlimi və bu gün təşkil olunan uçuşlar Azərbaycan və Türkiyə qardaşlığının, hərbi birliyinin nümunəsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində 2020-2021-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Məktəbin rəisi, polis polkovniki Kamil Məmmədəliyev Naxçıvan Muxtar Respublikasının Daxili işlər naziri, general-leytenant Fazil Ələkbərova raport verdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Tədbirdə çıxış edən Daxili işlər naziri Fazil Ələkbərov yeni tədris ilinin başlanması münasibətilə pedaqoji kollektivi təbrik edərək onlara uğurlar arzulayıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında ölkəmizin ərazi bütövlüyünə, təhlükəsizliyinə, xalqın və dövlətin milli maraqlarının daxili və xarici təhdidlərdən qorunmasına yönəlmiş və ulu öndər Heydər Əliyevin ideyalarına söykənən uğurlu idarəetmə sistemi dövlətimizin möhkəmlənməsinə, muxtar respublika əhalisinin rahat və təhlükəsiz şəraitdə yaşamasına hesablanılıb.

Ardını oxu...

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.

 

 

 

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Nerkin Karmirağbur, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Hacallı və Ağdam kəndlərində, Vayk rayonunun Xndzorud kəndində yerləşən mövqelərdən isə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 102 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.

Ardını oxu...

Muxtar respublikamızda yüksək bal toplayan məzunlarla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun görüşü artıq ənənə şəklini alıb. Belə görüşlərin növbətisi sentyabrın 12-də Naxçıvan şəhərində – Heydər Əliyev Sarayında keçirildi. 2019-2020-ci dərs ilində pandemiya ilə əlaqədar olaraq mart ayının 4-dən muxtar respublikada tədrisin dayandırılıb onlayn şəkildə davam etdirildiyini,  yüzlərlə məzunun builki qəbul imtahanlarında göstərdikləri nəticələrə çox böyük əziyyətlə nail olduqlarını, hətta 11 illik məktəb həyatının son – məzun günündə doğma təhsil ocaqları ilə vidalaşmağın həm sevincini, həm də özünəməxsus “kədərini” yaşaya bilmədiklərini nəzərə alsaq, bu görüş möhtəşəmliyi ilə həyatın astanasına yenicə qədəmlərini qoyan gənclərin  unudulmaz bir gününə çevrildi.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər döyüş təyinatlı birləşmə və hissələrə yola salınıblar. Bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildirilib. Çıxış edənlər məşğələlərdə yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnən gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.

Ardını oxu...

Sentyabrın 14-də yerli vaxtla 16:23-də Şahbuz seysmoloji stansiyasından 18 kilometr qərbdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  bildirilib ki, yeraltı təkanın maqnitudası 2.9, dərinliyi 10 kilometr olub.

Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

 

 

 

XX əsrin əvvəllərində Azərbaycan şimal və cənub hissələrə parçalanmış, türk millətinin böyük bir hissəsi İran-fars rejiminin əsarəti altında yaşamaq məcburiyyətində qalmışdır. Cənubda milli dil və mədəniyyətləri qadağan edilmiş Azərbaycan türklərinin vəziyyəti Şimali Azərbaycan xalqını düşündürən ən mühüm məsələlərdən birinə çevrilmişdir. Bu tarixi ədalətsizliklə ikiyə parçalanan Azərbaycan xalqı yalnız siyasi müstəvidə deyil, ədəbi kulturoloji sferada da bütövlüyünü itirmiş, bu da nəticə etibarilə söz sənətinin bir-birindən ayrı iki fərqli məkanda yaranmasına gətirib çıxarmışdır. Həmin dövrdən etibarən bu məsələ Azərbaycan ədəbi və elmi mühitinin aktual mövzularından biri olmuş, bu istiqamətdə çoxsaylı bədii əsərlər yazılmaqla bərabər, Azərbaycan elminin də başlıca tədqiqat obyektinə çevrilmişdir.

Naxçıvan elmi mühitində də bu istiqamətdə tədqiqatlar aparılmış, Cənubi Azərbaycan mövzusundakı araşdırmaların əsas istiqaməti cənublu ədəbi simaların mühiti, həyatı və ədəbi irsi, Cənubi Azərbaycanda anadilli mətbuat, Azərbaycan dilinin cənub qoluna məxsus şivələr, toponimlər və onların müqayisəli təhlili, Cənubi Azərbaycan ədəbiyyatının tədrisi məsələlərinə yönəldilmiş, bir sıra əhəmiyyətli elmi nəticələr əldə edilmişdir. Cənubi Azərbaycan mövzusu istiqamətində Naxçıvan elmi mühitində tədqiqat aparan elm adamları sırasında akademik İsa Həbibbəyli, filologiya elmləri doktorları Yavuz Axundlu, Fərman Xəlilov, Hüseyn Həşimli, Qalibə Hacıyeva, Əsgər Qədimov, filologiya üzrə fəlsəfə doktorları Nəzakət İsmayılova, Xanəli Kərimli, Əli Qəhrəmanov və başqalarının xidmətləri böyükdür. Onlar həm Naxçıvanın Cənubi Azərbaycanla ədəbi-mədəni və elmi əlaqələrinin yaranmasında fəal iştirak etmiş, həm də qələmə aldıqları məqalə, oçerk, kitab və monoqrafiyalarla Cənubi Azərbaycan filologiyasının bəzi problemlərinin öyrənilməsində əhəmiyyətli rol oynamışlar.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, sentyabrın 13-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

 

 

 

Yeni tədris ilində ilk dərslərin həsr olunacağı mövzular müəyyənləşdirilib.

Təhsil Nazirliyindən bildirilib ki, ilk dərslər I- IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunacaq.

Xatırladaq ki, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil ediləcək.

 

 

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 32 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

 

 

 

Gənclərin iştirakı ilə Naxçıvançay vadisində “Gələcək üçün təmizlə” devizi altında təmizlik aksiyası təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Gənclər Fondunun birgə təşkil etdiyi tədbirdən əvvəl əvvəl çıxış edənlər təmizlik aksiyası barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, belə aksiyaların keçirilməsində məqsəd təmizliyə riayət olunmasını təbliğ etmək, ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq və gəncləri ətraf mühitin mühafizəsi uğrunda təşəbbüslərə cəlb etməkdir.

Sonra təmizlik aksiyasına start verilib. Zəruri sanitar ləvazimatlarla təmin olunan iştirakçılar tullantıları sahələrdən toplayıb, ətrafda səliqə-səhman yaradıblar.

Sentyabrın 13-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6751 test aparılıb. Bununla da ötən müddət ərzində aparılan testlərin sayı 1 milyon 9 min 478-ə çatıb.

Bu barədə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 2009-a bərabərdir. Xəstələrdən 117 nəfəri reanimasiyadadır ki, onlardan da 11-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, sentyabrın 13-də Azərbaycanda koronavirus infeksiyasına 155 yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

 

 

 

Türkiyənin igdirim76.com saytında muxtar respublikada işıq üzü görən “Şərq qapısı” qəzetinin şöbə müdiri Səbuhi Həsənovun “Bizim gücümüz birliyimizdədir” sərlövhəli məqaləsi yerləşdirilib.

Müəllif Azərbaycanın və Türkiyənin silahlı qüvvələrinin sentyabrın 5-də muxtar respublikada keçirdiyi birgə hərbi təlimləri ətraflı şərh edib. Vurğulayıb ki, son dövrlərdə iki ölkə arasında qarşılıqlı və yüksələn xətlə davam edən əlaqələrin mühüm istiqamətlərindən birini də hərbi əməkdaşlıq sahəsində həyata keçirilən tədbirlər təşkil edir. Həm ötən ay, həm də sentyabrın 5-də hər iki ölkənin silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi-texniki vasitələrinin iştirakı ilə keçirilən hərbi təlimlər təkcə Türkiyə və Azərbaycanda deyil, digər ölkələrdə də diqqətlə izlənilib.

Məqalədə qeyd olunub ki, xüsusilə Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində ermənilərin pozucu və təxribat xarakterli hücumundan sonraya təsadüf edən bu təlimlər düşmən ölkədə narahatlıqla qarşılanıb.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR