Sentyabrın 13-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6751 test aparılıb. Bununla da ötən müddət ərzində aparılan testlərin sayı 1 milyon 9 min 478-ə çatıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 2009-a bərabərdir. Xəstələrdən 117 nəfəri reanimasiyadadır ki, onlardan da 11-i süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, sentyabrın 13-də Azərbaycanda koronavirus infeksiyasına 155 yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.