26 Dekabr 2024, Cümə axşamı

Ermənistan rəhbərliyinin təhrikedici açıqlamaları Dağlıq Qarabağ münaqişəsi ətrafında onsuz da gərgin olan vəziyyəti çətinləşdirir.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, Ermənistan müdafiə nazirinin bir müddət əvvəl verdiyi açıqlamada Azərbaycanın suveren ərazisindəki hərbi əməliyyatlar və kəşfiyyat missiyaları təşviq olunur:

 “Ermənistanın müdafiə naziri David Tonoyanın təhrikedici açıqlamaları və beynəlxalq ictimaiyyəti çaşdıran ifadələri onsuz da gərgin olan vəziyyəti çətinləşdirir. Ermənistan kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. KTMT haqqında Sazişin əsas hissəsi olan 4-cü maddədə qeyd olunur ki, üzv dövlətlərdən biri təcavüzə məruz qalarsa, bu digər üzv dövlətlər tərəfindən Sazişin bütün üzv dövlətlərinə təcavüz kimi qəbul olunacaq. Amma Ermənistan-Azərbaycan münaqişəsində təcavüzkar tərəf Ermənistandır. Bu ölkə son otuz il ərzində azərbaycanlılara qarşı amansızcasına etnik təmizləmə kampaniyası keçirməklə bütün beynəlxalq müqavilələri və humanitar qanunları pozur”.

Ekspertin sözlərinə görə, faşist Ermənistanın bu cinayətləri fonunda beynəlxalq ictimaiyyət susqunluğunu saxlayır:

“Susqunluq uğurun formulu deyil, əksinə, silahlı münaqişəni qayıtmama nöqtəsinədək gərginləşdirir. İndi Ermənistana hər cür siyasi təzyiqin göstərilməsinin vaxtıdır. Avropa Şurasının Nazirlər Komitəsi Ermənistanda hərbi-siyasi vəziyyəti diqqətlə nəzərdən keçirməli və Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla tənzimlənməsi ilə bağlı təşəbbüsü üzərinə götürməlidir. 24 noyabr 2017-ci ildə Ermənistanla Avropa İttifaqı arasında imzalanmış hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq barədə saziş Tonoyan və digər nazirlərin sülh mövqeyini tutmasınadək dayandırılmalıdır”.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR