25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirəni Təhsil naziri Rəhman Məmmədov açaraq məruzə edib.
Vurğulanıb ki, yeni məktəblərin tikilməsi və müasir istilik sistemlərinə qoşulması birnövbəli məktəblərin də sayının artmasına səbəb olub. Belə ki, 2020-2021-ci tədris ilində muxtar respublikada fəaliyyət göstərəcək 211 ümumtəhsil məktəbindən 209-u, yaxud 99 faizi birnövbəli rejimdə işləyəcək, bu da, öz növbəsində, tədrisin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə öz töhfəsini verəcəkdir.

Ardını oxu...

Mürəkkəb tarixi dövrdən müasir təhlükəsiz diyara

Naxçıvan Muxtar Respublikasında çoxşaxəli dinamik inkişafa nail olunması, uğurlu sosial-iqtisadi islahatların həyata keçirilməsi, mühüm dövlət proqramlarının reallaşdırılması doğma yurdumuzu nəinki ölkəmizin regionları arasında liderlik səviyyəsinə yüksəldib, həm də onu beynəlxalq sferada yüksək tərəqqi tempinə malik, çiçəklənən bir diyar kimi tanıdıb. Ümummilli lider Heydər Əliyev siyasətinin muxtar respublikamızda əzmkarlıq və sədaqətlə, yaradıcı şəkildə davam etdirilməsinin nəticəsidir ki, Naxçıvan dünyada elm, təhsil, iqtisadi-mədəni əməkdaşlıq baxımından ən etibarlı bir tərəfdaş hesab edilən bir diyara çevrilib. İftixarla demək olar ki, bu gün muxtar respublika 10-dan çox ölkəyə 10 adda, 120-dən çox çeşiddə məhsul ixrac edir, bir çox beynəlxalq layihənin iştirakçısıdr. Bu gün Naxçıvan Dövlət Universiteti 50-yə yaxın dünya universitetləri ilə beynəlxalq əlaqələrə malikdir və heç də təsadüfi deyildir ki, dünyanın 9 ölkəsindən 787 əcnəbi tələbə təhsil almaq üçün məhz bu ali təhsil ocağına üstünlük verib. 2019-cu ildə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 415 min 932 turist səyahət üçün məhz Naxçıvanı seçib.

Cari ilin ötən dövrü ərzində muxtar respublika ərazisinə 40 minə yaxın miqrant daxil olub. Bütün bu uğurların əsasında isə heç şübhəsiz ki, ictimai-siyasi sabitliyin bərqərar olması, asayişin qorunması dayanır. Müstəqilliyin əldə edildiyi ilk illərdə bir tərəfdən mənfur erməni qəsbkarlarının davamlı işğalçı hücumları ilə müharibə yuvasına çevrilməsi, digər tərəfdən isə ölkədə hakimiyyət uğrunda gedən daxili çəkişmələr, başabəla ölkə rəhbərlərinin yarıtmaz fəaliyyəti və biganə münasibəti ilə “təklənmiş ada”ya çevrilən diyarımız nəinki turistlər, xarici iş adamları, öz həmvətənlərimiz üçün belə “arzuolunmaz məkan”a çevrilmişdi. Heç də təsadüfi deyil ki, 1990-cı il iyul ayının 22-də ümummilli liderimiz Heydər Əliyevi Naxçıvanda qarşılayan 100 minlik izdiham, 1991-ci il sentyabrın 3-də isə ulu öndərin Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri vəzifəsinə seçilməsini israrla tələb edən çoxsaylı əhali görkəmli dövlət xadiminin ətrafında sıx birləşməklə bütün maddi çətinliklərin, iqtisadi böhranın fövqündə Naxçıvanın müdafiəsini və burada ictimai-siaysi sabitliyin, asayişin bərqərar olunması arzusunu ifadə etmişdi. Təxminən 30 ilə yaxın bir dövrdə muxtar respublikada dinamik sosial-iqtisadi tərəqqi, əhalinin sosial rifah halının gücləndirilməsi, sahibkarlığın inkişafına yaradılan şərait yeni iş yerlərinin açılması, özünüməşğulluq problemlərinin ortadan qaldırılması nəticəsində ictimai-siyasi sabitlik də bərqərar olub. Muxtar respublikada aparılan məqsədyönlü dövlət siyasətinin əsasında isə o dururdu ki, sabitlik təmin olunmadan, asayiş qorunmadan davamlı inkişafdan danışmaq mümkün deyil. Bu gün Naxçıvan artıq, ən təhlükəsiz, əminamanlıq dolu bir diyar kimi dünyanın diqqət mərkəzindədir. Müxtəlif dövlətlərin ölkəmizdəki diplomatik nümayəndələrinin rəsmi səfərlərinə məhz buradan başlaması, Avropanın məşhur iş adamlarının, mədəniyyət xadimlərinin, turistlərin məmnuniyyətlə buranı seçməsi, Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumu və Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü Toplantısı, Türk Şurası Gənc Liderlərinin ilk forumu, ənənəvi  Beynəlxalq Şahmat Festivalı kimi mühüm  dünya əhəmiyyətli tədbirlərə layiqincə ev sahibliyi edə bilməsi, Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam Mədəniyyətinin Paytaxtı” adını bütün dini və mənəvi dəyərlər ehtiramı, yüksək təşkilatçılıq baxımından doğrultması iftixar və qürurvericidir. Uzun illər ərzində yürüdülən düşünülmüş siyasət, həmrəyliklə aparılan mübarizələr nəticəsində dayanıqlı xarakter almış ictimai-siyasi sabitlikdə, ictimai təhlükəsizliyin təmin edilməsində hüquq-mühafizə, xüsusilə də daxili işlər orqanlarının faəliyyətlərinin mühüm rolu vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Hər bir müstəqil ölkənin mövcudluğunun mühüm şərtlərindən biri də ictimai-siyasi sabitlik və bunun təminatçısı olan polis orqanlarıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcuddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır”. Dahi şəxsiyyət bu zərurəti əsas götürərək ölkəmizə birinci rəhbərliyi dövründə Daxili İşlər Nazirliyi sistemində çalışanların vətənpərvərlik ruhunda təlim-tərbiyəsinə və peşəkarlığının artırılmasına xüsusi diqqət yetirmiş, ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə daxili işlər orqanlarının fəaliyyətində əsaslı dönüş yaradılmış, onun sıraları dövlətinə və xalqına sədaqətli şəxsi heyətlə komplektləşdirilmişdir”. 

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində elmi istehsalatın hazırlığının vəziyyəti ilə bağlı ümumi yığıncaq keçirilib.

Naxçıvan Bölməsinin mətbuat xidmətindən Naxçıvan bürosuna bildirilib ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev yığıncaqda bu elmi qurumun tərkibindəki elmi-tədqiqat müəssisələrində aparılan tədqiqatlardan, əldə edilən nəticələrdən danışıb. Bildirib ki, elmə, onun inkişafına dövlət qayğısı sayəsində elmi tədqiqatların maddi-texniki bazasının möhkəmləndirilməsi səmərəli nəticələrin əldə olunmasına şərait yaranıb.

Akademik son illər bölmənin Təbii Ehtiyatlar və Bioresurslar institutlarının laboratoriyalarında tətbiqyönümlü tədqiqatlar aparıldığını deyib. O qeyd edib ki, Təbii Ehtiyatlar İnstitutunda Darıdağ arsenli suyundan quru qalığın alınması üçün istehsal şəraiti yaradılıb, eyni zamanda, Biləv zəy süxurundan üç birləşmənin alınması istiqamətində geniş tədqiqatlar aparılıb. Müalicəvi “Şorsu” palçığı həm krem, həm də quru toz formasında qablaşdırılaraq əczaxanalara satışa göndərilib, o cümlədən Qabıllı və Duzdağdan gətirilən gil nümunələrinin tərkibi müəyyən edilib, gil yuyucu material həm toz, həm də pasta formasında istehsalına başlanılıb.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində “İlandağ” geoparkının yaradılması ilə əlaqədar işçi qrupunun 8-ci iclası olub.

Naxçıvan Bölməsinin mətbuat xidmətindən  bildirilib ki, iclasda işçi qrupunun geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi ilə bağlı gördüyü işlər, hazırlanmış materiallar və xəritələr müzakirə edilib.

İclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev məlumat verib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri muxtar respublika ərazisində UNESCO səviyyəli “İlandağ” geoparkının yaradılması ilə bağlı lazımi işlərin həyata keçirilməsini tapşırıb. AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərindən ibarət yaradılmış işçi qrupu tərəfindən artıq müəyyən işlərin görüldüyü diqqətə çatdırılıb.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 148 nəfər sağalıb, 139 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 34 min 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 min 511 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib. Aktiv xəstə sayı 1738 nəfərdir.

Ötən müddət ərzində 855 min 802 test aparılıb. Bugünkü test sayı isə 6174-dür.

 

 

 

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 37 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə, Vayk rayonunun Barsruni kəndindən yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

 

 

 

Şərur Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə mövzu ilə bağlı məruzə edən rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, payız-qış mövsümündə idarə, müəssisə və təşkilatların daimi fəaliyyət göstərməsini və əhalinin normal yaşayışını təmin edən əsas amillərdən biri abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasıdır. Bu məsələnin həlli üçün elektrik şəbəkəsi tərəfindən zəruri tədbirlər, yüksək və alçaqgərginlikli elektrik xətlərində və transformator yarımstansiyalarında əsaslı və cari təmir işləri aparılmalıdır. Yararsız olan avadanlıq və xətlərin vaxtında müəyyənləşdirilərək dəyişdirilməsi, qəzalı elektrik dirəklərinin yenilənməsi üçün müvafiq tədbirlər görülməlidir. Mövsümə hazırlıq üçün transformator və yarımstansiyalar texniki baxışdan keçirilməli, yaranan enerji itkisinin minimuma endirilməsi və qanunsuz istifadə hallarının qarşısının alınması üçün aidiyyəti orqanlarla birlikdə aparılan tədbirlər gücləndirilməli, smartkarttipli sayğacların quraşdırılması davam etdirilməlidir.

Ardını oxu...

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız birinci divizionun ilk yarışına hazırlıqlarını davam etdirir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tank heyətləri və texniki dəstək qrupu tərəfindən yarışda istifadə olunacaq döyüş maşınlarına baxış keçirilib. Heyətlərimiz döyüş maşınlarını yoxladıqdan sonra, tankın ştat silahlarından yoxlama atışları da icra ediblər.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Ardını oxu...

Tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi vaxtı oktyabrın 1-dək uzadılıb.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Ardını oxu...

Vətən! Bütün qəlbimizlə ifadə etdiyimiz bu söz üzərində müstəqil yaşadığımız, zəngin mədəniyyətimizin, qüdrətli dövlətimizin və ulu tariximizin ortaq elementi olan torpaq parçasına verdiyimiz addır. O torpaq ki bizim milli şüurumuzda namusumuzun bir parçasıdır...
Bu torpaq sıradan bir torpaq deyil. Çünki dünyanın hər hansı bir yerindəki torpaq bizim Vətənimiz ola bilməz, Vətənimizin bizdə yaratdığı müqəddəs hissləri oyada bilməz. Vətən yolunda savaşıb, uğrunda yüzlərlə şəhid vermişik. Lakin heç zaman başqasının torpaqlarına göz dikməmişik. Məncə, elə əsl vətənpərvərlik budur. Öz Vətənini sevən başqasının torpaqlarına, ərazi bütövlüyünə də hörmətlə yanaşar, namusuna sataşmaz.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemi ilə bağlı təlimlərə start verilib.
Bununla bağlı keçirilən tədbirdə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək iştirakçılara təlimin məqsədi və əhəmiyyəti barədə məlumat verib. Bildirilib ki, təlimin keçirilməsində məqsəd ödəniş tapşırıqları sənədləri bölməsinin iş prinsipinin izahı və sistemdə olan yeniliklərin iştirakçılara öyrədilməsindən ibarətdir.
Maliyyə Nazirliyinin əməkdaşı Vüsal Məmmədovun təqdimatında iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, xəzinədarlıq əməliyyatları zamanı sənədlərin elektron tərtibi sistemində yeni qurulmuş modul vasitəsilə ödəniş tapşırıqları sənədləri sistem üzərindən işlənilib xəzinədarlığa təqdim ediləcəkdir.
Təlimdə Nazirliyin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin müdiri Vüsal Əsədov və Xəzinə şöbəsinin müdiri Nurlan Hacıyev iştirakçılara sistemlə bağlı tövsiyələrini veriblər.
Sonda sistemlə əlaqədar geniş fikir mübadiləsi aparılaraq təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 2 saat ərzində davam edən təlimdə büdcədən maliyyələşən müxtəlif təşkilatlardan 12 mütəxəssis iştirak edib. Növbəti günlərdə təlimin digər qruplar üçün davam etdirilməsi nəzərdə tutulur.

Güntac ŞAHMƏMMƏDLİ

 

 

Dövlət İmtahan Mərkəzinin (DİM) avqustun 13-14-də keçirdiyi II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını əldə etmək mümkündür.

DİM-dən bildirilib ki, abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər.

İmtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (PDF formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

 

 

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 40 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Şıxlar, Acarlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

 

 

 

Özbəkistan tnews.uz portalında Zəngəzur haqqında rus dilində məqalə yerləşdirilib.

Yazıda XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk kəndinin olub bildirilir.

Materialda Zəngəzur mahalının tarixi haqqında ətraflı məlumat verilir, bu ərazinin qədim türk yurdu olduğu sənədlərlə sübut olunur.

Yazıda bildirilir ki, 1988-ci ildə təkcə Zəngəzurda deyil, indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulub. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri Zəngəzuru tərk edəndən sonra onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidəsi ermənilər tərəfindən dağıdılaraq məhv edilib.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur haqqında dediklərindən sitat gətirilib: “Zəngəzur mahalı, digər torpaqlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır”.

Material Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunub.

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib.  Müşavirəni nazir, general-leytenant Şamı Abdullayev açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə nazirliyin qarşısına mövsümi qazanxana işçilərinin əvvəlcədən təlimatlandırılması, bütün ocaqçıların müvafiq kurslara cəlb olunması, yanğın təhlükəsizliyi ilə bağlı tədbirlərin görülməsi, standartın tələblərinə cavab verməyən və sənaye üsulu ilə hazırlanmayan elektrik və qaz məişət cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısının alınması, habelə yaşayış məntəqələrində təbii qazdan təhlükəsiz istifadə ilə əlaqədar işlərin görülməsi və xüsusi təhlükəli obyektlərdə reydlərin keçirilməsi ilə bağlı tapşırıqlar qoyulmuşdur.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının iclası keçirilib.
Yığıncağın gündəliyində federasiyanın fəaliyyəti və görülən işlərin hesabatı, eləcə də yeni sədrin seçilməsi və Nizamnaməsində dəyişiklik edilərək “Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası” adının “Naxçıvan Atletika Federasiyası” adı ilə əvəz edilməsi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur Rayon Ağır Atletika Bölməsinin və “Xatun” Bədii Gimnastika İdman Klubunun Federasiyanın tərkibinə daxil edilməsi məsələlərinə baxılması nəzərdə tutulmuşdur.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Rusiyanın Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları - 2020" yarışlarının "Tank biatlonu" müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.

Püşkatmada komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 23-də yarışların ilk günündə çıxış edəcəklər. Komandamız Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə yarışacaq.

Muxtar respublikada meyvə bağlarından və bostanlardan toplanan məhsulların hərbi hissələrə sovqat kimi verilməsi artıq ənənə halını alıb. Xalq-ordu birliyinə nümunə olaraq növbəti dəfə Babək rayonunun Nehrəm qəsəbəsindən olan sahibkarlar Çəmşid Həsənov və Əhməd Sadiqov tərəfindən 5 ton qarpız və 300 kiloqram badımcan hərbi hissəyə təhvil verilib.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 124 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Ardını oxu...

2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı 12 avqust 2020-ci il tarixdə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən verilmiş tapşırıqlar və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində keçirilən əməliyyat müşavirəsində Daxili İşlər naziri general-leytenant Fazil Ələkbərov məruzə ilə çıxış edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində gənc yanğınsöndürənlərin andiçmə mərasimi keçirilib.
Gənc yanğınsöndürənlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, fövqəladə hallar orqanları əməkdaşının şərəf və ləyaqətini uca tutacaqlarına and içiblər. Andiçmə mərasimi başa çatdıqdan sonra çıxışlar olub.
Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi daxili xidmət polkovniki Ehtiram Məmmədov, Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin rəisi, daxili xidmət mayoru Mirtaleh Seyidov yanğınsöndürmə xidmətində fəaliyyətə başlayacaq gənc əməkdaşların qarşısna qoyulmuş vəzifələrdən danışıblar. Gənc yanğınsöndürən Hacıyev Turac həmkarlarını bu əlamətdar gün münasibətilə təbrik edib, yaradılan şəraitdən düzgün istifadə edərək üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə söz verib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin payız-qış mövsümünə hazırlığın vəziyyətinə həsr olunmuş müşavirəsini nazir, baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq bildirib ki, 12 avqust 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə növbəti mövsümə hazırlıqla əlaqədar dövlət orqanlarına müvafiq tapşırıqlar verib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin də üzərinə mühüm vəzifə qoyulub.
Diqqətə çatdırılıb ki, payız-qış mövsümündə cəzaçəkmə müəssisələrinin fasiləsiz istiliklə təmin olunması, məhkumların isti geyim və ərzaqla təminatı diqqətdə saxlanılmalı, zəruri ehtiyat yaradılmalıdır. Belə ki, hər il olduğu kimi payız mövsümündə nazirliyin sisteminə daxil olan inzibati binalardakı qazanxanalar və kombi sistemləri nəzarətdən keçirilir, su xətləri, nasoslar, digər texniki vasitələrin işlək vəziyyətdə olması yoxlanılır. Hazırda nazirliyin balansına daxil olan inzibati binaların qızdırılması üçün məhkəmələr üzrə 8, tabe qurum üzrə 7 qazanxana, 2 kombi sistemi quraşdırılıb istifadəyə verilmişdir.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 31 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ardını oxu...

“Türk Hava Yolları” aviaşirkətinin uçuşların bərpası ilə bağlı sentyabr ayına nəzərdə tutulan planı açıqlanıb.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ardını oxu...

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə keçirilən birgə genişmiqyaslı təlimlərdə iştirak edən Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin bir qrupunun istirahət günlərində gəzintisi təşkil olunub.

Ardını oxu...

Avqustun 15-i saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

Ordu quruculuğu inkişaf edən hər bir ölkə üçün davamlı prosesdir. Çünki hərbi sahədə təchizat və təminatın yenilənməyə, heyətin yeni bilik və bacarıqlara ehtiyacı daimi olduğu üçün bu tələbatın ödənilməsi də davamlı xarakter daşıyır. Bu mənada, son günlərin ən çox müzakirə olunan mövzularından biri – Naxçıvanda, həm də ölkəmizin digər regionlarında keçirilən Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimləri böyük əhəmiyyət kəsb edir. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə keçirilən beynəlxalq onlayn konfransda Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi, Azərbaycan Dövlət İdarəçilik Akademiyası, AMEA İqtisadiyyat İnstitutu ilə yanaşı, Türkiyənin Ərzurum Atatürk və Qars Qafqaz universitetlərinin əməkdaşları da iştirak ediblər.

Ardını oxu...

Dağların hər dərəsini, zirvəsini təbiət, sanki elə yaradıb ki,
bura doğma övlad üçün möhtəşəm qala, düşmən üçün isə gözdağı olsun

Cənnətməkanım, Naxçıvanım mənim! Nə xoş bir insana ki məmləkətinin adı ilə, orada qurulub-yaradılanlarla qürur duya... Bəli, bir vətəndaş olaraq fəxarət içərisindəyəm. Ona görə ki, heç bir fərq qoyulmadan muxtar respublikamızın bütün şəhər və kənd yaşayış məntəqələrində görülən genişmiqyaslı quruculuq işləri qədim məmləkətimizin simasını əsaslı surətdə dəyişib, sözün həqiqi mənasında, cənnətməkana çevirib. Belə yaşayış məntəqələrindən biri də Şahbuz rayonunun Kükü kəndidir. Həftəsonu bu kəndə getməyi planlaşdırmışdıq. Paytaxt şəhərimiz Naxçıvandan Küküyə gedərkən istər rayon mərkəzi olan Şahbuz şəhərində, istərsə də yolboyu keçdiyimiz Ayrınc, Qızıl Qışlaq kəndlərində əsrarəngiz gözəlliklərin yaradıldığını gördük. Budur, artıq Küküdəyik... Axan gur çayın səsini dinləyirik. Hər iki tərəfdə buludlarla sövdələşən dağ zirvələri, güneyləri bol-bəhərli yaydan xəbər verən yaşıl yamacları və üzüaşağı tələsən Kükü çayını heyranlıqla seyr edirik. Dağların hər dərəsini, zirvəsini təbiət, sanki elə yaradıb ki, bura doğma övlad üçün möhtəşəm qala, düşmən üçün isə gözdağı olsun.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

 

 

 

İtaliyanın “Notizie Geopolitiche”, “Kmetro0”, “Sardegnagol”, “Giornale Diplomatico”, “Agenzia Nova”, “Yahoo Notizie”, “Finance Yahoo” kimi kütləvi informasiya vasitələri avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində qeyd etdiyi fikirlərə geniş yer ayırıblar.

Həmin mətbuat orqanlarında dərc olunmuş yazılarda Prezident İlham Əliyevin fikirlərinə istinadən Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən marağın artdığı qeyd olunur: "Bu, çox əlamətdar hadisədir. Bu gün “Qarabağ” yatağının dəniz işlərinə start verilir. Bu, yatağın işlənməsində çox önəmli mərhələdir. Bu nəhəng qurğu Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edilibdir və bu gün artıq dənizə yola salınır. Əminəm ki, özülün üst hissəsi də vaxtında tikiləcək və beləliklə, biz “Qarabağ” yatağının tammiqyaslı işlənməsinə başlayacağıq”, - deyə dövlət başçısının fikirlərindən sitat gətirilir.

Ardını oxu...

Türkiyənin Düzcə vilayətində eramızdan əvvəl III əsrə aid qədim “Prusias ad Hypium” şəhərində aparılan arxeoloji qazıntılar mütəxəssisləri heyrətləndirib. Belə ki, COVID-19 pandemiyası ilə əlaqədar müvəqqəti dayandırılan qazıntı işlərinin yenidən başlanması ilə qədim şəhərdə olduqca yaxşı vəziyyətdə olan teatr binası aşkarlanıb.

Əsrlər boyu üzərində müxtəlif tikililərin inşa edilməsinə baxmayaraq bina öz görkəmini itirməyib.

Mütəxəssislər bu cür qədim tarixə malik tikililərin belə vəziyyətdə qalmasına dünyada nadir hallarda rast gəlindiyini bildirirlər.

Ardını oxu...

Hərbi təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlət başçısı deyib:

Ardını oxu...

Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür.

Bu fikirləri Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar avqustun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərkən bildirib.

Nazir deyib:

"Vaxt ayırıb bizi qəbul etdiyiniz üçün Sizə bir daha ehtiramımızı və təşəkkürümüzü bildirirəm. Eyni zamanda, cənab Prezidentimizin Zati-alinizə salamlarını və xoş arzularını çatdırmaq istəyirəm.

Ardını oxu...

Türkiyə ilə Azərbaycan eyni millət, eyni din, dil və mədəniyyətə sahibdir.

Bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Türkiyə-Azərbaycan birgə təlimlərinin iştirakçıları ilə görüşü zamanı deyib.

O bildirib ki, Türkiyə Ordusu dünyanın ən güclü ordularından biridir:

Ardını oxu...

Xocalı soyqırımını törətmiş və Dağlıq Qarabağı işğal etmiş Ermənistana qarşı sonadək Azərbaycanın yanındayıq.

Bunu Bakıda səfərdə olan Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Türkiyə-Azərbaycan birgə təlimlərinin iştirakçıları ilə görüşü zamanı deyib.

Ardını oxu...

Avqustun 13-də Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin rəhbərliyi və qoşun növləri komandanları təlimlərin birinci mərhələsinin son epizodunu izləmək üçün təlim poliqonuna gəliblər.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Ardını oxu...

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilmişdir.

 Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər veririk ki, davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilmiş, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilmişdir.

Ardını oxu...

BMT-nin saytında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlər qrupunun Azərbaycana səfərlərinin yekunlarına dair material dərc olunub.

BMT-nin saytına istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycanın uğurlarını qeyd edib. Təşkilat, həmçinin yoluxmuş şəxsləri tez bir zamanda müəyyənləşdirmək, onların əlaqələrini izləmək məqsədilə görülən tədbirlərin gücləndirilməsini tövsiyə edib. Materialda, pandemiya dövründə ÜST-nin Azərbaycana ikinci missiya göndərdiyi bildirilib. Vurğulanıb ki, ekspertlər ölkədə epidemiyaya qarşı mübarizədə əldə olunan uğurları yekdilliklə qeyd ediblər. On günlük səfər müddətində ekspertlər əmin oldular ki, əvvəlki missiyanın tövsiyələrinin əksəriyyəti tamamilə və ya qismən yerinə yetirilib. Hakimiyyət kadr resurslarına investisiyaları artırıb, səhiyyə sahəsində rəqəmsal alətlərdən səmərəli istifadə edilməsinə və COVID-19 xəstələrinə göstərilən yardımın keyfiyyətinin yaxşılaşdırılmasına nail olub.

ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib: “COVID-19 epidemiyası ictimai sağlamlıq sahəsində fövqəladə vəziyyət elan ediləndən altı ay sonra bu missiya Azərbaycanın epidemioloji, kliniki və informasiya nöqteyi-nəzərdən gördüyü tədbirləri təhlil etmək və bu dəyərli informasiyaya əsaslanaraq yaxın aylarda bizim hansı addımları ata biləcəyimiz barədə təsəvvür yaratmaq imkanını verdi”.

Onun ÜST-dən olan həmkarı David Novillo Ortiz xatırladıb ki, koronavirus üzərində qələbədən hələ çox uzaqdayıq, ona görə də bu gün əsas məsələ ayıq olmaqdır: “Pandemiya inkişaf etdikcə, biz yeni çağırışlarla üzləşirik. Epidemioloji nəzarət, testləşdirmə və məlumatların hərtərəfli təhlili strategiyasının gücləndirilməsi faktlara əsaslanan qərarların qəbuluna kömək edəcək …”.

Ardını oxu...

 

Avqustun 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və hər iki ölkənin müxtəlif qoşun növlərinin komandanları avqustun 13-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Qonaqlar Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsinin önünə əklil qoyub və gül dəstələri düzüblər.

 

 

 

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 40 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

 

 

 

Azərbaycanda koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)  bildiriblər ki, hazırda reanimasiya şöbəsində 221 nəfər müalicə alır.

Xəstələrdən 41 nəfəri isə süni tənəffüs cihazına qoşulub.

Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 2269 nəfərdir.

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər avqustun 12-də axşam saatlarında Azərbaycana səfərə gəliblər.

Bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

 

 

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası fərman və sərəncamlardan, Dövlət proqramları və tədbirlər planlarından irəli gələn vəzifələrin teleradio jurnalistikası sahəsində icra edilməsi vəziyyətini 2020-ci ilin iyul ayında da diqqətdə saxlayıb. Ötən ay televiziya və radiolarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə istifadəyə verilən sosial obyektlərdən operativ materiallara geniş yer verilib. Naxçıvan Dövlət Televiziyasında Ali Məclis Sədrinin iştirak etdiyi tədbirlərə, Dövlət proqramlarının icrası ilə bağlı görülən işlərə həsr olunmuş 8 telematerial hazırlanıb.

Bu dövrdə televiziyanın öz teleməhsulları efirin 72 faizini əhatə edib, digər telekanalların istehsalı olan materialların yayımı minimum həddə endirilib. Televiziyada bir sıra baxımlı verilişlər sırasında “Tarixin işığında: Şahbuz” sənədli-televiziya filmi maraqla qarşılanıb.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 202 nəfər sağalıb, 93 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 33 min 824 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 31 min 58 nəfər müalicə olunaraq sağalıb, 497 nəfər vəfat edib. Aktiv xəstə sayı 2269 nəfərdir.

Ötən müddət ərzində 804 min 513 test aparılıb. Bugünkü test sayı isə 8054-dür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı  keçirilən iclasda çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli teleradionun 6 aylıq fəaliyyətini təhlil edib, kadr hazırlığı və efir keyfiyyətinin yüksəldilməsi istiqamətində  görülən işlərdən danışıb.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR