25 Dekabr 2024, Çərşənbə

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı  keçirilən iclasda çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli teleradionun 6 aylıq fəaliyyətini təhlil edib, kadr hazırlığı və efir keyfiyyətinin yüksəldilməsi istiqamətində  görülən işlərdən danışıb.

Qeyd olunub ki, Naxçıvan televiziyasında  ötən müddət ərzində 11 yeni televiziya filmi çəkilib,  televiziya üzrə müxtəlif profilli 993, radio üzrə 1061 yeni veriliş və proqram hazırlanaraq efirə təqdim edilib. “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 6860, İnstagram səhifəsində isə 3144 xəbər, o cümlədən Naxçıvanın təbliği ilə bağlı 900-dən çox video, 2200-ə yaxın foto paylaşılıb. Vurğulanıb ki, Naxçıvan Teleradiosu qarşıdakı 6 ayda da fəaliyyətini məhz tarixi-mədəni irsimizin, milli dəyərlərimizin və Naxçıvanın müasir inkişafının geniş təbliği istiqamətində quracaq.  

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri Rauf Əliyev, komitənin Proqram direksiyasının direktoru İlkin Rzayev, “Xəbərlər” redaksiyasının baş redaktoru Səməd Canbaxşiyev, “İctimai-siyasi məsələlər redaksiyası”nın baş redaktoru Nicat Quliyev, “Nuhçıxan” İnformasiya Agentliyinin baş redaktoru Fizzə Bağırova  çıxış edərək görülən işlər və yeni layihələr barədə  məlumat veriblər.

İclasda geniş yaradıcılıq müzakirələri aparılıb, Naxçıvan Teleradiosunun ikinci yarımilə dair fəaliyyət istiqamətləri müəyyənləşdirilib.  

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR