25 Dekabr 2024, Çərşənbə

Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birinin dörd zabiti avtomobil qəzasında xəsarət alıb.

Erməni KİV-lərinə istinadla xəbər veririk ki, fərarilik edən zabitlər Vartan Arakelyan, Artur Danelyan, Andranik Santryan və Ararat Atoyan avtomobil qəzasında xəsarət aldıqları üçün mülki xəstəxanaya çatdırılıblar. Həmin şəxslərin Ermənistan ordusunun zabitləri olduqları müəyyənləşdikdən sonra onlar hərbi hospitala təxliyə edilib.

Ardını oxu...

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, plana uyğun olaraq mövcud vəziyyət qiymətləndirilir, döyüş tapşırıqları dəqiqləşdirilir, real şəraitdə ərazinin kəşfi aparılır.

Ardını oxu...

Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 22 iyul tarixli sərəncamları ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi və onların arasında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən media nümayəndələrinin də olması dövlətimizin mətbuat sahəsinə göstərdiyi qayğının bariz nümunəsidir. Qədim diyarda fəaliyyət göstərən jurnalistlər dövlətimizin başçısının göstərdiyi böyük diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirirlər.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 42 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Acarlı, Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

 

 

 

2020-ci ilin I yarımilində “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində görülmüş işlərin yekununa dair tədbir keçirilib. Cəmiyyətin direktoru Mahir Əliyev tədbirdə çıxış edərək bildirib ki, 2020-ci ilin 6 ayı ərzində Culfa Lokomotiv Deposunda lokomotivlər 129 min 549 kilometr yürüş edib, 33 milyon 725 ton kilometr brutto yük daşıyıb. Hesabat dövründə faktiki olaraq 60 min 300 ton yük daşınıb. Bunun 57 min 960 tonu qum-çınqıl, 1560 tonu daş məmulatı, 480 tonu travertin plitə, 60 tonu kərpic məmulatı, 240 tonu isə tikinti qumu olub. Cari ilin 6 ayında yük dövriyyəsinin həcmi faktiki 5 milyon 24 min ton kilometr olub.

Ardını oxu...

Beynəlxalq təşkilatlar və ekspertlərin vaxtaşırı olaraq yaydıqları hesabatlara görə, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir. Ötən dövrdə ordumuzun hərbi kadrlarla formalaşdırılması, hücum və müdafiə xarakterli ən müasir və yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunması, qarşıya qoyulan vəzifələrin vaxtında, dəqiq və layiqincə yerinə yetirilməsi Silahlı Qüvvələrimizin peşəkarlığını xeyli artırıb. Bütün bunlara xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu sahəsində görülən işlərin nəticəsində nail olunub. 

Bu işlər Naxçıvan Muxtar Respublikasında da davamlı olaraq həyata keçirilir. Muxtar respublikanın hərbi təhlükəsizliyini ən yüksək səviyyədə həyata keçirən Əlahiddə Ümumqoşun Ordu yarandığı gündən daim inkişaf edərək özünün çevik döyüş potensialını formalaşdırıb, xalq-ordu birliyi çərçivəsində şəxsi heyətin vətənpərvərlik ruhu ən yüksək səviyyəyə çatdırılıb. İki il bundan əvvəl bu ordunun tarixi salnaməsinə böyük hərflərlə yazılmış Günnüt zəfəri və bu uğurlu əməliyyatdan sonra düşmən ərazisindəki strateji kommunikasiyaların nəzarət altına alınması Əlahiddə Ümumqoşun Ordunu rəsmi İrəvan üçün əsl problemə çevirib. Xüsusilə bu günlərdə məlum dövlət sərhədində yaşanan gərginliyi Naxçıvan istiqamətinə də yönəltmək istəyən düşmənin yerindəcə burnunun ovulması ordumuzun gücünü bir daha ortaya qoydu.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində keçirilən kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova məruzə ilə çıxış edib. Bildirilib ki, nazirlik tərəfindən yanvar-mart, həmçinin aprel-iyul aylarında pandemiya ilə əlaqədar onlayn mədəni tədbirlərin keçirilməsi diqqətdə saxlanılıb. Hesabat dövründə əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərin anım günləri və yubileyləri ilə bağlı tədbirlər keçirilib, konsert proqramları və tamaşalar nümayiş etdirilməklə sakinlərin asudə vaxtının səmərəli təşkili diqqət mərkəzində saxlanılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn məsələlər, 2020-ci ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclasında nazir Rəhman Məmmədov çıxış edib.
Bildirilib ki, dövlət qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2020-ci ilin birinci yarısında da davam etdirilib, ötən müddət ərzində Ordubad rayon Vənənd və Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəb binaları tikilib və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib, Şərur rayon məktəbdənkənar təhsil müəssisələrində və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə innovativ dərnəklər yaradılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda keçirilən kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açaraq bildirib ki, Prоkurоrluq Аzərbаycаn Rеspublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” və digər qanunları, normativ-hüquqi aktları rəhbər tutaraq 2020-ci ilin birinci yarımilində ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak edib, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində fəallıq göstərib.

Ardını oxu...


İyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Türkiyə Ermənistanın hərbi hücumlarını qınayır və mövcud münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasını dəstəkləyir.

Ardını oxu...

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən zabitlərlə Əlahiddə Ümumqoşun Orduda keçirilən təlim-metodiki toplantıda əsas diqqət zabitlərin taktiki biliklərinin, qərar qəbuletmə bacarıqlarının artırılmasına və xidmətə düzgün istiqamətləndirilməsinə yönəldilib.

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzindəki müxtəlif təlim trenajorlarında şəxsi heyətin sürücülük və atəş bacarıqları praktiki olaraq yoxlanılıb. Toplantıya cəlb edilmiş zabitlərin virtual təlim meydançasında qazandıqları biliklərin real döyüş şəraitinə yaxın təşkil edilmiş məşğələlərdə daha da təkmilləşdirilməsi məqsədi ilə praktiki atış çalışmaları yerinə yetirilib.

Ardını oxu...

"Azərbaycan Hava Yolları" tez-tez verilən sualları cavablandırır.

00:00 - Giriş sözü 00:21 - Aviabilet almışam, lakin elektron poçtuma qəbz göndərilməyib. Nə etməliyəm?

01:05 - Xüsusi reyslər oktyabra qədər uzadıldı. Deməli, xarici səfərlər üçün sərhədlər payızadək bağlı olacaq?

01:33 - Bakı qeydiyyatı ilə Naxçıvana uçmaq və ya Naxçıvan qeydiyyatı ilə Bakıya gəlmək mümkündürmü?

02:28 - Türkiyəyə səfər üçün əldə edilən turpaketin tarixini növbəti yay fəslinə keçirmək mümkündürmü?

02:57 - Aviabilet üçün ödənilmiş vəsaiti normal fəaliyyətə başladıqdan sonra 60 gün ərzində qaytarılacaq. Fəaliyyətə başlamamısınız ki?

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 622 nəfər sağalıb, 363 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Ardını oxu...

Qurban bayramı ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

Nazirlikdən verilən məlumata görə, müraciətdə deyilir: "Qarşıdan gələn Qurban bayramı münasibəti ilə vətəndaşlarımızı təbrik edir, cansağlığı, xoşbəxtlik, hər bir ailəyə bol ruzi-bərəkət arzulayırıq.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən və 60 millimetrlik minaatanlardan da istifadə etməklə atəşkəs rejimini 65 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu, Gədəbəy rayonunun Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

 

 

 

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq bu gündən ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə start verilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məhkəmənin Rəyasət Heyətinin iclasında 2020-ci ilin birinci yarısında muxtar respublika məhkəmələrinin fəaliyyəti müzakirə olunub.
Ali Məhkəməsinin sədri Qasım Əliyev çıxışında qeyd edib ki, Naхçıvan Muхtar Rеspublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında muхtar rеspublikamızda hüquq institutlarının təkmilləşdirilməsi və ədalət mühakiməsinin keyfiyyətinin daha da artırılması istiqamətində genişmiqyaslı işlər görülüb.

Ardını oxu...

Fövqəladə Hallar Nazirliyində 2020-ci ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında nazir, general-leytenant Şamı Abdullayev çıxış edərək bildirib ki, 2020-ci ilin ötən dövrü ərzində struktur qurumlarında 15 təlim və məşğələ, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin 2 şöbəsində və Mülki Müdafiə Alayında kompleks yoxlama keçirilib.

Ardını oxu...

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulmuş vəzifələr və 2020-ci ilin I yarımilində polis оrqаnlаrının cinаyətkаrlığа qarşı mübаrizə, ictimаi qаydаnın və ictimаi təhlükəsizliyin təmin edilməsi üzrə fəаliyyətinin nəticələrinə dair Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov geniş məruzə ilə çıxış edib.

Ardını oxu...

“Google” kompaniyası okeanın dibi ilə ABŞ-dan İspaniya və Böyük Britaniyaya “Grace Hopper” sualtı optik lifli kabelin çəkilməsi işlərinə başladığını elan edib.

Kompüter proqramlaşdırılması üzrə amerikalı alimin şərəfinə adlandırılan “Grace Hopper” internet kabeli ABŞ-la Böyük Britaniya və İspaniya arasında əlaqə yaradacaq və şəbəkənin davamlılığını təmin edəcək.

Ardını oxu...

“Instagram”ın istifadəçiləri mobil tətbiqin ön kameranı gizli şəkildə aktivləşdirdiyini aşkar ediblər.

Ardını oxu...

“Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən bildirildiyi kimi, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən və illik plana uyğun olaraq keçirilən təlimlərdir”.

Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Ardını oxu...

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya texnikaları Naxçıvana gedib.

Ardını oxu...

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

İdarənin mətbuat xidmətindən  verilən məlumata görə, təbrikdə deyilir: “Əziz müsəlman bacı və qardaşlarımız, möhtərəm həmvətənlərimiz.

Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını Rəbbimizdən diləyirik.

Ardını oxu...

  

Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə hücum cəhdləri və bunun fəsadları, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə tutarlı cavab verməsi, xarici ölkələrdə ordumuza dəstək aksiyaları, erməni vandalların soydaşlarımıza hücumları, Azərbaycan-Türkiyə əlaqələri və digər məsələlər Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin əsas mövzusu olmaqda davam edir.

Ardını oxu...

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Ardını oxu...

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Təbrikdə mütərəqqi islami dəyər və ənənələrin uca tutulduğu Azərbaycanda dövlət səviyyəsində, ümumxalq bayramı kimi qeyd edilən Müqəddəs Qurban bayramının cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizm, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsi olduğu bildirilib.

Ardını oxu...

“Burada işğalçı olan Ermənistandır. Hörmətli Prezidentimiz bunu dünən hörmətli Putinə də açıq şəkildə izah etdi”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “CNN Türk”ə müsahibəsində deyib.

Ardını oxu...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Tərəflər telefon danışığı zamanı Türkiyə-Rusiya əlaqələrinin gücləndirilməsi üzrə addımları müzakirə ediblər.

Ardını oxu...

ABŞ-ın “Google” şirkəti işçilərin arzusuna görə onlara 2021-ci ilin iyulunadək onlayn rejimdə işləməyin davam etdirilməsinə icazənin verilməsi ilə bağlı qərar qəbul edib.

Şirkətin baş direktoru Sundar Piçainin əməkdaşlara müraciətində deyilir: “Əməkdaşların gələcəyi planlaşdırması üçün biz ofisdə olmanı tələb etməyən vəzifələr üçün 2021-ci il iyunun 30-dək evdən könüllü işləmək imkanını uzadırıq”.

Ardını oxu...

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək  keçiriləcək birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin Bakıya gəlməsi münasibətilə təntənəli qarşılanma mərasimi olub.

Ardını oxu...

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) diametri 84-190 metr arasında olan bir asteroidin Yerə yaxınlaşması barədə xəbərdarlıq edib.

 2009 PQ1 adı verilən asteroid avqustun 5-də Yer kürəsinə maksimal məsafədə yaxınlaşacaq və 13,4 km/s sürətlə planetimizdən 3,2 milyon km məsafədəə uçacaq.

Asteroid 14 avqust 2009-cu ildə aşkar edilib. Astronomlar onu orbitləri Yer orbitindən keçən Apollon - asteroidlərə aid edirlər.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub.

Ardını oxu...

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında verilmiş tapşırıqların icrası, 2020-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı Kənd Təsərrüfatı Nazir­liyində keçirilən kollegiya iclasında nazir Bəhruz Bayramov məruzə ilə çıxış edib. Bildirib ki, 1070 hektarı 2020-ci ildə olmaqla, 4478 hektar sahədə qapalı suvarma sistemlərinin tikilərək istifadəyə verilməsi əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və məhsul bolluğunun yaradılmasına səbəb olub. Taxılçılığın strateji əhəmiyyətə malik olması diqqət mərkəzində saxlanılıb, 2020-ci ilin məhsulu üçün 36 min 99 hektarı payızlıq, 780 hektarı isə yazlıq olmaqla, ümumilikdə, 36 min 879 hektar sahədə taxıl əkini aparılıb, ötən illə müqayisədə əkin sahəsi 3571 hektar artıb. Həmçinin cari ildə muxtar respublika üzrə 23 min 142 hektar sahədə yazlıq bitkilər əkilib.

Ardını oxu...

Bu yaxınlarda ölkəmiz, eləcə də Naxçıvan Muxtar Respublikası üçün çox əlamətdar olmuş hadisələrdən biri, şübhəsiz, ölkə Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” imzaladığı Qanuna əsasən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə dəyişikliklər edilməsi oldu. Alınan qərara əsasən Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinə şəhər, rayonun Nehrəm və Cəhri kəndlərinə isə qəsəbə statusu verildi. Bu, təkcə adıçəkilən yaşayış məntəqələrinin deyil, muxtar respublikamızın hər bir sakini üçün çox əlamətdardır. Çünki bu yaşayış məntəqələrinin ciddi demoqrafik və sosial-iqtisadi potensialı vardır. 

Ardını oxu...

Bəzi internet resurslarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın adından sosial şəbəkədə yayılmış müraciətdə, guya istifadəçilərə hərbi məsələlərlə bağlı paylaşım etməməyə çağırışlar yer almışdır.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən məlumat veririk.

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən qabaqlayıcı tədbirlər, sanitar-profilaktik və dezinfeksiya işləri davam etdirilir. Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərinin Tumbul kəndində də tibbi-profilaktik və dezinfeksiya işləri görülüb.

Qabaqlayıcı tədbirlər çərçivəsində kənddaxili yollar, səkilər, kənd mərkəzi, insanların sıx toplaşdığı yerlər və ətraf ərazilər xüsusi məhlullarla dezinfeksiya edilib.

Qeyd edək ki, muxtar respublikada pandemiyaya qarşı qabaqlayıcı profilaktik tədbirlərə cəlb edilən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti dezinfeksiya işlərinin davam etdirərək ümumilikdə, 35 min kvadratmetr yol və səkiləri dezinfeksiya ediblər.

 

 

 

Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək. Təlimlərə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib.

Ardını oxu...

 

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 558 nəfər sağalıb, 396 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 30 min 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 23 min 242 nəfər müalicə olunaraq sağalıb, 423 nəfər vəfat edib. Aktiv xəstə sayı 6781 nəfərdir.

Ötən müddət ərzində 690 min 386 test aparılıb. Bugünkü test sayı isə 6838-dir.

 

 

 

 

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

 

 

 

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,11 dollar geriləyərək 43,23 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,09 dollar ucuzlaşaraq 41,20 dollar təşkil edib.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Göyəli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ardını oxu...

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş”ə əsasən ötən ildən başlayaraq qardaş ölkədən Naxçıvan Muxtar Respublikasına yeni texnikaların gətirilməsinə başlanılıb. Tədbirlərin davamı olaraq hərbi infrastrukturun yenilənməsi işlərinin daha keyfiyyətlə aparılması məqsədilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına xüsusi tikinti-inşaat texnikaları gətirilib. Texnikalar Əlahiddə Ümumqoşun Orduya təhvil verilib.

Türkiyə Respublikasında Mercedes-Benzin təmsilçi və idxal şirkəti olaraq qurulmuş Koluman Holdinq şirkətlər qrupu tərəfindən tamamilə alman avtomobil sənayesi standartlarına uyğun istehsal olunan tikinti texnikaları yüksək keyfiyyəti ilə seçilir.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 535 nəfər sağalıb, 321 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Ardını oxu...


Çexiyadakı erməni diasporunun üzvü olan ekstremistlər dünyanın başqa şəhərlərində olduğu kimi Praqada da “dinc aksiya” bəhanəsi ilə dünən Azərbaycan səfirliyinin qarşısında növbəti alçaq provokasiyalar keçirmək üçün toplaşıblar.

Ardını oxu...

Bir sıra Avropa ölkələrinin paytaxt şəhərlərində azərbaycanlı soydaşlarımızın keçirdikləri ölkəmizlə həmrəylik aksiyaları dünya azərbaycanlılarının sivil, demokratik yollarla müstəqil Azərbaycan Respublikasının dövlətçilik mənafelərini müdafiə edən dinc kütləvi tədbirlərdir.

Ardını oxu...

İyulun 24-də Nyu-York şəhərində, Birləşmiş Millətlər Təşkilatının qərargahı və Ermənistanın BMT-dəki daimi nümayəndəliyinin qarşısında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bağlı izdihamlı etiraz aksiyası keçirilib.

Nyu-York Azərbaycanlıları Assosiasiyası tərəfindən təşkil edilmiş aksiyada Azərbaycan, türk diaspor təşkilatlarının nümayəndələri, Birləşmiş Ştatların müxtəlif şəhər və ştatlarında, xüsusilə Nyu-York, Nyu-Cersi və Vaşinqtonda yaşayan Azərbaycan icmasının fəal üzvləri iştirak ediblər.

Ardını oxu...

 

 

 

İyulun 24-də İstanbulda Ayasofyada 86 ildən sonra ilk cümə namazı qılınıb və bununla da o, məscid olaraq ibadətə açılıb.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, dövlət rəsmiləri, millət vəkilləri, siyasi partiyaların nümayəndələri, ictimai-siyasi xadimlər, yerli və xarici turistlər olmaqla 1500-dən çox insan iştirak edib.

Məsciddə ilk dua Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən edilib.

İyulun 24-də İstanbulda Ayasofya məbədi 86 ildən sonra ilk cümə namazı ilə məscid olaraq ibadətə açılır.

Bununla əlaqədar bir neçə gün əvvəldən hazırlıqlar aparılıb. Ölkəni müxtəlif bölgələrində yaşayan vətəndaşlar açılış mərasimində iştirak etmək üçün İstanbula axın ediblər. Şəhərin Ayasofyaya yaxın 21 məscidi buraya gələn ziyarətçilərə xidmət göstərmək üçün gecə boyu açıq olub.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR