24 Dekabr 2024, Çərşənbə axşamı

Türkiyənin İğdır şəhərində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə etiraz və ölkəmizə dəstək məqsədilə velosipedsürmə aksiyası keçirilib.

Tədbir İğdır Velosipedçilər Klubu, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və İğdır Azərbaycan Evi Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilib.

Şəhərin mərkəzi küçələri ilə hərəkət edən velosipedçilər Şəhid Mehmet Çavuş abidəsinin önündə və Zübeydə xanım bulvarının girişində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını dalğalandırıblar. “Azərbaycan yalnız deyil!”, “Ermənistanın işğalçı siyasətinə son qoyulsun!”, “Yaşasın Azərbaycan-Türkiyə birliyi!” kimi şüarlar səsləndirilib.

Ardını oxu...

“Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir”.
                                                                                                                                              Ulu öndər Heydər Əliyev

Millətlərin tərəqqisində, milli şüurun oyanışı və milli özünüdərk prosesində əvəzsiz rolu olan mətbuat yarandığı dövrdən bu günədək mənsub olduğu xalqın məişət və yaşayış tərzini, həyata baxışlarını, ictimai-mədəni proseslərə sosial-psixoloji münasibətini özündə əks etdirir. Hər bir millətin inkişafını təmin edən mətbuat Azərbaycan maarifçiliyinin inkişafında da əsaslı yer tutur. Geriliyin, cəhalətin qarşısını almaq, Azərbaycan millətinin formalaşmasını təmin etmək arzusunu ən ümdə arzulardan biri olaraq görən Həsən bəy Zərdabi böyük çətinliklərdən sonra 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin çapı ilə Azərbaycanda mətbuatın əsasını qoydu. Milli oyanışda, milli birliyin möhkəmlənməsində böyük rol oynayan “Əkinçi” qəzetinin nəşrə başladığı gün - 22 iyul Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı. Ölkəmizdə   mətbuatın qorunması və  inkişaf etdirilməsinə  xüsusi diqqət və qayğı göstərilir. Belə ki, 30 iyun 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Ardını oxu...

                                                 “Əkinçi” qəzeti – 145

Kövrək addımlarını atan Azərbaycan milli burjuaziyasının və dövrün görkəmli şəxsiyyətlərinin səyi ilə XIX əsrin ikinci yarısında maarif inkişaf etməyə başladı. Maarifçiliyin geniş intişar tapmasında, məktəblərdə ana dilinin tədrisinin həyata keçirilməsində M.F.Axundovun, S.Ünsizadənin, S.Ə.Şirvaninin, görkəmli maarif xadimləri Məhəmməd Tağı Sidqinin, Həsən bəy Zərdabinin, Nəcəf bəy Vəzirovun, S.M.Qənizadənin xidmətləri böyükdür. Azərbaycan maarifçilər nəslinin nümayəndələri olan bu şəxsiyyətlər xalqın savadlanması, dövrün mütərəqqi ideyaları ilə tanış olmaları üçün mətbu orqanın imkanlarını yaxşı anlayırdılar.

Ardını oxu...

Ölkə Prezidentinin 2020-ci il 2 iyun tarixli fərmanlarına əsasən qanunvericilikdə müəyyən dəyişikliklər edilib. Belə ki, 1 yanvar 2021-ci il tarixədək taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin dərəcəsi 9 manatdan 4,5 manata, digər sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslər üçün isə 1 oturacaq yerinə görə 1,8 manatdan 0,9 manata endirilib.

Bu barədə Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində sürücülərin iştirakı ilə keçirilən seminar-müşavirədə ətraflı danışılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın milli mətbuatımızın 145 illik yubileyi münasibətilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla “Naxçıvanın publisistik xəritəsi” adlı kitabı işıq üzü görüb. Yeni nəşr 2010-cu ildə milli mətbuatımızın yaranmasının 135 illiyinə həsr olunan  “Qəzet jurnalistikası” adlı kitabından sonra müəllifin oxucularla ikinci görüşüdür. Cəlbedici adı, fərqli üz qabığı ilə elə ilk baxışdan diqqəti çəkən nəşr ümummilli liderimiz Heydər Əliyevin dövlətin, dövlətçiliyin, cəmiyyətin güzgüsünə çevrilən milli mətbuatımız haqqında söylədiyi dəyərli fikirlərlə, eləcə də ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 1 iyul tarixli “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi ilə bağlı Sərəncamı ilə başlayır.

Ardını oxu...

Kanadada yaşayan azərbaycanlılar, diaspor təşkilatları və diaspor fəalları bu ölkənin Toronto və Ontario şəhərlərində Azərbaycan Ordusuna dəstək aksiyası keçiriblər.

Aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribata etirazlarını bildiriblər.

Soydaşlarımız Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması, işğal olunmuş torpaqlarımızın azad olunmasını tələb ediblər.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 60 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində və Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan, Gədəbəy rayonunun Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ardını oxu...

İyulun 19-da erməni lobbisinin, xüsusilə də Amerika Erməni Milli Komitəsinin çağırışı ilə Vaşinqtonun erməni icmasının üzvləri Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi qarşısında toplaşıblar. Onlar erməni silahlı qüvvələrinin iyulun 12-də Tovuz rayonu istiqamətində başladıqları təcavüzə cavab olaraq Azərbaycan ordusu tərəfindən keçirilən əməliyyatlara etiraz ediblər.

Azərbaycan, türk və yəhudi icmalarının üzvləri onların qarşısına çıxaraq etiraz nümayişi keçirib və erməni tərəfinin yalanını ifşa edən şüarlar söyləyiblər.

Ardını oxu...

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin Azərbaycan icmasının üzvləri Ermənistanın bu şəhərdəki konsulluğu qarşısında erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində təxribat törətməsi və Ermənistanın 30 ildən çox Azərbaycana qarşı davam edən təcavüzü ilə bağlı etiraz aksiyası keçirib.

Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkil etdiyi etiraz aksiyası iştirakçıları Amerika ictimaiyyətini məlumatlandırmaq məqsədilə şəhər meriyası qarşısında piket, Ermənistan konsulluğunun qarşısında isə aksiya keçiriblər.

Ardını oxu...

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sərtləşdirilmiş xüsusi karantin rejimi 2020-ci il 5 avqust saat 06:00-dək davam edəcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Ardını oxu...

İyulun 19-da Finlandiyanın Helsinki şəhərində ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhəddində Ermənistanın növbəti hərbi təxribatlar törətməsi və Azərbaycana qarşı işğalçı, təcavüzkar siyasət aparmasına etiraz əlaməti olaraq silsilə aksiyalar keçirilib.

Ardını oxu...

Bavariya paytaxtındakı “Azərbaycan Evi”nin təşəbbüsü ilə şəhərin mərkəzi Marienplas meydanında Bavariyada və yaxınlıqdakı federal əyalətlərdə yaşayan həmvətənlərimiz genişmiqyaslı etiraz aksiyası keçiriblər.

Ardını oxu...

Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə qarışa növbəti dəfə genişmiqyaslı hücumu Türkiyədəki soydaşlarımızın hiddətinə səbəb olub. Paytaxt Ankarada dövlətimizə və şanlı ordumuza dəstək aksiyaları davam etməkdədir.

Ardını oxu...

İyulun 19-da İstanbulun "Beyazıt meydanı"nda Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı keçirilən etiraz aksiyasından sonra tədbir iştirakçıları 1918-ci ildə Bakının işğaldan azad olunmasında tarixi rol oynayan Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın və Azərbaycan xalqının böyük oğlu, ictimai-siyasi və dövlət xadimi Əhməd Ağaoğlunun məzarlarını ziyarət ediblər.

Ardını oxu...

İyulun 19-da İstanbulun mərkəzi bölgələrindən olan "Beyazıt meydanı"nda Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı etiraz aksiyası keçirilib.

Ardını oxu...

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ordumuzun generalı, yüksək rütbəli hərbi qulluqçuları düşmən ordusundakından fərqli olaraq əsgərlərimizin önündə gedirdi.

Bunu açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Ardını oxu...

Bir neçə gündür ki, Azərbaycanda koronavirusdan sağalanların sayında müsbət dinamika müşahidə olunur. Ötən sutka ərzində koronavirus infeksiyasına 497 yoluxma faktı qeydə alınıb, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Ardını oxu...

Orduda könüllü xidmət etmək istəyən vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) müraciətləri davam edir.

SHXÇDX-dən bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 23 min 500-dən çox vətəndaş bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin qurumun qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək orduda könüllü xidmət etmək haqqında arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

Ardını oxu...

İyulun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təşəbbüsü ilə Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, telefon danışığı zamanı tərəflər iki ölkə arasında dostluğa, qarşılıqlı etimada və mehriban qonşuluq münasibətlərinə əsaslanan əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd ediblər. Nazirlər ölkələrimizin hərbi sahədə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayaraq, hərbi və hərbi-texniki əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.

Ardını oxu...

Lənkəran şəhərində və Samux rayonunda iyulun 20-dən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

Bununla bağlı qərar COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla qəbul edilib.

Xatırladaq ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq, ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bununla yanaşı, şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda iyulun 20-dən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir. Taktiki təlimlərdə haubitsalı artilleriya, aviasiya, hava hücumundan müdafiə və digər bölmələr arasında qarşılıqlı əlaqə sualları işlənilib.

Bölmələrin uzlaşmasının və səhra vərdişlərinin yüksəldilməsinin ən səmərəli ali forması döyüş atışlı taktiki təlimlər olduğu üçün tabor və divizionlarda keçirilən bu təlimlərə Əlahiddə Ümumqoşun Orduda xüsusi diqqət yetirilir.

Ardını oxu...

Qardaş Azərbaycanı qətiyyən tək qoymarıq. Dağlıq Qarabağ işğal altındadır. Minsk qrupu 25-30 ilə yaxındır ki, bu işi masanın üstündə saxlayıb.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərməsi nəticəsimdə yaranan gərgin hərbi vəziyyətlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ardını oxu...

İyulun 17-nə keçən gecədən indiyədək Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gərginlik əvvəlki günlərə nisbətən sakitləşib.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı açıqlamasında deyib.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinin hərtərəfli diqqətlə əhatə olunması və onlara yüksək qayğı göstərilməsi istiqamətində konkret addımlar atılır.

Nazirlikdən verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə iyulun 16-da Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, eləcə də nazirliyin idarə rəisləri general-mayor Rasim Əliyev, general-mayor Rasim Babayev və digər zabitlər Qəbələ rayonunda şəhid general-mayor Polad Həşimovun və Bakı şəhərində şəhid polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər.

Ardını oxu...


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 8500-ə yaxın vətəndaş bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatına elektron qaydada, həmçinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

Ardını oxu...

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən hərbi əməliyyatlar zamanı yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları Müdafiə Nazirliyinə müraciət ünvanlayaraq Ordumuza dəstək məqsədilə hərbi xidmətə çağrılmaqla döyüşlərə qatılmalarını xahiş edirlər.

Müdafiə Nazirliyindən verilən məlumata görə, iyulun 13-dən 17-dək Nazirliyə bu mövzuda 7000-ə yaxın müraciət daxil olub.

Ardını oxu...

Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir Türkiyədə səfərdə olan Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev və Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirovla görüşüb.

Ardını oxu...

Bu gün işğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil. Ölkəmizin dayanıqli inkişafı bütün sahələrdə, o cümlədən ordu quruculuğunda mühüm addımların atılmasını şərtləndirir. Dövlətimizin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Azərbaycanın ənənəvi olaraq Beynəlxalq müdafiə sərgilərinə ev sahibliyi etməsi də dövlətimizin ordu quruculuğunda qazandığı uğurlara, eyni zamanda, dünyanın silah istehsalı sahəsində öndə gedən ölkələri və transmilli şirkətləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrə əsaslanır.

Bu fikirləri  Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Ardını oxu...

“Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərin ikinci günündəcə Ermənistan müdafiə nazirliyinin hazırkı mətbuat katibini praktiki olaraq arxa planda qoyan sabiq mətbuat katibinin reinkarnasiyası, təxmin etdiyimiz kimi, çoxsaylı saxta məlumatlar və dezinformasiyalar yaratmaq məqsədini güdürdü ki, bu baxımdan İrəvanda sabiq mətbuat katibinə bərabər tutulacaq ikinci bir adam yoxdur. Erməni hərbçiləri pis döyüşdükləri qədər pis də saxtalıqlar yaradırlar”.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Ardını oxu...

Hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir.

Bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yaşayış məntəqələrimiz atəşə tutulmur. Amma ümumilikdə gərginlik davam etməkdədir.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 97 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir.

Ardını oxu...

Türkiyə Böyük Millət Məclisi Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə hücum cəhdləri ilə bağlı açıqlama yayıb.

Sənəd parlamentdə təmsil olunan hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (ÇHP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və İYİ Partiya tərəfindən qəbul edilib.

Ardını oxu...

Kütləvi informasiya vasitələrimizdə Ermənistanın İstintaq Komitəsinə istinadən son döyüşlərdə erməni tərəfinin 4 nəfər hərbi qulluqçusunu ölü və 36 nəfərini isə yaralı olaraq itirməsi barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu xəbər tamamilə yalandır və reallığı əks etdirmir.

Ardını oxu...

Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı ehtiyat qüvvələrini düşmənin döyüş mövqelərinə çatdıran avtomobil texnikası bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Ardını oxu...

Millətini, yurdunu, elini, obasını sevən hər bir insan üçün ən müqəddəs yerdir Vətən. Babalarımızın əmanəti, doğulub-böyüdüyümüz Vətənimiz bizə anamız kimi doğma və əzizdir. Vətənə sevgi  hissi insanı  eli, obası, xalqı üçün yaşamağa sövq edir. Tarixin müxtəlif dövrlərində Vətənimin azadlığı, müstəqilliyi təhlükə altında qalıb, torpaqlarımız mübarizələr meydanına çevrilib. Belə çətin məqamlarda qəlbi Vətən eşqi ilə döyünən igid, cəsur oğullar meydana çıxıb Vətənin azadlığı, zəhmətkeş xalqının rifahı naminə mübarizə aparıblar. 

Bu torpaq Babək, Cavanşir, Koroğlu, Qaçaq Nəbi kimi qəhrəmanlar, Mehdi Hüseynzadə, Gəray Əsədov, Qafur Məmmədov, Həzi Aslanov kimi zamanın ədalətsiz hökmünə baş əyməyən igid oğullar yetişdirib. Qədirbilən xalqımız öz qəhrəman və sərkərdələrini, mübariz övladlarını, sinəsini yadellilərin hücumlarına sipər edən oğullarını heç vaxt unutmur.
Bütün qəhrəmanlarımızın xatirəsi dövlətimiz tərəfindən əbədiləşdirilir, yaşadılır ki, onların şücaəti, ağıl və idrakı, zəfər dolu qəhrəmanlığı xalq üçün, gələcək üçün örnəyə çevrilsin.
Azərbaycan tarixində izi olan, xalqımıza nümunə olan, adı ilə öyünülən xalq qəhrəmanlarımızdan biri də Babəkdir. Babək Xürrəmilər hərəkatının rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı üsyana rəhbərlik etmiş böyük sərkərdədir.
Babəkin xatirəsi, adı bu gün də unudulmur. Xalqımızın qəhrəman oğlunun adı muxtar respublikamızın bir rayonunda və həmin rayonun mərkəzini təmsil edən şəhərdə əbədiləşdirilib. Ümummilli lider Heydər Əliyevin qətiyyəti, təşəbbüsü ilə Babək rayonuna Xalq qəhrəmanının adı verilib. Həmçinin Naxçıvan və Babək şəhərlərində xalq qəhrəmanına böyük abidə ucaldılıb. Naxçıvan şəhər dəmiryol vağzalının qarşısında, Əliqulu Qəmküsar küçəsində 1988-ci ildə ucaldılan abidənin müəllifi heykəltəraş, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Elman Cəfərovdur. Abidənin yerləşdiyi ərazi Babək meydanı adlanır. Abidədə Xalq qəhrəmanı Babək atın belində bir əlində qılıncla, sanki düşmənlərə meydan oxuyur. “Naxçıvan” Universitetinin yaxınlığında yerləşən abidə muxtar respublikamıza gələn qonaqların da diqqətini cəlb edir. Hər gün onun qarşısından keçən yüzlərlə insanın gözü önündə bu vətənpərvər Xalq qəhrəmanının şücaətləri canlanır. Bu abidənin varlığı həm də onu göstərir ki, xalqının azadlığı uğrunda mübarizə aparan qəhrəmanlar ölmür, onların xatirəsi yaşadılır.

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən ekoloji siyasətin əsas məqsədi bugünkü və gələcək nəsillərin sağlam mühitdə yaşaması, təbii ehtiyatlardan səmərəli istifadə edilməklə iqtisadi potensialın qorunması və davamlı inkişafın təmin edilməsidir.
Son dövrlər bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmiş, təbii iqlim xüsusiyyətləri və relyef nəzərə alınaraq meşələrin, yaşıllıqların qorunması və artırılması diqqətdə saxlanılmışdır.

Ardını oxu...

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin sərrast zərbəsi ilə Ermənistan silahlı qüvvələrinə məxsus kazarma məhv edilib.

Ardını oxu...

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdədir. Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin nazirlerkabineti.nmr.az yenilənmiş saytı iyul ayının 16-da istifadəyə verilib. Sayt ümumi dizaynı, məzmunu, istifadəçi rahatlığı, texniki imkanları baxımından müasir standartlara tam cavab verir. Onun strukturu təkmilləşdirilib, yeni bölmələr əlavə edilib və ən son internet texnologiyaları əsasında yeni dizayn verilib.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 493 yoluxma faktı qeydə alınıb, 561 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ardını oxu...

Əlbəttə, Azərbaycan zəngin və özünü təmin edən bir dövlətdir, lakin öz maliyyə vəsaitini boş yerə xərcləməyəcək.

Ardını oxu...


İyulun 16-da səhər saat 05.45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir.

Ardını oxu...

Bu il çox çətin ildir, təkcə bizim üçün yox, bütün dünya üçün. Təsadüfi deyil ki, aparıcı beynəlxalq maliyyə qurumlarının verdiyi açıqlamaya görə, dünyanın 150 ölkəsindən çoxu maliyyə yardımı üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Azərbaycanın adı bu siyahıda yoxdur. Azərbaycan öz inkişafını öz hesabına təmin edir.

Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məqama toxunan Prezident İlham Əliyev

Ardını oxu...

Son günlər sosial şəbəkələrdə saxta profillər yaradılaraq guya yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olması barədə məlumatlar yayılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır.

Gəncə Hərbi Hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu qeyd edib. O bildirib ki, hazırda qanla bağlı heç bir çətinliyimiz yoxdur.

 

 

 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bölmələrimizin guya təxribat törətməyə cəhd etməsi və Ermənistanın Aygepar və Movses kəndlərini D-30 toplarından atəşə tutması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

Ardını oxu...

Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (Associazione Gioventù Italo-Azerbaigiana) Sosial və elmi araşdırmalar departamenti nəzdində “Vikipediya” qrupu AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya metodik mərkəzi ilə birlikdə Vikipediyanın italyan dili bölməsində şəhid, general-mayor Polad Həşimov haqqında məqalə yaradıb.

Məqalədə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş general Polad Həşimovun həyatı və şücaətləri barədə məlumatları yer alıb.

 

 

 

Azərbaycan ictimaiyyətinin diqqətini bir məsələyə də çəkmək istərdim. Bu çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi, dərhal onlardan yardım istədi, dərhal hay-haray qaldırdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər. KTMT-nın buna nə dəxli var? Birincisi, Azərbaycan Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Belə olan halda KTMT-nın bu işə nə dəxli ola bilər?

Ardını oxu...

İyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram”,-deyən Azərbaycan Prezidenti cənab İlham Əliyevin çağırışına səs verən minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edir və müvafiq qaydada qeydiyyata alınırlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir.

Ardını oxu...

İyulun 16-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmən PUA-sı dərhal aşkarlanaraq məhv edilib

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR