Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin nazirlerkabineti.nmr.az yenilənmiş saytı iyul ayının 16-da istifadəyə verilib. Sayt ümumi dizaynı, məzmunu, istifadəçi rahatlığı, texniki imkanları baxımından müasir standartlara tam cavab verir. Onun strukturu təkmilləşdirilib, yeni bölmələr əlavə edilib və ən son internet texnologiyaları əsasında yeni dizayn verilib.
Müasir dizaynda yaradılan 7 bölmə və 4 altbölmədən ibarət olan saytda muxtar respublikanın rəsmi xəbərlərini, Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı məlumatları əldə etmək olar. “Əsas səhifə” də muxtar respublikada baş verən ictimai, siyasi xəbərlər və Nazirlər Kabinetinin fəaliyyət istiqamətinə uyğun olaraq məlumatlar yerləşdirilib. İstifadəçilərin rahatlığını təmin etmək məqsədilə “Axtar” guşəsi yaradılıb. Bundan başqa, aktuallıq və istifadəçi tələbatı nəzərə alınaraq səhifədə “Heydər Əliyev Fondu”, “Azərbaycan Respublikasının Prezidenti”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi”, “Azərbaycan Respublikası Nazirlər Kabineti” və “Naxçıvan Muxtar Respublikası” saytlarına keçid linkləri də qoyulub.
4 altbölmədən ibarət olan saytın “Sənədlər” bölməsində Nazirlər Kabineti tərəfindən 2008-2020-ci illərdə qəbul olunmuş qərar və sərəncamlar öz əksini tapıb. “Nazirlər Kabineti” bölməsində Rəhbərlik, səlahiyyətləri, iş qaydası, Nazirlər Kabinetinin aparatı haqqında əsasnamə, Nazirlər Kabineti Aparatının strukturu və statusu yerləşdirilib. “Mətbuat xidməti” bölməsində rəsmi tədbirlər, məlumatlar, foto qalereya, video qalereya yarımbölmələri ilə tanış olmaq olar. Burada fotoqalereya və video qalereya yarımbölmələrində Naxçıvan şəhərinin və muxtar respublikanın bölgələri haqqında foto və videoçarxlar yerləşdirilib.
Yenilənmiş internet saytı Nazirlər Kabinetinin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, həyata keçirilən tədbirlərin dolğun və operativ şəkildə işıqlandırılmasına şərait yaradacaq, ictimaiyyətə çatdırılmasını təmin edəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin mətbuat xidməti