25 Dekabr 2024, Çərşənbə

Bu il çox çətin ildir, təkcə bizim üçün yox, bütün dünya üçün. Təsadüfi deyil ki, aparıcı beynəlxalq maliyyə qurumlarının verdiyi açıqlamaya görə, dünyanın 150 ölkəsindən çoxu maliyyə yardımı üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Azərbaycanın adı bu siyahıda yoxdur. Azərbaycan öz inkişafını öz hesabına təmin edir.

Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məqama toxunan Prezident İlham Əliyev

BMT-nin “Dayanıqlı inkişaf indeksi” ilə bağlı yeni hesabatını misal göstərib.

“Bu hesabatda Azərbaycan keçən ilə nisbətən irəliləyərək 54-cü yerdə qərarlaşıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Onu da bildirməliyəm ki, bu göstəriciyə görə Azərbaycan regionda liderdir. Baxmayaraq ki, ümumi daxili məhsul bir qədər aşağı düşüb, bu da təbii səbəblər üzündən baş verib. Bütövlükdə ilin altı ayını müsbət qiymətləndirmək olar. İlin sonuna qədər qarşıda duran bütün vəzifələr icra edilməlidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR