25 Dekabr 2024, Çərşənbə

Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə qarışa növbəti dəfə genişmiqyaslı hücumu Türkiyədəki soydaşlarımızın hiddətinə səbəb olub. Paytaxt Ankarada dövlətimizə və şanlı ordumuza dəstək aksiyaları davam etməkdədir.

 Bu dəfə Türkiyə dövlətinin və xalqının Azərbaycana dəstəyinə minnətdarlıq əlaməti olaraq Ankara şəhərində izdihamlı yürüş keçirilib. İştirakçılar Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün uyuduğu Anıtqəbiri ziyarət ediblər.

Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi dəstək aksiyasına qatılıb.

Protokola uyğun olaraq digər dövlətlərin bayraqlarının Anıtqəbir kompleksində qaldırılması qadağandır. Səfir Xəzər İbrahimin xahişini nəzərə alan Türkiyə tərəfi Azərbaycan dövlət bayrağının Anıtqəbir kompleksində dalğalandırılmasına icazə verib. O cümlədən Mustafa Kamal Atatürkün məzarı üstünə qoyulan əklil üzərində Azərbaycan və Türkiyənin dövlət bayraqları yerləşdirilib. Bu Türkiyə Respublikasının tarixində ilk hadisə olaraq yaddaşlara yazılıb.

Aksiyanın təşkilatçılarından olan Səidə Ekmən deyib: “Türkiyə dövlətinin və xalqının Azərbaycana göstərdiyi dəstəkdən qürur duyuruq. Ümummilli lider Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” və ulu öndər Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədədimizdir” ifadələri sözün əsl mənasında həyat gerçəyidir”.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR