Bütün dövlət qurumları mətbuatla çox sıx əlaqədə olmalıdır.
Bunu Prezident İlham Əliyev iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirə zamanı deyib.
Dövlət başçısı bildirib:
Bütün dövlət qurumları mətbuatla çox sıx əlaqədə olmalıdır.
Bunu Prezident İlham Əliyev iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirə zamanı deyib.
Dövlət başçısı bildirib:
Məlum olduğu kimi, son bir həftə ərzində Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı, eləcə də Ermənistan silahlı qüvvələrinin bu il iyulun 12-dən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən təxribat xarakterli qanunsuz hərəkətlər törədilib.
Azərbaycanın Belçikadakı səfirliyinin önündə təxribatçı və vandal hərəkətlərini reallaşdırmaq məqsədilə piket keçirmək istəyən ermənilər soydaşlarımızın etiraz aksiyası ilə qarşılaşıblar.
Bu barədə Diaspora İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Ermənilərin səfirliyimizin qarşısında icazəsiz aksiya təşkil edəcəyindən xəbər tutan soydaşlarımız qısa zamanda Azərbaycan səfirliyinə yığışıb. Soydaşlarımız səfirliyin qarşısında ingilis dilində yazılmış "Ermənistanın təcavüzkar siyasətinə son!", "Xocalıya ədalət!" şüarlarını, Ermənistanın son təxribatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin şəkillərini düzməklə ermənilərə təcavüzkar mahiyyətə malik ölkənin vətəndaşları olduqlarını bir daha xatırladıblar.
Çox eşitmişdim, ancaq bir o qədər də inanmırdım ki, yaxından tanıdığın, xarakterinə özündən də artıq bələd olduğun yoldaş, dost haqqında yazı yazmaq çətindir. Bunu gördükdən sonra inandım.
Bilmirəm haradan başlayam. İşə məsuliyyətindən, əməkdaşlara münasibətindən, redaksiyaya gələn insanları qarşılayıb yola salmasından, müəyyən məsələlərlə bağlı olan telefon zənglərinə cavab verməsindən... Hamısı yüksək səviyyədə. Elə buna görə də ona ad günlərinin birində “idarənin Məhəbbəti” dedim və düşdü əməkdaşların dilinə. Bu adı kifayət qədərincə doğruldur. Ona görə də bu adı ona verməyimə peşman deyiləm, özümə arzu edirəm ki, digər işlərində də gələcəkdə peşman olmayım.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş Nazirlər Kabinetinin iclası, hər şeydən əvvəl, hazırda dünyanın qlobal pandemiya bəlası ilə üzləşdiyi çətin bir dövrdə ölkəmizdəki mövcud inkişaf proseslərinin dərindən təhlil edilib dəyərləndirilməsi, qazanılmış böyük uğurlarla yanaşı, qarşıda duran mühüm vəzifələrin müəyyən edilməsi baxımından əlamətdar hadisədir. Prezidentin Sədrlik etdiyi Nazirlər Kabinetinin iclası Azərbaycan dövlətinin tarixinə pandemiya dövrünün sosial-iqtisadi inkişafının hesabatı kimi daxil oldu. Çünki 2020-ci ilin birinci yarısının üç aydan artıq müddəti koronavirusla mübarizənin prioritet hesab edildiyi bir mərhələ olmuşdur.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İyulun 23-də Türkiyənin İzmir şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 12-dən başlayaraq Tovuz rayonu istiqamətində törədilən təxribatla bağlı etiraz aksiyası keçirilib.
“Can Azərbaycan platforması” adı altında birləşən qeyri-hökumət təşkilatları və azərbaycanlı tələbələrin birgə həyata keçirdikləri tədbir İzmirin mərkəzi hissəsi olan “Konak meydanı”nda baş tutub.
Tədbirdə hər iki ölkənin şəhidlərinin xatirəsi yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətinə son qoyulmalı, işğal altındakı Azərbaycan torpaqları azad edilməli, qaçqın və məcburi köçkün azərbaycanlılar öz yurdlarına qayıtmaldırlar.
Bu fikirlər Ankaranın Köçiörən bələdiyyəsi tərəfindən “Can Azərbaycan! Bir millət, iki dövlətik. Azərbaycan türk ordusunun əsgərləriyik!” şüarı ilə təşkil olunan mitinqdə ifadə olunub.
Bu gün Əlahiddə Ümumqoşun Ordunun dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşən bölmələrində xidmət edən hərbi qulluqçularımızın Vətən sevgisi hər birimizi daha da qürurlandırır. Çətin dağlıq şəraitdə xidmət edən dağ vüqarlı ərənlərin təəssüratlarını öyrənmək məqsədi ilə yol aldıq qartallar məkanı olan uca zirvələrə doğru. Yolboyu qartalların uçuşunun, kəkliklərin ətrafda qaçışının şahidi olduq, dağ qoyunu və dağ keçisi sürülərini gördük. Həmin istiqamətdə gecələr ova çıxdıqlarına görə gözümüzə dəyməyən, lakin mövcud olan oxlu kirpi, Qafqaz bəbiri, çöl pişiyi, vaşaq, canavar və sair kimi nadir tapılan növlər də var. Bu da Vətənimizin hər qarışı kimi flora və faunasının da qorunduğunu göstərir.
Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 22 iyul tarixli sərəncamları ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi və onların arasında Naxçıvan Muxtar Respublikası media təmsilçilərinin də olması dövlətimizin mətbuat sahəsinə göstərdiyi qayğının bariz nümunəsidir. Prezidentin sərəncamı ilə qəzetimizin əməkdaşlarından baş redaktorun müavini Mətanət Məmmədovanın “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” fəxri adı, məsul katibin müavini Məhəbbət Mirzəyevanın isə “Tərəqqi” medalı ilə təltif edilməsi kollektivimizə ikiqat bayram sevinci yaşatdı.Yüksək ada layiq görülən həmkarlarımızın bir neçəsi ilə həmsöhbət olduq.
Rauf Əliyev – Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri, “Tərəqqi” medalı ilə təltif edilən jurnalist:
– Əvvəlcə onu qeyd etmək istərdim ki, ölkə Prezidentinin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 1 iyul tarixli Sərəncamı ilə “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi mətbu irsimizə verilən ən böyük dəyər olmaqla yanaşı, həm də inkişaf mərhələsinin əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli mətbuatımızın yubileylərinin qeyd edilməsi ilə bağlı ənənəyə söykənir. Həmin ənənənin uğurla davam etdirilməsi hər bir jurnalisti qəlbən sevindirir. Bu çərçivədə mətbuatın inkişafında xidmətləri olan jurnalistlərin fəxri adlarla, medallarla təltif edilməsi, media nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində addımların atılması, mətbuata əlavə maliyyə yardımının ayrılması dövlətimizin mətbuata, jurnalist əməyinə verdiyi çox yüksək qiymətin parlaq nümunəsidir.
Mən də çox sevinirəm ki, mətbuat sahəsində fəaliyyətim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, göstərilən diqqət və qayğıdan kənarda qalmamışam. Sevinirəm ki, bu qayğını canım qədər sevdiyim doğma Naxçıvanda fəaliyyət göstərdiyim illərdə daha aydın şəkildə hiss etmişəm. 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun böyük diqqət və qayğısı nəticəsində Naxçıvan şəhərində üçotaqlı mənzillə təmin olunduğum günü indi də yaxşı xatırlayıram. Həmin vaxt sevincimin həddi-hüdudu yox idi. Onu da deyim ki, məndən əvvəl də, sonra da muxtar respublikada çalışan çoxsaylı jurnalist həmkarlarım bu sevinci yaşayıblar. Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında” 2020-ci il 22 iyul tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmağım mənə böyük sevinc bəxş etdi. Bir daha əmin oldum ki, çəkilən zəhmət həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Mənim və digər dəyərli, layiqli həmkarlarımın fəxri adlarla, medallarla təltif edilməsi də bunun növbəti nümunəsidir. Buna görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm.
Abbas Seyid – “El həyatı” qəzetinin redaktor əvəzi, Azərbaycan Respublikasının Əməkdar jurnalisti:
– Taleyim elə gətirib ki, mətbuatdakı fəaliyyətim həm Sovetlər Birliyi vaxtına, həm səksəninci illərin sonu, 90-cı illərin əvvəllərindəki anarxiya dövrünə, həm də inkişaf, tərəqqi və firavanlıq illərinə təsadüf edib. Amma etiraf etmək vacibdir ki, son 25 il ərzində kütləvi informasiya vasitələrinə göstərilən diqqət və qayğını görmək həyatımın ən gözəl anları olub. Mətbuata, qələm sahiblərinə yaradılan hərtərəfli şərait, onların əməkhaqlarının bir neçə dəfə artırılması, ən əsası isə jurnalistlərə göstərilən qayğı yüksək dərəcədədir. Muxtar respublikanın bugünkü inkişafı hər bir jurnalist üçün ilham mənbəyidir. Bu mənbə həyatımızın bütün sahələrindədir. Biz jurnalistlərin üzərinə isə o düşür ki, qələmi əlinə alıb bu günün salnaməsini yaradaq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Mətbuat işçiləri dövrün salnaməsini yaradan və onu gələcəyə daşıyanlardır. Muxtar respublikada jurnalistlərin fəaliyyəti üçün yaradılan şərait qarşıya qoyulan vəzifələri yerinə yetirməyə imkan verir”. Qədim diyarımızda həyata keçirilən abadlıq və quruculuq işləri, tariximizə, mədəniyyətimizə, sadə əmək adamlarına göstərilən hərtərəfli diqqət və qayğı bu günün tarixini qələmə alan bizlər üçün ən dəyərli mövzulardır.
Layiq görüldüyüm yüksək ad məsuliyyətimi daha da artırıb. Bu mənə göstərilən ən böyük qayğıdır. Bunun üçün ölkə Prezidenti cənab İlham Əliyevə və Ali Məclisin Sədrinə dərin minnətdarlığımı bildirirəm. Mənə göstərilən etimada bundan sonrakı fəaliyyətimdə də əməli işimlə cavab vermək üçün daha səylə çalışacağam.
Elnarə Heydərova – Naxçıvan Dövlət Televiziyasının İctimai-siyasi məsələlər redaksiyasının redaktoru:
– “Nuhçıxan Naxçıvan”, “Ailə təsərrüfatları”, “Günün tələbi” və bir çox verilişin müəllifidir. O da Azərbaycan milli mətbuatının 145 illik yubileyi günündə “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” fəxri adına layiq görülüb. O, Ali Diplomatiya Kollecinin Beynəlxalq jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib:
– İlk əmək fəaliyyətinə 1997-ci ildə başlamışam. Bu iş mənim həyatımdır. Mən özümü bu peşəsiz təsəvvür edə bilmirəm. 19 il Xəbərlər redaksiyasında işləmişəm. 5 ildir ki, İctimai-siyasi məsələlər redaksiyasında fəaliyyətimi davam etdirirəm. Jurnalistlik peşəsini jurnalistlərimiz Adil Babayev, Afiq Haqverdiyev, Aydın Tarverdiyev, Nurəddin Babayev kimi peşəkarlardan mənimsəmişəm. Onlardan öyrəndiklərim hər addımbaşı köməyimə çatır. Bu gün Naxçıvanda biz media nümayəndələrinin işləməsi üçün hər cür şərait yaradılıb. Bu şəraitdən səmərəli istifadə edən fədakar jurnalistlərin əməyi həmişə dövlətimiz tərəfindən qiymətləndirilir. Onlardan biri ola bilmək isə hamımızın arzusudur. Bu gün bizə göstərilən qayğı bu sahədə çalışan gənc əməkdaşlara da əlavə stimul oldu. “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” fəxri adına layiq görülməyim məsuliyyətimi ikiqat artırdı. Elə bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan milli mətbuatının yaranmasının 145 illiyi münasibətilə keçirdiyi yaradıcılıq müsabiqəsində “Naxçıvan Muxtar Respublikasının müasir sosial-iqtisadi inkişafının, turizm potensialının, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin, tarixi-mədəni irsimizin və milli dəyərlərimizin təbliği” istiqaməti üzrə ikinci yerin qalibi olmuşdum ki, bu təltif sevincimin üstünə daha böyük sevinc gətirdi. Əmək fəaliyyətimə verilən yüksək qiymətə görə dövlətimizə minnətdarlığımı bildirirəm. Bundan sonra da bu və ya digər verilişləri hazırlayarkən ulu Naxçıvanımızın qədim tarixinin, folklorunun təbliğatçısına çevriləcək, təbiətini, torpağının zəhmətkeş, səmimi insanlarını, onların əməyini daha dolğun şəkildə tamaşaçıya çatdırmağa çalışacağam.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşı Elşən Məhərrəmov da Azərbaycan milli mətbuatının 145 illik yubileyi günündə “Tərəqqi” medalı ilə təltif olunub. Dövlət əhəmiyyətli tədbirlər üzrə peşəkar videomontaj operatoru, illərdir, saysız-hesabsız efir materiallarını zərgər dəqiqliyi ilə işləyib tamaşaçılara çatdıran bir televiziya işçisi kimi bu sevinci yaşayanlardandır:
– Naxçıvan televiziyasına 2005-ci ildə, burada montajçı işləyən bacım Gülşən Məhərrəmovanın tövsiyəsi ilə gəldim. Sonralar montaj işini öyrənməyimdə də ən böyük dəstəkçim elə o oldu. Amma o zaman televiziya maddi-texniki sarıdan kasad idi. Kameralar videokasetlərlə işləyirdi, elə montajlar da. Videokasetlə montaj çox ağır, üzücü bir iş, böyük vaxt itkisi demək idi. Ancaq indi maddi-texniki baza çox güclənib. Təkcə Xəbərlər redaksiyasının 4 montaj otağı və biri 10 min manat dəyərində olan HD montaj kompüterləri və qurğuları var. Əvvəllər gecə saat 2300-a qədər gördüyümüz işi artıq operativ olaraq 3-4 saata və fiziki yorğunluq çəkmədən başa çatdırırıq. İndi elə montaj proqramları da var ki, bir neçə işi eyni vaxtda görə bilirik. Lakin proqramlar, avadanlıqlar dəyişsə də, yaradıcılıq prinsipləri eynidir. 15 illik əmək fəaliyyətimin 3 ili televiziyanın digər redaksiyalarında verilişlərin montajına, 12 ili isə Xəbərlər redaksiyasında montaj işinə həsr olunub. 2014-cü ildən Xəbərlər redaksiyasında həm də rejissor işini aparıram.
Bu günün mətbuat işçiləri xoşbəxtdirlər. Ona görə ki, biz jurnalistlər Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi Naxçıvanın zəngin tarixi keçmişini, dosta qürur, düşmənə gözdağı olan bu gününü və möhkəm təməllər üzərində dayanan parlaq gələcəyini qələmə alanlarıq.
Ramiyyə ƏKBƏROVA
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən ordusunun iyulun 14-də ağır yaralanan əsgəri Artur Baqrati Muradyan iyulun 23-də Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hərbi Xəstəxanasında ölüb.
Hər bir xalqın milli-mənəvi dəyərlərinin, mütərəqqi dünyagörüşünün və milli şüur səviyyəsinin əsas göstəricilərindən biri də, onun mətbuatdır. Görkəmli maarifpərvər ziyalı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı da həqiqət carçısı, mütərəqqi ideyalar tərənnümçüsü olmaqla, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Milli mətbuatın yaranması milli şüurun təşəkkülünə, nadanlıq və cəhalətə qarşı mübarizənin güclənməsinə, milli mədəni tərəqqiyə, milli əqidəmizin təkamülünə təkan vermişdir. İlk milli mətbuat orqanımız özünün maarifləndirmə, müasirləşmə, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, hadisələrin obyektiv işıqlandırılması kimi başlıca prinsipləri ilə Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafının təməlini qoymuşdur. Bu gün ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda kütləvi informasiya vasitələrinin rahat və təhlükəsiz fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 347 yeni yoluxma faktı qeydə alınıb, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və onun ağır nəticələri qardaş Türkiyə ictimaiyyətində döyük hiddət doğurub.
Bu gün Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 27 il ötür. Bununla əlaqədar Ağdam rayonu ərazisindəki Şahbulaq qalasının və rayonun işğal altında olan ərazilərində Ermənistan tərəfindən yanğın törədilən sahələrin “Azersky” peykindən əldə olunmuş təsvirləri təqdim edilib.
Təsvirləri “Azərkosmos” ASC yayıb.
Despite the fact that it was the middle of summer, it was as if the autumn wind was blowing everywhere, and the endless fields had turned yellow, dried up and turned into treasures. It was as if the seeds that were thrown into the ground in the spring did not want to grow and sprout. The water of mountain springs had also decreased. The mountains of Aghdam, covered with thick forests, always fascinated people at this time of the year. That year, full of savagery, there was no trace of that beauty. Fire rained down on Aghdam. The ignorant people who took embers from our hearths and water from our springs had eyes in our hearths and in our springs. Labor, blacksmithing, coal mining for bread money … Armenians fell in love with owning a city. The treachery and hatred of our 70-year-old “brothers” had dried up the ice springs of the snow-capped mountains. Aghdam, the eye of Karabakh, embraced tens of thousands of Azerbaijanis expelled from Armenia and Nagorno-Karabakh in February 1988. Our beloved, beautiful Aghdam, which is always an eye-opener for the enemy with the patriotism and fighting spirit of its people! What did it know then that the greatest desire of the hated is to possess it …
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 47 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kompaniyası aparılmış və nəticədə, mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların himayədarları Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar. Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud şəkildə pozaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistan SSR-yə birləşdirilməsi haqqında Konstitusiyaya zidd daha bir qərar qəbul etdi.
Bu fikirləri açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.
Taleyin hökmü
Qədim Naxçıvan yüzillərboyu Azərbaycan dövlətçilik ənənələrinin yaşadıldığı dayaq mərkəzi, milli birliyin, həmrəyliyin dəyişməz ünvanı kimi tarixdə öz yerini alıb. 1990-1993-cü illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin xilaskarlıq missiyasını, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesini məhz Naxçıvandan başlaması da, bu mənada, taleyin hökmü idi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrünü belə xarakterizə edir: “Tale Ulu Öndəri bu regiona göndərməklə Naxçıvanı işğal olunmaq, əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən hifz etdi. Azərbaycanın bu qədim torpağını xilas edən Ulu Öndər özünə Naxçıvan boyda abidə ucaltdı. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı...”.
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 504 nəfər sağalıb, 391 yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 28 min 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 20 min 443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib. Aktiv xəstə sayı 7805 nəfərdir.
Ötən müddət ərzində 649 min 953 test aparılıb. Bugünkü test sayı isə 8221-dir.
Naxçıvan televiziyasının milli mətbuatın 145 illiyi münasibətilə hazırladığı "Naxçıvan mediası: dünən və bu gün" filmini təqdim edirik:
Azərbaycanın Xarkov şəhərindəki Fəxri konsulluğunun və diaspor fəallarının birgə təşkilatçılığı ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribata etiraz, Milli Ordumuza və dövlətimizə dəstək aksiyası keçirilib.
Fəxri konsulluğun binası önündə keçirilən izdihamlı aksiyada Azərbaycan diasporunun fəalları, türk, tatar və digər xalqların nümayəndələri, deputatlar və media təmsilçiləri iştirak ediblər. Mitinqdə “Qarabağ bizimdir, bizim olacaq!”, “Azərbaycan, biz səninləyik!”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Erməni təcavüzünə son qoyulsun!” şüarları səsləndirilib.
İspaniya Azərbaycanlılar Birliyinin təşəbbüsü ilə Ermənistanın Madriddəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib.
Ermənilər aksiyaya qatılan soydaşlarımızı təxribata sövq etsələr də, mübariz həmvətənlərimiz soyuqqanlılıqla onları susdura biliblər. İspaniya polisinin müdaxiləsi ilə ermənilər ərazidən uzaqlaşdırılıb.
22 iyul Azərbaycan Milli mətbuatı günü - Azərbaycan Milli mətbuatının yaradılmasının 145-ci ildönümüdür.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu münasibətilə təbrik videoçarxı hazırlayaraq sosial şəbəkə səhifələrində yerləşdirmişlər. Təbrik mətnində isə bildirilir: “1875-ci ilin məhz bu günü Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin ilk nömrəsi çapdan çıxmışdır. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.
Prezident İlham Əliyev bu il iyunun 30-da “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Prezident Administrasiyası tərəfindən sərəncamın icrasını təmin etmək məqsədilə təsdiq olunmuş Tədbirlər Planı əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərmarka” MMC milli mətbuatımızın 145 illiyi münasibətilə bu gündən etibarən poçt markası dövriyyəyə buraxır.
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 38 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex, Çinari, Çəmbərək rayonunun Cil kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli, Ağbulaq, Gədəbəy rayonunun Zamanlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə paylaşım edilib.
Paylaşımda deyilir: “Əsası “Əkinçi” ilə qoyulan, maarifçilik, müasirlik və müstəqillik ideyalarının daşıyıcısı olan Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynamışdır”.
Türkiyənin İğdır bölgəsində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə etiraz və milli ordumuza dəstək məqsədilə yürüş-mitinq təşkil olunub. “Səninləyik Azərbaycan!” şüarı ilə yola çıxan izdiham İğdırın mərkəzindən hərəkətə başlayaraq Türkiyə-Ermənistan sərhədinə doğru yürüş edib.
İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyindən verilən məlumata görə, təşkil olunan aksiyaya Türkiyənin hər yerindən əlliyə yaxın QHT və siyasi partiya, o cümlədən AKP, MHP, CHP, İYİ partiyanın yerli şöbələri, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası, Azərbaycan Evi Dərnəyi, İstanbuldakı Türkiyə Azərbaycan Dərnəyi, Türkiyə Azərbaycan Dərnəyi İğdır şöbəsi və digər ictimai təşkilatlar tərəfindən dəstək verilib.
Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin açıqlamasını uydurma və dezinformasiya adlandırdı.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, yeni bir hücum olmayıb. “Əksinə, dövlət sərhədindəki sahəmizdə sakitlik hökm sürür, itkilərimiz yoxdur. Lakin sərhədin o biri tərəfində erməni hərbçiləri arasında çaxnaşma müşahidə olunub. Bir müddət əvvəl Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərində atıcı silahlardan atəş səsləri eşitdik. Görünür, erməni hərbçiləri arasında növbəti atışma baş verib.
Bir daha qeyd etmək istəyirəm ki, heç bir yeni hücum həyata keçirilməyib, bizim tərəfimizdən itkilər olmayıb. Erməni tərəfinin məlumatı növbəti bir dezinformasiyadır”, deyə Vaqif Dərgahlı qeyd edib.
Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamı Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan milli mətbuatımızın keşməkeşli yoluna yenidən işıq tutmaqla həm də dövlətimizin mətbuat nümayəndələrinə qarşı sonsuz diqqət və qayğıkeşliyini bir daha göstərdi. Sərəncamda deyilir: “Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır”.
Qədim Naxçıvan yüzillərboyu Azərbaycan dövlətçilik ənənələrinin yaşadıldığı dayaq mərkəzi, milli birliyin, həmrəyliyin dəyişməz ünvanı kimi tarixdə öz yerini almışdır. 1990-1993-cü illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin xilaskarlıq missiyasını, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesini məhz Naxçıvandan başlaması da, bu mənada, taleyin hökmü idi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrünü belə xarakterizə edir: “Tale ulu öndəri bu regiona göndərməklə Naxçıvanı işğal olunmaq, əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən hifz etdi. Azərbaycanın bu qədim torpağını xilas edən ulu öndər özünə Naxçıvan boyda abidə ucaltdı. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı...”
Son zamanlar sosial şəbəkələrdə Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun guya vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması barədə yayılan xəbərlərlə bağlı Müdafiə Nazirliyindən rəsmi məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 50500-ə yaxın vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək haqqında könüllü olaraq öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.
Bu barədə Dövlət Xidmətindən bildirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti göstərdikləri yüksək vətənpərvərliyə görə vətəndaşlarımıza bir daha təşəkkürünü bildirir.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil gərgin olaraq qalır.
Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
XX yüzilliyin əvvəllərində tarixi Azərbaycan torpaqlarında öz qondarma dövlətini yaratmağa nail olan təcavüzkar ermənilər havadarlarının himayəsi ilə Azərbaycanın bir sıra torpaqlarını hissə-hissə mənimsəməklə qalmayıb torpaqlarımızın faizini də işğal etdilər. Təcavüzkar siyasətini davam etdirən qondarma Ermənistan dövləti isə son illər bütün cəbhələrdə, o cümlədən döyüş meydanında Azərbaycan qarşısında diz çökür.
Bu sözləri AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli deyib.
Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ilk peyvənd hazırdır.
Bu barədə Rusiya Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov “Arqumentı i faktı” nəşrinə müsahibəsində bildirib.
Hazırda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində vəziyyət ordumuzun tam nəzarəti altındadır.
Bunu iyulun 21-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.
Bu gün düşmənin iki pilotsuz uçuş aparatı məhv edilib. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, düşmənin pilotsuz uçup aparatları Ağdam rayonu və Tovuz rayonu istiqamətində mövqelərimiz üzərindən uçuş etməyə cəhd edib və hər iki aparat ordumuz tərəfindən məhv edilib.
Düşmən tərəfi döyüşlər zamanı hansısa tankımızın vurulması, “Qrad” yaylım atəş sistemindən istifadə olunması, qan çatışmazlığı kimi şayiələr yayırdılar.
Bunu iyulun 21-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.
İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətindəki, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin hər iki PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.
İyulun 12-də ermənilər daha bir çirkin, xain əməllərini həyata keçirmək məqsədilə Tovuz istiqamətində hücuma keçməyə cəhd göstərsə də Azərbaycan Ordusu bu cəhdin qarşısını qətiyyətlə alaraq düşmənə layiqli bir şəkildə cavab verdi. Hadisələrlə bağlı akademiyanın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev də öz münasibətini bildirdi.
Akademik söhbətinə Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun hərbi potensialının gücündən bəhs edən dərin məzmunlu çıxışından sitat gətirərək başladı. “Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər”. Azərbaycan xalqı heç vaxt torpaqlarını düşmən tapdağı altında olması ilə barışmayacaq. Prezident İlham Əliyevin rəhbərliyi altında müasir texnika ilə təchiz edilmiş qüdrətli Azərbaycan Ordusu istənilən vaxt torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Belə ki, Aprel döyüşləri və Günnüt əməliyyatı Ordumuzun gücünü göstərən qələbəmizdir.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 62 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Azərbaycan milli mətbuatının 145 illik yubileyinin dövlət səviyyəsində əlamətdar tarixi gün kimi qeyd olunduğu bir ərəfədə biz də jurnalistikanın şərəfli və məsuliyyətli bir sənət olduğunu bütün ciddiyyəti ilə dərk edən, öz peşəsinə ürəkdən bağlanan jurnalist həmkarlarımızla həmsöhbət olduq.
“Şərurun səsi” qəzetinin redaktoru Elman Məmmədov ömrünün 8-ci onilliyinə qədəm qoyub. 1969-1974-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.
– 50 ildir, qəzetdəyəm. Bu illəri üç mərhələyə bölmək olar. Birinci dövr sovet dönəmidir. O illərdə işləyə-işləyə ali təhsil almışam. Azərbaycanın milli mətbuat tarixində xüsusi yeri, dəstxəti olan onlarca jurnalistlə yolyoldaşı olmuşam, onlardan çox şey öyrənmişəm.
İkinci dövr 1988-1993-cü illərdə olan hərc-mərclik, mənəm-mənəmlik dövrüdür. Bu qarışıq illərdən də baş çıxara bildik, mənəvi borcumuzu və vəzifəmizi yerinə yetirməyə, reallıqları obyektiv şəkildə təqdim etməyə çalışdıq. Üçüncü dövr 1995-ci ildən sonrakı zaman kəsiyidir. Bu yolda muxtar respublika Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısını çox görmüşük, bu gün də həmin qayğıların əhatəsindəyik.
“Şərq qapısı” ilə bərabər, şəhər və rayon qəzetlərini də nəşr edən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin tamamilə yenidən qurulması, hər il daha müasir çap avadanlıqları ilə təmin edilməsi, qəzetlərin maddi-texniki təminatının yaxşılaşdırılması, jurnalistlərin əməyinin qiymətləndirilməsi, qəzetlərə ayrılan maliyyə yardımları dediklərimin əyani təsdiqidir. Ümumiyyətlə, bu gün muxtar respublikamız digər sahələrdə olduğu kimi, mətbuata göstərilən qayğıya, jurnalistikaya və jurnalist əməyinə, azad sözə, azad fikrə verilən yüksək dəyərə görə nümunə gücündədir. “Şərurun səsi” qəzetinin kollektivi də Ali Məclis Sədrinin tövsiyələrinə uyğun olaraq ictimai proseslərin önündə getmək, ictimai şüuru istiqamətləndirmək, tariximizi gələcəyə daşımaq ənənəsinə sadiq qalacaqdır.
Naxçıvanda açıq səma altında iki muzey var. Birində qədim tariximizin daş yaddaşına yazılmış nümunələr, digərində isə bu tarixə sahiblənmək istəyənlərlə mübarizənin gerçək şahidləri olan hərbi texnikalar sərgilənir. Daş yaddaşımızı məhdud bir çərçivəyə sığdırmaq nə qədər çətindirsə, mübarizə əzmimizi də müəyyən bir çərçivədə düşünmək mümkünsüzdür. Bəlkə də buna görədir ki, eksponatları açıq məkanda nümayiş etdirilən bu muzeyləri ziyarət etmək üçün müəyyən bir “qapıdan” keçməyə lüzum yoxdur.
2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələrə əsasən muxtar respublikada digər idman növləri kimi, şahmatın da inkişafı, uşaq və yeniyetmələr arasında kütləvi hal alması üçün mühüm tədbirlər həyata keçirilir.
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni işğalı altında qalan Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrimizin ermənilər tərəfindən vandalizmə uğradılması faktlarının indiyə qədər ictimaiyyətə məlum olmayan tərəflərini araşdırıb.
UNESCO-nun Azərbaycandakı nümayəndəliyi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə aparılan geniş araşdırma işinin məhsulu olan “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” kitabı dörd dildə - Azərbaycan, ingilis, rus və fransız dillərində hazırlanaraq nəşr edilib. Həmçinin “Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki tarix və memarlıq abidələrinin kataloqu” Azərbaycan, ingilis, fransız və rus dillərindən ibarət olmaqla toplu şəklində çap olunub.
Şəhidlər ölməz, Vətən bölünməz! Qəhrəman Azərbaycan əsgəri!, Can, can Azərbaycan! Səninləyik, can Azərbaycan! Azərbaycana ədalət! Azərbaycan, Türkiyə! Yaşasın Azərbaycan!
Ermənistan, işğalı və terroru dayandır! Ermənistan Qarabağdan çıx!
Bu şüarları Strasburqda Avropa Şurasının mənzil-qərargahı qarşısında toplaşan soydaşlarımız Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata etiraz olaraq keçirdikləri etiraz aksiyasında səsləndiriblər. Aksiyada Strasburqda təhsil alan tələbələrimiz, bu şəhərdəki Azərbaycan və Türkiyə diaspor təşkilatlarının üzvləri iştirak ediblər.
İyulun 20-də “Saat Meydanı” Turistik İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan milli mətbuatının yaranmasının 145 illiyi münasibətilə keçirdiyi yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olmuşdur.
Tədbirin aparıcıları Azərbaycan milli mətbuatının yaranmasından, Naxçıvan Muxtar Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına göstərilən diqqət və qayğıdan danışmışlar.
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 523 nəfər sağalıb, 369 yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə könüllü olaraq iştirak etmək istəyən vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) çoxsaylı müraciətləri davam edir.