25 Dekabr 2024, Çərşənbə

  

İyulun 20-də “Saat Meydanı” Turistik İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan milli mətbuatının yaranmasının 145 illiyi münasibətilə keçirdiyi yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olmuşdur.
Tədbirin aparıcıları Azərbaycan milli mətbuatının yaranmasından, Naxçıvan Muxtar Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına göstərilən diqqət və qayğıdan danışmışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Ülvi Hüseynli çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatı­nın 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamı, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamı ilə “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi mətbuata göstərilən diqqətin daha bir ifadəsidir.
Qeyd edilib ki, milli mətbuatımızın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dahi şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də mətbuatın inkişafına hərtərəfli qayğı göstərir. Muxtar respublikamızda kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün lazımi şərait vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə muxtar respublikada yaradılan şərait Naxçıvanda informasiya təhlükəsizliyini təmin etmiş, jurnalistlərin fəaliyyəti üçün geniş imkanlar açılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan milli mətbuatının yaranmasının 145 illiyi münasibətilə keçirdiyi yaradıcılıq müsabiqəsi yaradılan şəraitin nəticəsidir.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli, “Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, Televiziya və Radio Şurasının sədri Rauf Əliyev çıxış edərək Naxçıvan mətbuatının tarixi inkişaf yoluna nəzər salıb, müstəqillik illərində muxtar respublikada medianın inkişafına göstərilən dövlət qayğısından, informasiya blokadasının yarılması istiqamətində qazanılan uğurlardan danışıblar.
Vurğulanıb ki, muxtar respublikada aparılan məqsədyönlü siyasət nəticəsində kütləvi informasiya vasitələrinin infrastrukturu yenilənib, maddi­-texniki təchizatları yüksəldilib, elektron medianın inkişafı, Naxçıvanla bağlı informasiya təbliğatının müxtəlif xarici dillərdə təşkili, Jurnalistika ixtisası üzrə kadr hazırlığı istiqamətində nailiyyətlər əldə olunub. Çıxış edənlər göstərilən qayğıya görə Ali Məclis Sədrinə minnətdarlıq ediblər.
Sonra müsabiqənin qaliblərinin mükafatlandırılması mərhələsi başlamışdır.
Bildirilmişdir ki, müsabiqə “Naxçıvan Muxtar Respublikasının müasir sosial-iqtisadi inkişafının, turizm potensialının, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin, tarixi-mədəni irsimizin və milli dəyərlərimizin təbliği” və “Naxçıvan Muxtar Respublikasında informasiya təhlükəsizliyinin təmin olunması və mətbuatın inkişafı sahəsində görülən işlərin təşviq edilməsi” istiqamətləri üzrə keçirilib. Müsabiqəyə muxtar respublikanın kütləvi informasiya vasitələrində çalışan, eləcə də mətbuat xidmətlərinin, ümumilikdə, 48 əməkdaşı tərəfindən 15 teleradio materialı və 42 məqalə olmaqla, ümumilikdə, 57 material və 1 kitab təqdim olunmuş, hər istiqamət üzrə 6 müəllif olmaqla, 12 qalib seçilmişdir.
“Naxçıvan Muxtar Respublikasının müasir sosial-iqtisadi inkişafının, turizm potensialının, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin, tarixi-mədəni irsimizin və milli dəyərlərimizin təbliği” istiqaməti üzrə birinci yerin qalibi “Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova, ikinci yerin qalibləri “Şərqin səhəri” qəzetinin redaktoru Muxtar Rzazadə, Naxçıvan Dövlət Televiziyasının əməkdaşı Elnarə Heydərova, üçüncü yerin qalibləri Naxçıvan Dövlət Radiosunun redaktoru Türkanə Əmoyeva, “Arazın səsi” qəzetinin redaktoru Alim Ağayev, “Nuhçıxan” İnformasiya Agentliyinin redaktoru Anar Tağıyev, “Naxçıvan Muxtar Respublikasında informasiya təhlükəsizliyinin təmin olunması və mətbuatın inkişafı sahəsində görülən işlərin təşviq edilməsi” istiqaməti üzrə birinci yerin qalibi “Şərq qapısı” qəzetinin baş redaktor müavini Mətanət Məmmədova, ikinci yerin qalibləri Dövlət Miqrasiya Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Arif Bayramov, Naxçıvan Dövlət Tele­viziyasının baş redaktoru Müzəffər Əsgərov, üçüncü yerin qalibləri Naxçıvan Dövlət Televiziyasının baş redaktoru Məmməd Babayev, “Kanal 35” televiziyasının əməkdaşı Seymur Məmmədov, “Şərq qapısı” qəzetinin şöbə müdiri Ramiyə Əkbərova olmuşlar.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun diplomu və pul mükafatları təqdim olunmuşdur.
Qaliblərdən “Şərq qapısı” qəzetinin baş redaktor müavini Mətanət Məmmədova mətbuatımızın inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq etmişdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR