25 Dekabr 2024, Çərşənbə

Məlum olduğu kimi, son bir həftə ərzində Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı, eləcə də Ermənistan silahlı qüvvələrinin bu il iyulun 12-dən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən təxribat xarakterli qanunsuz hərəkətlər törədilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, həmin hadisələrlə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Amerika Birləşmiş Ştatlarının Baş prokuroru Vilyam Barr, Kaliforniya ştatının Baş prokuroru Xavier Beccerra, Fransa Respublikasının Paris şəhərinin Baş prokuroru Remi Heitz və Belçika Krallığının Brüssel şəhərinin Baş prokuroru Johan Delmulleye həm birbaşa, həm də diplomatik kanallarla rəsmi müraciət edib.

Müraciətlərdə qeyd olunub ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş təcavüzkar mövqeyi ilə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etməyərək münaqişənin sülh yolu ilə həll olunmasına süni əngəllər törədir, habelə terrorçu siyasətinin təzahürü kimi bu il iyulun 12-də Azərbaycan ilə Ermənistanın sərhədində yerləşən Tovuz rayonunda təxribat törədib, o cümlədən beynəlxalq hüququn əsas norma və prinsiplərinə zidd olaraq mülki dinc əhalinin sıx yaşadığı əraziləri atəşə tutub.

Eyni zamanda, göstərilib ki, iyulun 21-də və 22-də erməni icmasının çoxsaylı üzvləri, erməni lobbisinin radikalları, Daşnaksütun partiyasının üzvləri, habelə beynəlxalq aləmdə terror qrupu kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə, o cümlədən həmvətənlilərimizə qarşı müxtəlif vandalizm aktları törədiblər. Nəticədə azərbaycanlı dinc nümayişçilər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Baş prokuror diplomatik nümayəndələrimizin və soydaşlarımızın təhlükəsizliklərinin təmin olunmasını xahiş etməklə, baş vermiş hadisələrlə bağlı qeyd edilən ölkələrin hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli, tam və obyektiv araşdırmalar aparılacağına və təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb ediləcəklərinə ümidvar olduğunu bildirib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR