25 Dekabr 2024, Çərşənbə

İyulun 12-də ermənilər daha bir çirkin, xain əməllərini həyata keçirmək məqsədilə Tovuz istiqamətində hücuma keçməyə cəhd göstərsə də Azərbaycan Ordusu bu cəhdin qarşısını qətiyyətlə alaraq düşmənə layiqli bir şəkildə cavab verdi. Hadisələrlə bağlı akademiyanın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev də öz münasibətini bildirdi.

Akademik söhbətinə Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun hərbi potensialının gücündən bəhs edən dərin məzmunlu çıxışından sitat gətirərək başladı. “Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər”. Azərbaycan xalqı heç vaxt torpaqlarını düşmən tapdağı altında olması ilə barışmayacaq. Prezident İlham Əliyevin rəhbərliyi altında müasir texnika ilə təchiz edilmiş qüdrətli Azərbaycan Ordusu istənilən vaxt torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Belə ki, Aprel döyüşləri və Günnüt əməliyyatı Ordumuzun gücünü göstərən qələbəmizdir.

Müasir tariximizdə Azərbaycan dövlətinin özünütəsdiq faktına çevrilmiş Heydər Əliyev fenomeni respublikaya rəhbərliyi dövründə möhkəm təməllərə əsaslanaraq fundamental dövlətçilik ənənələri fоrmalaşdırdığını deyən akademik onu da vurğuladı ki, ulu öndər Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizi bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmış, gələcək inkişaf strategiyasını müəyyən etmişdir. Ölkəmizdə aparılan siyasi, iqtisadi islahatların tərkib hissəsi kimi hərbi potensialımızın möhkəmləndirilməsində də mühüm addımlar atmışdır.

İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin ideyaları əsasında ölkəni irəli aparıb sivil ölkələr səviyyəsinə çatdırmaq məqsədi daşıyan strateji inkişaf kursu cənab İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da böyük uğurla davam etdirildiyini dedi. Bölmə sədri söhbətinə davam edərək qeyd etdi ki, Prezident İlham Əliyev ona bəslənilən ümidləri doğrultmuş, işgüzarlığı, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz qazanıb. Ölkə başçısının həyata keçirdiyi siyasi kursun bir sıra aspektlərinə diqqət yetirsək dövlətçiliyin inkişafına, milli maraqların müdafiəsinə, xalqın sosial rifahının yaxşılaşmasına, iqtisadiyyatın inkişaf etdirilməsinə nə kimi töhfələr verdiyini aydın görmək olar. Ötən illərin uğurları əminliklə deməyə imkan verir ki, cənab İlham Əliyev xalqımızın ümidlərini tam doğrultmuş, ölkəmizin maraq və mənafelərinə cavab verən çevik, qətiyyətli qərarlar qəbul etmişdir. Böyük uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləmiş, yüksək intellekti, işgüzarlığı, təvazökarlığı, savadı, səmimiliyi, yenilikçi idarəçilik prinsipləri ilə cəmiyyətdə və beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilmiş cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra etməkdədir. “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”-prinsipini irəli sürmüş ölkə başçısı öz fəaliyyətində bunu yüksək səviyyədə yerinə yetirmiş və ciddi siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirmişdir.

Akademik İsmayıl Hacıyev bildirdi ki, ölkə Prezidentinin xarici siyasətdə əldə etdiyi uğurlar daxili siyasətlə həmahəng aparılır. “Prezidentin gördüyü işlər Azərbaycanı qüdrətləndirdi, gücləndirdi, öz mövqelərini möhkəmləndirdi. Dövlət büdcəsinin görünməmiş səviyyədə artması, ümumi daxili məhsulun artım tempi, işsizliyin və yoxsulluğun azaldılması, sahibkarlığa kömək, qeyri-neft sektorunun inkişafı, çadır şəhərciklərinin ləğv edilməsi, qaçqın və məcburi köçkünlər üçün yeni-yeni qəsəbələrin istifadəyə verilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq atılan addımlar, əldə olunan böyük uğurlar və digər həyata keçirilən işlər. Ölkəmizdə aparılan siyasi və islahatların tərkib hissəsi olan hərbi potensialımızın möhkəmləndirilməsi isə əsas prioritet kimi öndə dayanır”

Ermənistanda vəziyyət necədir? Daxili və xarici siyasətdə yaşanan çoxsaylı problemlər, iqtisadi böhran, pandemiya və baş nazir tərəfindən təhdid edilən əhali. Xalqını uçurumun kənarına gətirib çıxardan hökumət bu vəziyyətdə belə başqasının malına ziyan, canına qəsd planlarını qurmaqda davam edir. Elə bu günlərdə Nikol Paşinyan cahil hərəkəti ilə növbəti dəfə atəşkəs rejimini kobudcasına pozmaqla bunu bir daha əyani şəkildə təsdiq etmiş oldu. Gücünü bir daha nümayiş etdirən Azərbaycan Ordusu isə ermənilərin təxribatlarına layiqli cavab verərək düşməni ağır məğlubiyyətlərə uğradaraq yerinə oturtdurdu.

Akademik dedi ki, bu gün istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmən tərəfindən baş verən çirkin hadisələrdə xalqımız dövlətimizin, Prezidentimizin yanında olmaqla milli birlik və həmrəylik nümayiş etdirir. Hadisələrlə bağlı Ordumuzu dəstəkləyən insanlarımız torpaqlarımızın azadlığı uğrunda döyüşə getmək üçün müraciətlər edirlər.

Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin zəfər salnaməsi adlandırdığı Aprel döyüşləri, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu tərəfindən 11 min hektar ərazimizin azad edilməsi göstərdi ki, istənilən vaxt Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzü bərpa etmək qüdrətindədir. Bu gün adı güclü ordular sırasında çəkilən Azərbaycan Ordusunda iradəli, əzmli, cəsarətli, qəhrəman və gənc nəslə bir nümunə olan qeyrətli Vətən oğullarımız var. Vətənin, millətin keşiyini çəkən oğullarımızın arxasında da Azərbaycan xalqı dayanır.

İsmayıl Hacıyev söhbətinin sonunda vurğuladı ki, bizlər bir аn dа belə olsa unutmаmаlıyıq ki, düşmənlərimiz cilddən-cildə girən, məkrli yol tutan, fəaliyyətlərində uydurma və sахtkаrlıqlаrа əsaslanan bir “millətdir”.

Türkanə Bəylərli

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR