25 Dekabr 2024, Çərşənbə

“Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərin ikinci günündəcə Ermənistan müdafiə nazirliyinin hazırkı mətbuat katibini praktiki olaraq arxa planda qoyan sabiq mətbuat katibinin reinkarnasiyası, təxmin etdiyimiz kimi, çoxsaylı saxta məlumatlar və dezinformasiyalar yaratmaq məqsədini güdürdü ki, bu baxımdan İrəvanda sabiq mətbuat katibinə bərabər tutulacaq ikinci bir adam yoxdur. Erməni hərbçiləri pis döyüşdükləri qədər pis də saxtalıqlar yaradırlar”.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

“Bu günlər ərzində Ermənistan müdafiə nazirliyi onlarla saxta və dezinformasiya xarakterli məlumatlar hazırladı. Biz bu dezinformasiyanı operativ şəkildə təkzib edirik. Xüsusilə, bildiyiniz kimi, Ermənistan müdafiə nazirliyi, erməni ictimaiyyətini bir növ ilhamlandırmaq üçün, guya döyüş zamanı Azərbaycan Ordusunun 13 PUA-sını itirdiyi barədə saxta məlumatlar yaydı. Bəs olmayan bir şeyi necə sübut etmək olar? Axı, erməni cəmiyyəti də sübut tələb edir. Elə ona görə də Ermənistanın müdafiə nazirliyi guya Azərbaycanın vurulmuş PUA-larından birinin olduğu iddia edilən fotoşəkili sosial şəbəkədə yayımladı. Lakin erməni mif yaradıcılarını suyun üzünə çıxarmaq elə də çətin olmadı – fotodakı PUA-nın Azərbaycanın deyil, 2014-cü ildə Əfqanıstanda vurulan Amerikaya məxsus PUA olduğu tez bir zamanda sübut edildi. Diqqətçəkən məqamlardan biri də o oldu ki, hətta xarici jurnalistlər belə erməni uydurmalarını ifşa etməyə başladılar. Belə ki, Almaniyanın "Bild" nəşrinin hərbi analitiki Julian Repke, Ermənistan müdafiə nazirliyinin yaydığı guya Azərbaycana məxsus PUA-nın vurulduğunu əks etdirən videonun həqiqətə uyğun olmadığını qeyd edib. Çünki videoda görüntülənən ikimühərrikli kiçikhəcmli mülki sərnişin təyyarəsidir. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusunun bütün PUA-ları yerindədir və işləkdir. Azərbaycan Müdafiə Nazirliyi itkiləri gizlətmədən sərhəddəki vəziyyətlə bağlı bütün lazımi məlumatları operativ şəkildə verir”, - deyə MN rəsmisi vurğulayıb.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR