25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məhkəmənin Rəyasət Heyətinin iclasında 2020-ci ilin birinci yarısında muxtar respublika məhkəmələrinin fəaliyyəti müzakirə olunub.
Ali Məhkəməsinin sədri Qasım Əliyev çıxışında qeyd edib ki, Naхçıvan Muхtar Rеspublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında muхtar rеspublikamızda hüquq institutlarının təkmilləşdirilməsi və ədalət mühakiməsinin keyfiyyətinin daha da artırılması istiqamətində genişmiqyaslı işlər görülüb.

Qasım Əliyev 2020-ci ilin birinci yarısında muxtar respublikada ədalət mühakiməsinin həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, hüquqi maarifləndirilmə sahəsində görülmüş işlər haqqında məlumat verərək bildirib ki, Ali Məclis Sədrinin dəstəyi ilə Ali Məhkəmədə və muxtar respublikanın ixtisaslaşdırılmış, rayon (şəhər) məhkəmələrində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq edilməsi ilə bağlı görülən işlər başa çatdırılıb. “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində həyata keçirilən “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi üçün məhkəmələrə yeni kompüterlər verilib, bütün iş otaqlarında IP telefonlar quraşdırılaraq məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audiovideo yazıları aparan “AZ-Femida” sistemi tətbiq edilməyə başlanıb. Ümumilikdə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi üçün bütün zəruri infrastruktur yaradılaraq tətbiq olunmaqdadır.
Muxtar respublika məhkəmələri tərəfindən vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verən Ali Məhkəmənin sədri bildirib ki, əvvəlki illərdə olduğu kimi, bu ilin ilk yarımilində də hüquq institutlarının inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq olunması ilə bağlı bir sıra işlər həyata keçirilib, eləcə də qаnunvеriciliyə еdilən əlаvə və dəyişikliklər barədə müntəzəm olaraq muxtar respublikada yaşayan əhali аrаsındа hüquqi təbliğat və izahat işlərinin аpаrılması sahəsində bir sıra tədbirlər həyаtа kеçirilib.
Çıxışda vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması, məhkəmələrə müraciət imkanlarının genişləndirilməsi məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə görülən işlərdən də danışılıb.
Qasım Əliyev muxtar respublikanın rayon (şəhər) məhkəmələri tərəfindən baxılıb nəticə verilmiş mülki və digər işlər üzrə çıxarılmış qətnamə və qərardadlardan verilmiş apelyasiya şikayətlərinin nəticələrini təhlil edib.
İclasda Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri Hicran Muradov, Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmədov, Hərbi Məhkəmənin sədri Polad Həsənov, Kommersiya Məhkəməsinin sədri Elşən Salmanov və muxtar respublikanın şəhər və rayon məhkəmə sədrlərinin 2020-ci ilin birinci yarısında gördükləri işlərə dair məlumatları dinlənilib.

* * *

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan vəzifələrin müzakirəsi ilə bağlı keçirilən yığıncağı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova giriş sözü ilə açıb.
Bildirib ki, cari ilin ötən dövründə təsisat fəaliyyətini, əsasən, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq işlərin görülməsi, hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi və insan hüquqlarının müdafiəsi, aid dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində qurub. 2020-ci ilin birinci yarısında insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılıb. Belə ki, Müvəkkilə ünvanlanmış hər bir müraciət araşdırılıb, aid qurumlara sorğular göndərilib və şifahi qəbul zamanı ərizəçilərə hüquqi məsləhətlər verilib. Vətəndaşlar tərəfindən müxtəlif formada daxil olmuş müraciətlərə, həmçinin elektron müraciətlərə qanunla müəyyən edilən müddətlərdə baxılıb və daxil olan bütün müraciətlər vaxtında araşdırılıb.
Qeyd olunub ki, cari ilin birinci yarısında Müvəkkil hüquqi maarifləndirmə sahəsində fəaliyyətini, əsasən, müxtəlif sosial qruplara ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətlərində davam etdirib. Bu sahədə hüquqi maarifləndirmə işi diqqət mərkəzində saxlanılıb, ötən dövrdə təsisat tərəfindən müxtəlif sosial qruplara ünvanlanmış 17 tədbir təşkil edilib. Hesabat dövrü ərzində Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 20 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 31 başçəkmə həyata keçirilib, preventiv mexanizm və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə təşkil olunan maarifləndirmə tədbirlərində 484 nəfər iştirak edib.
Müvəkkilin rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yeniləndiyini, qanunvericilik bazasının zənginləşdirildiyini, həmçinin insan hüquqlarının müdafiəsində hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edən Ülkər Bayramova vurğulayıb ki, 2020-ci ilin birinci yarısında hüquqi maarifləndirmə işinin təşkilinə xüsusi önəm verilib, ümumilikdə, 43 informasiya materialı kütləvi informasiya vasitələrində işıqlandırılıb. Bununla yanaşı, cari ilin ötən dövründə Müvəkkilin fəaliyyəti, dövlət orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sahəsində həyata keçirilmiş tədbirlərlə bağlı Müvəkkilin rəsmi internet səhifəsində 73, habelə muxtar respublikamızın müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialının təbliği ilə bağlı 101, ümumilikdə isə 217 informasiya materialı kütləvi informasiya vasitələri və təsisatın rəsmi internet səhifəsində yerləşdirilib.
Sonra qarşıda duran vəzifələrdən danışılıb, məruzə ətrafında çıxışlar dinlənilib.

* * *

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan vəzifələr və 2020-ci ilin birinci yarısının yekunları ilə bağlı keçirilən iclasda agentliyin direktoru Samiq Sadıxov çıxış edib.

Bildirilib ki, muxtar respublikada bütün sahələrlə yanaşı, səhiyyə sisteminin də müasir tələblərə cavab verməsi istiqamətində mühüm işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək diqqət və qayğısı ilə ilk olaraq Sədərək, daha sonra isə Şərur, Kəngərli, Şahbuz, Ordubad və Babək rayonlarında icbari tibbi sığortanın mərhələli tətbiqi uğurla həyata keçirilib. Agentlik tərəfindən Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi məqsədilə ­hazırlanmış tədbirlər planı üzrə zəruri işlər görülüb. Ali Məclis Sədrinin müvafiq sərəncamlarına uyğun olaraq Naxçıvan şəhərində icbari tibbi sığortanın tətbiqinə başlanılıb, bir sıra rayon mərkəzi xəstəxanalarına, eyni zamanda Naxçıvan şəhərində fəaliyyət göstərən bir sıra səhiyyə müəssisələrinə publik hüquqi şəxs statusu verilərək tibb işçilərinin əməkhaqları əhəmiyyətli dərəcədə artırılıb. Həmçinin Ordubad Rayon Uşaq Xəstəxanası yaradılıb. 
Qeyd edilib ki, hesabat dövründə icbari tibbi sığortanın tətbiqində iştirak edən 17 tibb müəssisəsi ilə müqavilə bağlanılıb. Muxtar respublika qeydiyyatlı 460 min əhaliyə aid olan məlumatlar toplanılıb, həmin məlumatlar əsasında icbari tibbi sığortaya cəlb olunacaq əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazası yaradılıb, vahid elektron idarəetmə sistemi proqram təminatı üçün müvafiq işlərin həyata keçirilməsi davam etdirilir. 
Diqqətə çatdırılıb ki, ilin ilk yarısında 177 min 899 nəfərə 608 min 272 adda tibbi xidmət göstərilib. ­Sığortaolunanlara ilk yarımildə 103 min 103 adda ilkin səhiyyə xidməti göstərilib ki, bunların 83 min 916-sı rayon mərkəzi xəstəxanaları, 19 min 187-si isə Naxçıvan şəhəri üzrə həyata keçirilib. Sığortaolunanlara göstərilən tibbi xidmətlərin içərisində ən çox tələb olunan xidmətlərdən biri də laboratoriya analizləridir ki, bu tibbi xidmətin ümumi sayı 159 min 490 addadır. İlin ilk yarısında 7048 sayda cərrahi əməliyyat, bununla yanaşı, sığortaolunanlara 23 min 603 USM, 3616 KT və 875 sayda MRT tibbi xidmətləri də göstərilib. Tibb müəssisələri icra edə bilmədikləri tibbi xidmətlərin icrasının digər tibb müəssisələrində həyata keçirilməsi üçün agentlik tərəfindən cari ilin birinci yarısında 3 nüsxədən ibarət 56 min 500 tibbi xidmətə göndəriş vərəqəsi ilə təmin olunub.
Sonda agentlik əməkdaşlarının çıxışları dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR