25 Dekabr 2024, Çərşənbə

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulmuş vəzifələr və 2020-ci ilin I yarımilində polis оrqаnlаrının cinаyətkаrlığа qarşı mübаrizə, ictimаi qаydаnın və ictimаi təhlükəsizliyin təmin edilməsi üzrə fəаliyyətinin nəticələrinə dair Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov geniş məruzə ilə çıxış edib.

Bildirilib ki, son illər Naxçıvan Muxtar Respublikasında bütün sahələr üzrə innovativ yeniliklərin tətbiq olunması, uğurlu sosial-iqtisadi layihələrin həyata keçirilməsi və mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində doğma yurdumuz sosial-iqtisadi inkişaf baxımından ölkəmizin regionları arasında liderlik mövqeyi qazanıb. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf startegiyasının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsi nəticəsində muxtar respublikada dayanıqlı xarakter almış ictimai-siyasi sabitlik daxili işlər orqanlarının da fəaliyyətinə əlverişli şərait yaradıb.       

Vurğulanıb ki, 2020-ci ilin əvvəllərindən başlayaraq dünyada pandemiya halı alan COVID-19 xəstəliyinin Naxçıvan Muxtar Respublikası ərazisində yayılmasının qarşısının alınması və təsirinin azaldılması istiqamətində Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən həyata keçirilən müdrik və düşünülmüş idarəetmə, muxtar respublika sakinləri arasında koronavirusa yoluxma hallarının minimum həddə qeydə alınması ilə nəticələnib. Daxili işlər orqanlarının pandemiya ilə əlaqədar həyata keçirilən təhlükəsizlik tədbirlərində fəal iştirakı muxtar respublika rəhbəri tərəfindən yüksək qiymətləndirilib və ötən dövr ərzində 982 nəfər polis əməkdaşı, o cümlədən Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının 223 nəfər şəxsi heyəti birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb.               

Muxtar respublikada daxili işlər orqanları tərəfindən ictimai qayda və təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasının nəticəsidir ki, 2019-cu ilin I yarısı ilə müqayisədə qeydə alınan cinayətlərin sayı 2 vahid azalıb, ağır və xüsusilə ağır cinayət qeydə alınmayıb.

Hesabat dövrü qanunsuz saxlanılan silahların yığılması istiqamətində ardıcıl həyata keçirilən profilaktik maarifləndirmə tədbirləri nəticəsində vətəndaşlardan 117 ədəd müxtəlif növ silah və xeyli sayda döyüş sursatı təhvil götürülüb.

Diqqətə çatdırılıb ki, muxtar respublikada narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində 2020-ci ilin I yarımilində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı ötən illə müqayisədə 7 inzibati fakt artıq aşkar edilib.

2020-ci ilin birinci yarısında müstəntiqlərin icraatında olan, keçmiş illərdən qapalı qalmış cinayət işlərinin açılması sahəsində müsbət nəticələr əldə olunaraq 6 cinayət işinə xitam verilib.              

Yol infrastrukturunun inkişafı sahəsində muxtar respublika rəhbərliyinin həyata keçirdiyi tədbirlər, bütün yaşayış məntəqələrinə müasir standartlara cavab verən asfalt yol örtüyünün çəkilməsi, istismara yararsız nəqliyyat vasitələrinin çıxdaş edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi nəticəsində qəzaların sayında 2019-cu illə müqayisədə 16.7 azalma müşahidə olunub.

Vətəndaş məmnunluğunun təmin edilməsi çərçivəsində muxtar respublika rəhbərliyinin həyata keçirdiyi tədbirlərin bariz nümunəsi olaraq ölkəmizin digər bölgələrində yaşayan muxtar respublika sakinlərinin yeni nəsil şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi məqsədilə Bakı şəhərinə ezam olunmuş əməkdaşlar tərəfindən ötən dövr ərzində 3000 nəfərdən artıq şəxsə biometrik şəxsiyyət vəsiqəsi verilib.         

Hesabat dövrünün yekunu və hərtərəfli təhlili onu göstərir ki, Naxçıvan Muхtаr Respublikаsının dахili işlər оrqаnlаrı 2020-ci ilin I yarımilində də qаrşıdа durаn vəzifələrin icrаsına, ictimаi аsаyişin və təhlükəsizliyin etibаrlı qоrunmasına məsuliyyətlə yanaşmış, cinayətkarlığa qarşı mübarizə sahəsində qətiyyətli mövqe nümayiş etdirmişdir.

Nazir əminliyini bildirib ki, Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanları əmin edir ki, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin təmini sahəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən qarşıya qoyulan vəzifələr, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqlar bundan sonra da tam həcmdə yerinə yetiriləcək, sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması təmin edilərək Naxçıvanın cinayətsiz region statusu qorunacaq, əldə olunmuş nəticələr daha da inkişaf etdiriləcək.

Məruzə ətrafında Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftəliyev, Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov, Cinayət Axtarışı Şöbəsinin rəisi, polis polkovniki Qasım Həsənov çıxış etmişdir.

Daha sonra ərazi və nəqliyyatda polis orqanlarının rəisləri görülən işlərlə bağlı arayış veriblər.

Sonda Daxili işlər naziri tərəfindən polis orqanlarının qarşısına müvafiq tapşırıqlar qoyulub.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR