25 Dekabr 2024, Çərşənbə

Türkiyə Ermənistanın hərbi hücumlarını qınayır və mövcud münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasını dəstəkləyir.

Türkiyə Milli Müdafiə Nazirliyinin saytına istinadla xəbər veririk ki, bunu nazir Hulusi Akar Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu düşüncə mərkəzlərindən olan Türk Miras Təşkilatının onlayn qaydada keçirdiyi “Türkiyənin milli müdafiə strategiyası və bölgədəki son proseslər” mövzusunda panel iclasındakı çıxışında deyib. Nazir bildirib ki, ABŞ və beynəlxalq ictimaiyyət Ermənistanı hərbi hücumlardan çəkinməsi və mövcud münaqişənin həllində yeni forma qəbul etməsi üçün xəbərdarlıq etməlidir.

Hulusi Akar koronavirus pandemiyası, terrora qarşı mübarizə, S-400 raket əleyhinə sistemlərin tətbiqi, F-35 proqramının hüquqi tərəfləri, Türkiyənin xarici siyasətinə dair münasibətlər və s. mövzulardan da danışaraq vurğulayıb ki, ölkəsinin milli maraqlarla bağlı mövqeyi dəyişməzdir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR