Naxçıvan Muxtar Respublikası Prokurorluğunda keçirilən kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açaraq bildirib ki, Prоkurоrluq Аzərbаycаn Rеspublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” və digər qanunları, normativ-hüquqi aktları rəhbər tutaraq 2020-ci ilin birinci yarımilində ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak edib, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində fəallıq göstərib.
Diqqətə çatdırılıb ki, həyata keçirilmiş zəruri profilaktik tədbirlər nəticəsində yеtkinlik yaşına çatmayanlar və narkоmanlar tərəfindən cinayət hadisələri törədilməyib, həmçinin pеşə fəaliyyəti ilə əlaqədar jurnalistlərin təqib еdilməsi və оnlara təzyiqlər göstərilməsi ilə bağlı cinayət hadisəsi qеydə alınmayıb. Həmçinin həyata keçirilən tədbirlər nəticəsində ədalət mühakiməsində iştirak edən dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prokurorları tərəfindən cinаyət işlərinin mаtеriаllаrı hərtərəfli öyrənilib, məhkəmə bахışı zаmаnı qаldırılmış hər bir vəsаtətə əsаslаndırılmış rəylər vеrilib, cəzа təyini zаmаnı prinsipiаllıq göstərilərək hökmlər üzrə ittihаm tərəfinin tələb еtdiyi cəzаdаn kəskin fərqlənən cəzаlаrın təyin еdilməsi hаllаrınа yоl vеrilməyib. Bununla yanaşı, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili də daim diqqət mərkəzində saxlanılıb.
Vurğulanıb ki, prokurorluq orqanları ümummilli lidеr Hеydər Əliyеvin idеyalarına sadiq qalaraq оnun layiqli davamçıları – Azərbaycan Rеspublikasının Prеzidеnti cənab İlham Əliyеvin və Naxçıvan Muxtar Rеspublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbоvun tövsiyə və tapşırıqlarına müvafiq оlaraq bundan sоnra da fəal vətəndaşlıq mövqеyi nümayiş еtdirəcək, öz qüvvələrini səfərbərliyə almaqla digər hüquq-mühafizə оrqanları ilə qarşılıqlı əlaqədə dövlətçiliyimizin maraqlarını, ölkəmizdə bərqərar оlmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qоrunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının еtibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində bütün zəruri tədbirlərin görülməsini təmin еdəcək, ölkəmizin daha da qüdrətlənməsi yоlunda öz xidmətlərini göstərəcəkdir.
Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam edib.
* * *
Naxçıvan Dövlət Universitetində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn vəzifələrə və cari ilin birinci yarısının yekunlarına dair müşavirə keçirilib. Universitetin rektoru, dosent Elbrus İsayev çxışında qeyd edib ki, təhsil siyasəti bəhs olunan dövrdə də uğurla davam etdirilib, universitet kampusunda yenidənqurma və bərpa işləri aparılıb. Struktur dəyişikliklərinə əsasən Beynəlxalq münasibətlər və xarici dillər, Sosial idarəetmə və hüquq fakültələrinin bazasında 2 fakültə – Beynəlxalq münasibətlər və hüquq, Xarici dillər fakültələri, İqtisad fakültəsinin bazasında isə İqtisadiyyat və İdarəetmə fakültəsi yaradılıb. Universitetin maddi-texniki imkanları, müasir tədris üsulları nəzərə alınmaqla İqtisadiyyat və idarəetmə fakültəsinin bazasında universitetdə ilk dəfə tədrisi ingilis dilində olacaq İqtisadiyyat ixtisası açılıb. Universitetin rəsmi internet portalının yenidən qurulması prosesi yekunlaşmaq üzrədir.
Qeyd olunub ki, 2019-2020- ci tədris ilinin payız semestrində əyani şöbədə 1460, qiyabi şöbədə 160, əlavə ali təhsil üzrə isə 103 imtahan keçirilib. Universitet üzrə müvəffəqiyyət faizi 72,6 faiz, keyfiyyət faizi isə 38,7 faiz olub.
Rektor vurğulayıb ki, ali təhsil müəssəsələrində pandemiya ilə əlaqədar olaraq təlim-tərbiyə, tədris prosesində fasilə yarandığı dövrdən etibarən Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universiteti üçün “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia” layihəsi çərçivəsində yaradılan LMS Learning Management System – Öyrənmənin idarəolunması sisteminin verdiyi imkanlar hesabına universitetdə 15 mindən artıq onlayn dərs keçilib. Tədris ilinin ikinci yarısında professor-müəllim heyəti və tələbələrin elektron məlumat bazası yaradılıb, ilk dəfə olaraq tələbələrin elektron qiymətləndirilməsi həyata keçirilib.
Hesabat dövrü ərzində ali təhsil ocağının beynəlxalq əlaqələri sahəsindəki uğurlarından bəhs edən rektor diqqətə çatdırıb ki, Türkiyənin 11 universiteti ilə “Mövlana” proqramı çərçivəsində qarşılıqlı əməkdaşlıq müqavilələri yenilənib. Avropa İttifaqının “Erasmus+” proqramının “PETRA” layihəsi çərçivəsində universitetdə Təlim-Tədris Mərkəzi və Elektron laboratoriya istifadəyə verilib. Dünyanın 9 ölkəsindən 787 əcnəbi tələbənin təhsil aldığı universitet əcnəbi tələbələrin sayca üstünlüyü ilə seçilən ali təhsil ocağı imicini qoruyub. Xarici tələbələr pandemiya dövründə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək diqqət və qayğısı ilə əhatə olunub. 164 əcnəbi tələbəyə bir aylıq ərzaq yardımının təqdim olunması, Ramazan bayramı münasibətilə iftar payı verilməsi, maddi yardım almaq üçün elektron kartların təqdim edilməsi onlara maddi və mənəvi dəstəyin bariz ifadəsidir.
Çıxışda kafedra müdiri Məftun Əliyevin AMEA-nın İdaretmə İnstitutunun əməkdaşları ilə birgə hazırladığı ixtiraya görə Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi tərəfindən aldığı patent universitetin elmi uğuru kimi qiymətləndirilib. Bildirilib ki, bu ilin altı ayı ərzində universitet əməkdaşlarının 1 dərsliyi, 4 dərs vəsaiti, 2 monoqrafiyası, 4 proqram və metodik göstərişi, 2 metodik vəsaiti, 31-i xaricdə olmaqla, 130 elmi məqaləsi çap olunub.
Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Clarivate Analytics” (Tomson Reuters) təşkilatı ilə birgə “Web of science” beynəlxalq elmi bazasının imkanları və effektiv istifadə qaydaları” mövzusunda muxtar respublikada ilk dəfə vebinar təlimin keçirilməsi müəllimlərin beynəlxalq jurnallara çıxışının təmin edilməsi üçün qiymətli mənbə rolunu oynayıb.
Rektor qeyd edib ki, universitetdə 109 ixtisas 36 təşkilata hamiliyə verilib, ali təhsil ocağında gənclərin layihələrini, ideyalarını dəstəkləmək üçün İnnovasiya mərkəzi yaradılıb və startap layihələrin sayı daha da artıb. Hazırda 10-dan çox layihə üzərində iş aparılır.
Çıxışda tədrislə yanaşı, belə təlim-tərbiyə prosesinin də onlayn şəkildə davam etdirildiyi müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Vurğulanıb ki, artıq universitet Elmi kitabxanası lib.ndu.edu.az saytı vasitəsilə 24 saat onlayn fəaliyyət göstərir.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində 2020-ci ilin birinci yarımili ərzində görülən işlərə dair kollegiya iclası keçirilib.
Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, hesabat dövründə nazirlikdə və tabe qurumlarda maarifləndirmə və profilaktika tədbirləri ön planda saxlanılıb, məhkəmə qərarlarının vaxtında icrasına diqqət yetirilib, bələdiyyələrin fəaliyyətinə nəzarət artırılıb, bələdiyyə orqanlarına zəruri metodik köməkliklər göstərilib. Nazirliyin aparatında və tabe qurumlarda icra və əmək intizamına riayət edilməsi diqqət mərkəzində saxlanılıb.
Hesabat dövrü icra və probasiya şöbə və bölmələrinin icraatına 1507 icra sənədi daxil olub, bunlardan 600 iş tam icra olunub, 816 iş icraya yönəlib, 43 iş geri qaytarılıb, 48 iş ərazi aidiyyəti üzrə göndərilib. Ötən illərdən icrası davam etdirilən 1245 iş tam icra olunub. Xüsusi fonda 28 min 428 manat pul ödənilib.
Qeyd edilib ki, dövlət notariat ofisləri tərəfindən 5407 müxtəlif məzmunlu notariat əməliyyatları aparılıb, dövlət büdcəsinə 40 min 184 manat dövlət rüsumu ödənilib. Xüsusi notariuslar tərəfindən 20 min 549 əməliyyat aparılıb. Nikah evi və rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 4624 əməliyyat aparılıb və dövlət büdcəsinə 7800 manat dövlət rüsumu ödənilib. Muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən bələdiyyələrə metodik köməkliklər göstərilib. Bələdiyyələrdən nazirliyə daxil olmuş bələdiyyə aktlarının qanunauyğunluğu araşdırılaraq 1286-ya müsbət rəy verilib, 1 bələdiyyə aktının isə qanunvericiliyin tələblərinə uyğun qəbul edilmədiyi müəyyənləşib və ləğv edilməsi təmin olunub. Məhkəmə Ekspertizası Mərkəzinə müxtəlif ekspertiza sahələri üzrə daxil olan ekspertiza işi üzrə 67 rəy, 16 arayış verilib, 7 ekspertiza işi icra olunmadan geri qaytarılıb, 4 işin icraatı vəsatət verildiyindən dayandırılıb. Ədliyyə orqanlarına göstərilən dövlət qayğısı sayəsində ekspertiza mərkəzinə alınmış ən müasir avadanlıqların gətirilməsi təmin edilib. Penitensiar Xidmət qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində işləri davam etdirib, məhkum və həbs olunmuş şəxslərin hüquqları qorunub, təhlükəsizlik tədbirləri gücləndirilib.
Sonda məruzə ətrafında çıxışlar dinlənilib.
Xəbərlər şöbəsi