25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin payız-qış mövsümünə hazırlığın vəziyyətinə həsr olunmuş müşavirəsini nazir, baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq bildirib ki, 12 avqust 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə növbəti mövsümə hazırlıqla əlaqədar dövlət orqanlarına müvafiq tapşırıqlar verib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin də üzərinə mühüm vəzifə qoyulub.
Diqqətə çatdırılıb ki, payız-qış mövsümündə cəzaçəkmə müəssisələrinin fasiləsiz istiliklə təmin olunması, məhkumların isti geyim və ərzaqla təminatı diqqətdə saxlanılmalı, zəruri ehtiyat yaradılmalıdır. Belə ki, hər il olduğu kimi payız mövsümündə nazirliyin sisteminə daxil olan inzibati binalardakı qazanxanalar və kombi sistemləri nəzarətdən keçirilir, su xətləri, nasoslar, digər texniki vasitələrin işlək vəziyyətdə olması yoxlanılır. Hazırda nazirliyin balansına daxil olan inzibati binaların qızdırılması üçün məhkəmələr üzrə 8, tabe qurum üzrə 7 qazanxana, 2 kombi sistemi quraşdırılıb istifadəyə verilmişdir.

Cəzaçəkmə müəssisələrinin bütün tələbatları nəzərə alınaraq, məhkumların geyim və ərzaqla təminatı sahəsində ehtiyac üzrə sifarişlər verilərək təyinatı istifadəsi diqqət mərkəzində saxlanılır. Həmçinin, şəxsi heyət qış mövsümünə uyğun geyim dəstləri ilə təmin olunmalı, onların vaxtında xidmət yerinə gediş-gəlişi üçün avtobus saz vəziyyətdə olmalıdır.
Vurğulanıb ki, məhkumların sağlamlığı da diqqətdə saxlanılır. Saxlanma məntəqəsinin tibb-sanitar hissəsində lazımi dərman preparatalarının alınması, məhkumların mütəmadi olaraq həkim müayinəsindən keçirilməsi, qış mövsümü xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan dərmanlarm sifariş verilməsi təmin edilir. Pandemiya ilə əlaqədar olaraq çəzaçəkmə müəssisələrinin giriş və çıxışlarına nəzarət gücləndirilib, kompleks dezinfeksiya tədbirləri davam etdirilir.
Sonda məruzə ətrafında çıxışlar olub.

 *   *   *

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən müşavirəni nazir Bəhruz Bayramov açıb.
Bildirilib ki, muxtar respublikada taxılçılıq, tərəvəzçilik, meyvəçilik, üzümçülük və digər sahələrin inkişafı sitimullaşdırılır. Əkin sahələri genişləndirilir eyni zamanda ailə-fermer təsərrüfatlarına yeni inovasiyaların tətbiqi, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi davam etdirilir.
Diqqətə çatdırılıb ki, 2020-2021-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar nazirlik tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Belə ki, 2021-ci ilin məhsulu üçün cari ilin payızında muxtar respublikada 36 min 879 hektar sahədə şum aparılaraq taxıl əkini keçirilməsi nəzərdə tutulur. Bu işlərin mütəşəkkil və optimal müddətdə həyata keçirilməsi üçün nazirliyin texniki nəzarət və aqroservis sektoru tərəfindən texnikalar saz vəziyyətə gətirilib. Hazırda muxtar respublikada 3526 (2411-i təzə) kənd təsərrüfatı texnikası mövcuddur ki, ondan 78-i aqrolizinq və rayon bazalarında, qalan 3448-i isə sahibkarların xüsusi mülkiyyətindədir.
Payızlıq taxıl əkini ilə əlaqədar şum və səpin aparmaq üçün 764 təkərli, 70 tırtıllı, 116 taxılsəpən, 397 kotan, 78 çizel və şırımaçan, 38 toxuçtəmizləyən, 300 lafet saz vəziyyətə gətirilib.Toxumçuluq kənd təsərrüfatının birkiçilik sahəsində vacib sahələrdən hesab edilir. Payızlıq taxıl əkininin aparılması üçün muxtar respublikaya 6000-6500 ton toxum tələb olunur. Tələb olunan toxum “Bərəkət Toxumçuluq” təsərrüfatında, “Araz” Elm İstehsalat Birliyinin Yardımçı Təcrübə təsərrüfatında və torpaq mülkiyyətçilərinin özlərində mövcuddur. Hazırda “Bərəkət Toxumçuluq” təsərrüfatında 320 ton, “Araz” Elm İstehsalat Birliyinin Yardımçı Təcrübə təsərrüfatında 170 ton yüksək keyfiyyətli reproduksiyalı buğda, arpa toxumları mövcuddur və toxum tədarükü davam etdirilir.
Toxumların satışı “Bərəkət Toxumçuluq” təsərrüfatının nəzdində fəaliyyət göstərən toxumların satışı mərkəzi tərəfindən həyata keçiriləcəkdir. Haliyədə təmizlənmiş toxumlar dərmanlanaraq kisələrə yığılır. Payızlıq taxıl sahələrində siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılması məqsədilə nazirlikdə “Sink-fosfid” preparatı vardır. Əvvəlki illərdə olduğu kimi bu il də ehtiyac yarandığı təqdirdə mübarizə tədbirlərinin aparılması nəzərdə tutulur.
Qeyd olunub ki, muxtar respublikada bir iyul 2020-ci il tarixə 126467 baş iribuynuzlu mal, 799878 baş xırda buynuzlu heyvan, bir yanvar 2020-ci il tarixə 1 miliyon 307 min baş quş və 98 min 400 arı ailəsi mövcuddur. Nazirliyin mütəxəsisləri tərəfindən heyvanların, quşların və arı ailələrinin qışlaması ilə əlaqədar yerlərdə səyyari müşavirələr keçirilir və bu işlər mövsüm ərzində davam etdiriləcəkdir.
Sonda Kənd Təsərrüfatı naziri payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müvafiq tapşırıqlar verib, məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR