Muxtar respublikada meyvə bağlarından və bostanlardan toplanan məhsulların hərbi hissələrə sovqat kimi verilməsi artıq ənənə halını alıb. Xalq-ordu birliyinə nümunə olaraq növbəti dəfə Babək rayonunun Nehrəm qəsəbəsindən olan sahibkarlar Çəmşid Həsənov və Əhməd Sadiqov tərəfindən 5 ton qarpız və 300 kiloqram badımcan hərbi hissəyə təhvil verilib.
Əsgərlərlə görüşdə təsərrüfatçılar bu gün Azərbaycan əsgəri ilə xalq arasında qırılmaz bağ olduğunu bildiriblər. Sahibkarlar qeyd ediblər ki, bundan sonra da mövsümdə yetişən meyvə və bostan məhsulları toplanan zaman əsgərlər üçün sovqat ayrılacaq.
Hərbi hissənin əsgəri İlkin Salmanov göstərilən diqqətə görə minnətdarlıq edib.
Sonda gətirilən sovqat hərbi hissəyə təhvil verilib.