25 Dekabr 2024, Çərşənbə

Blokadadan möhtəşəm tərəqqiyə doğru

Uzun illər blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafına göstərilən diqqət və qayğının əsası müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Naxçıvan Muxtar Respublikasında naxçıvanlılarla birgə çətin şəraitdə yaşayan ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə 1991-ci ilin sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi və gərgin fəaliyyəti sayəsində bölgəni ağır vəziyyətdən xilas etdi. Onun rəhbərliyi ilə həyata keçirilən tədbirlərin əsas istiqamətlərini siyasi sabitlik, iqtisadi potensiladan səmərəli istifadə, xarici ticarət və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi təşkil edirdi.
Blokadanın doğurduğu ilk və ən böyük təhlükə qismində ərzaq çatışmazlığı problemlərinin həlli və məşğulluğun səmərəli təşkili məqsədilə aqrar islahatlara ilk dəfə məhz həmin dövrdə başlanılmışdır. Ümumilikdə isə həmin illərdə Naxçıvanda təməli qoyulmuş çoxşaxəli islahatların sonrakı illərdə də diqqətdə saxlanılması, Heydər Əliyev ideyalarına dönmədən əməl olunması uğurlarımızı şərtləndirən başlıca amildir.

Ardını oxu...

Məğrur duruşu ilə dostuna fəxarət yaşadan, düşməninə meydan oxuyan əzəmətlik rəmzi Əlincəqalanın, zirvəsinə buludların sığal çəkdiyi Nuh yadigarı Haçadağın hər daşında, kərpicində tarixin izləri sezilən möhtəşəm Gülüstan türbəsinin ucaldığı, Nəiminin haqq səsinin cövlan etdiyi, Teymurləngin xülyasının sulara qərq olduğu qədim yurd yerimiz Culfa... Xanəgah Abidə Kompleksi, Darıdağ Arsenli Su Müalicəxanası, Karbon Qazı Zavodu ilə də şöhrət tapan bu bölgəmizə üz tutan qonaqların ilk olaraq son illər hüsnü quruculuq ərməğanları ilə bəzənən Culfa şəhəri diqqətini çəkir. Rayon mərkəzindən ucqar dağ kəndlərinədək hər qarışda inkişaf, tərəqqi naminə atılan addımların sədası duyulur. Simasına yaraşıq gətirən, həyətində həmişəyaşıl ağacların boy göstərdiyi təhsil, səhiyyə və mədəniyyət ocaqlarının bir-birindən gözoxşayan binaları rayonun müstəqillik illərində çəkilən quruculuq xəritəsinin kiçik çalarlarıdır... 

Yaxın keçmişə nəzər salanda görürük ki, son 25 ildə Culfada həyata keçirilən layihələr, görülən məqsədyönlü tədbirlər nəticəsində bütün sahələrin dinamik inkişafı təmin edilib, aparılan kompleks tikinti-quraşdırma, abadlıq və yenidənqurma işləri bölgənin simasını daha baxımlı, gözoxşayan formaya salmaqla bərabər, həm də insanların yaşayış səviyyəsini də xeyli yüksəldib. İndi rayonun istənilən yaşayış məntəqəsinə üz tutsan, həm yolboyu, həm də yetişəcəyin ünvanda bir-birindən fərqli dizayna malik müstəqillik bəhrələri ilə qarşılaşarsan. Bir vaxtlar susuzluqdan sapsarı saralan, kimsəsiz quru səhranı xatırladan çöllərdə son illər ərzində iməciliklər vasitəsilə şux, təravətli yaşıllıqlar salınıb, cadar-cadar olan əkin-biçin ərazilərinə yeni nəfəs gəlib, tikan basmış sahələrdə artıq dizdən yuxarı yamyaşıl zəmilər, lalələr, süsənlər boy göstərib. Ötən illər ərzində rayonun yaşayış məntəqələri muxtar respublikanın abad kəndləri sırasına qoşulub, məktəblər, uşaq bağçaları, idman obyektləri, səhiyyə və mədəniyyət ocaqları üçün ən yeni avadanlıqlarla təchiz olunmuş müasir binalar istifadəyə verilib. Sosial sahədə aparılan uğurlu siyasət nəticəsində insanların torpağa bağlılığı, yaşayıb-yaratmaq əzmi artıb. İlbəil daha böyük inkişaf mərhələsinə qədəm qoyan, 1 şəhər və 22 kənddən ibarət, 47 mindən artıq əhalisi olan Culfa rayonu 2020-ci ildə də uğurları ilə bölgə sakinlərinin yaddaşında xoş əhval-ruhiyyə dolu dərin təəssüratlar buraxmaqda davam edir.

Ardını oxu...

Sentyabrın 11-də Naxçıvan Şahmat Mərkəzində sertifikasiya imtahanlarında uğurlu nəticə əldə edən müəllimlərə sertifikatların təqdimatı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək demişdir ki, şahmatın inkişafı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən daim diqqətdə saxlanılır. Məhz bunun nəticəsidir ki, şəhər və rayonlarda şahmat məktəbləri tikilib istifadəyə verilmişdir. Son illər Şahmat Federasiyasının Təhsil Nazirliyi ilə birgə fəaliyyəti nəticəsində orta məktəblərdə şahmatın yüksək səviyyədə tədris olunmasına, yeni istedadlı gənc şahmatçıların üzə çıxarılmasına nail olunmuşdur. Pandemiya dövründə federasiya nazirliklə birlikdə davamlı olaraq onlayn dərslər keçmiş, şahmatçıların bilik və bacarıqları artırılmışdır. Həmçinin elektron şəkildə keçirilən dərslər federasiyanın “Youtube” kanalına yüklənmiş, CD formasında şahmatçılara və müəllimlərə verilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında tarixi abidələrin, türbələrin, məscid və ziyarətgahların bərpası daim diqqət mərkəzində saxlanılır, onlara ikinci həyat verilir. Babək rayonunun Cəhri qəsəbəsindəki tarixi “Heydərxanlı” məscidi də müasir layihə əsasında yenidən inşa olunur.

İbadət ocağı ikimərtəbəli olacaq. Birinci mərtəbə kişilər, ikinci mərtəbə isə qadınlar üçün nəzərdə tutulub. Məscidin minarəsi 19 metr olacaq və burada axund otağı da yaradılacaq.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 171 nəfər müalicə olunaraq sağalıb, 163 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 38 min 37 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 440 nəfər müalicə olunaraq sağalıb, 557 nəfər vəfat edib. Aktiv xəstə sayı 2040 nəfərdir.

Ötən müddət ərzində 995 min 376 test aparılıb. Bugünkü test sayı isə 7108-dır.

 

 

 

Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Özbəkistan Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri  Bəhram Əşrəfxanovla görüşüb. Görüşdə iki qardaş ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə iqtisadi-mədəni əlaqələr, qarşıda duran fəaliyyət istiqamətləri, rəsmi səfərlər və digər maraqlı məsələlər ətrafında müzakirələr aparılıb.

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti Türkiyəyə ilk rəsmi səfər çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında olub.

Ümummilli Liderin parkda ucaldılmış heykəli önünə əklil qoyulub.

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar tətbiq olunmuş xüsusi karantin rejiminin 2020-ci il avqustun 5-dən mərhələli şəkildə, ayrı-ayrı sahələr üzrə yumşaldılması məqsədilə tədbirlər davam etdirilir.

Operativ Qərargahdan verilən məlumata görə, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 14-ü saat 06:00-dan Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilir.

Ardını oxu...

Bu gündən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) həmvətənlərimizin ölkəyə qaytarılması üçün Moskva-Bakı marşrutu üzrə aviabilet əldə olunduğu zaman onlayn növbə sisteminin tətbiqinə başlayır.

AZAL-dan verilən məlumata görə, pandemiya dövründə reyslərə olan yüksək tələbatı, reyslərin məhdud sayda olmasını və qeyri-müntəzəmliyini nəzərə alaraq, qeyd olunan istiqamətdə bilet satışı növbəlik qaydasında həyata keçiriləcəkdir.

Ardını oxu...

BİZİM GÜCÜMÜZ BİRLİĞİMİZDEDİR. Nahçıvan'da geçirilen Azerbaycan -Türkiye ortak askeri tatbikatları bunu bir daha bir kez daha doğruladı

Nahçıvan'da geçirilen Azerbaycan -Türkiye ortak askeri tatbikatları bunu  bir daha bir kez daha doğruladı

Son dönemde Azerbaycan Cumhuriyeti ile Türkiye Cumhuriyeti arasında kurulan karşılıklı ve hızla ilerleyen  ilişkilerin önemli yönlerinden biri de askeri işbirliği alanında gerçeklenen tedbirlerdir. Her iki ülke Silahlı Kuvvetlerinin personel ve askeri teçhizatının katılımıyla geçtiğimiz ay ve 5 Eylül'de düzenlenen askeri tatbikatlar sadece Türkiye ve Azerbaycan'da değil, diğer ülkelerde de yakından takip ediliyor.

Ardını oxu...

Qlobal pandemiya səbəbindən iqtisadi təlatümlərin yaşandığı müasir dünyada sosial-iqtisadi inkişaf tempini qoruyub saxlamaq, onu davam etdirmək çətin, bəzən mümkünsüzdür. Bu dövrdə hətta yüzilliklərlə müstəqillik tarixi olan inkişaf etmiş bəzi ölkələr də ciddi maliyyə böhranı ilə üz-üzə qalır, iqtisadi kataklizmlərdən özlərini sığortalaya bilmirlər. Sevindirici haldır ki, aparılan uğurlu siyasət, güclü potensial, mövcud imkanların vəhdəti müstəqil Azərbaycan Respublikasının bu vəziyyətdən az itkilərlə çıxmasına şərait yaradır. Ölkəmizdə, o cümlədən muxtar respublikamızda sosial layihələr ardıcıl olaraq həyata keçirilir, bütün sahələr üzrə quruculuq işləri davam etdirilir. Bu, gələn il müstəqilliyinin 30-cu ildönümünü qeyd edəcək Azərbaycanın qazandığı ən böyük nailiyyətlərindən biridir. Bu məqamda on ikinci əsrin görkəmli siyasətçisi Nizamül-mülkün dediyi sözlər yada düşür: “Xalqın iradəsi ilə rəhbərin dühası birləşdikdə ölkə möhkəmlənər, gündən-günə inkişaf edər”. Biz bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda bunun canlı şahidi oluruq.

Ardını oxu...

 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi erməni kəşfiyyatçısını tutduqlarına görə guya xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, həmin hərbçilərin guya erməni kəşfiyyatçısını tutduqlarına görə cəzalandırıldıqları haqda deyilənlər yalandır, uydurmadır və ordu rəhbərliyinə qarşı böhtandır: “Baş verənlərlə bağlı bunları bildiririk ki, bəzi hərbi qulluqçular Azərbaycan Ordusunda smartfon tipli telefonlardan istifadənin qadağan olunması barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozublar. Belə ki, həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumlarına göndəriblər, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar. Faktla bağlı aparılan ilkin araşdırmaların nəticəsi olaraq təqsirkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib.

 

 

 

 

 

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Füzuli rayonunun Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

 

 

 

İtaliya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Augusto Massarinin dəvətilə Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov  İtaliya səfirinin rezidensiyasında görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələr, rəsmi səfərlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 150 nəfər müalicə olunaraq sağalıb, 142 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 37 min 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 269 nəfər müalicə olunaraq sağalıb, 556 nəfər vəfat edib. Aktiv xəstə sayı 2049 nəfərdir.

Ötən müddət ərzində 988 min 268 test aparılıb. Bugünkü test sayı isə 7290-dır.

 

 

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 44 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

 

 

 

 

 

Ötən ayın ümumi mənzərəsi də bunu bir daha təsdiq edir


Ümummilli liderimiz Heydər Əliyevin həmişəyaşar müdrik siyasəti, Azərbaycan Prezidenti cənab İlham Əliyevin varislik prinsiplərinə əsaslanaraq ulu öndərin siyasi ideyalarını qətiyyətlə və yaradıcı şəkildə gerçəkləşdirməsi ölkəmizin inkişaf etmiş dünya dövlətləri sırasında bərqərar olması ilə nəticələnməkdədir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim diyarımızda blokada şəraitində möhtəşəm inkişaf strategiyasının həyata keçirilməsi, sosial-iqtisadi, elmi-mədəni tərəqqiyə nail olunması isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Heydər Əliyev ideyalarına sarsılmaz sədaqətinin bəhrələri, siyasi sadiqlik əzminin təntənəsidir. 

Ardını oxu...

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

Ardını oxu...

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməmiş 200 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər sentyabrın 9-dan 11-dək Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) müraciət etməlidirlər.

 

 

 

Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Çin Xalq Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri xanım Guo Minlə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə sıx iqtisadi əlaqələr, bir çox sahələr üzrə həyata keçiriləcək  real layihələr, rəsmi səfərlər və digər  istiqamətlərdə səmimi müzakirələr aparılıb.

 

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 2020-ci il 1 oktyabr tarixindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 2020-ci il 15 sentyabr tarixindən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.

Bu barədə Nazirlər Kabinetinin 330 №li Qərarı bu gün imzalanıb və rəsmi saytına yerləşdirilib.

Ardını oxu...

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,02 dollar ucuzlaşaraq 40,30 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

 

 

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 51 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Çinari kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam, Koxanəbi və Əsrik Cırdaxan, Gədəbəy rayonunun Qaravəlilər kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ardını oxu...

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri bunu bir daha təsdiq etdi

Son dövrlərdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında qarşılıqlı və yüksələn xətlə davam edən əlaqələrin mühüm istiqamətlərindən birini də hərbi əməkdaşlıq sahəsində həyata keçirilən tədbirlər təşkil edir. Həm ötən ay, həm də sentyabrın 5-də hər iki ölkənin Silahlı Qüvvələrinin şəxsi heyətinin və hərbi-texniki vasitələrinin iştirakı ilə keçirilən hərbi təlimlər təkcə Türkiyə və Azərbaycanda deyil, digər ölkələrdə də diqqətlə izlənilir. 

Xüsusilə ən son – Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ermənilərin pozucu və təxribat xarakterli hücumundan sonraya təsadüf edən bu təlimlər düşmən ölkədə narahatlıqla qarşılanır. Təbii ki, düşmən bu təxribatına görə öz payını artıqlaması ilə aldı və ordumuz bir daha sübut etdi ki, ölkəmizə qarşı uzanan istənilən çirkin əli kəsməyə hazır və qadirdir. Eyni zamanda düşmən bunu da anlamamış deyil ki, Azərbaycan müstəqil ölkədir və digər ölkələrlə əməkdaşlıq əlaqələrini də müstəqil olaraq öz mənafeyinə uyğun qurur. Cənubi Qafqazın regional güc mərkəzi sayılan Azərbaycan digər sahələrlə yanaşı, hərbi sahədə də böyük hədəflərə qarşı addım-addım irəliləyir və milli ordumuzun bu gün dünyanın ən güclü 50 ordusundan biri olması bu sahədə böyük yol keçməyimizdən xəbər verir. Eyni zamanda Azərbaycan öz ordusunun yüksək səviyyədə hazırlığını daim diqqət mərkəzində saxlayır və keçirilən təlimlər də buna xidmət edir. Digər tərəfdən hər iki ölkənin silahlı qüvvələri tərəfindən keçirilən təlimlərin Naxçıvanda təşkil olunması muxtar respublikanın hərbi təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir. Hamımıza məlumdur ki, Azərbaycan dövləti tərəfindən Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi daim prioritet məsələlərdəndir və son illərdə bununla bağlı çox mühüm addımlar atılıb. Belə ki, muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Silahlı Qüvvələrinin tərkibində, lakin müharibə şəraitində müstəqil koordinasiya səlahiyyətlərinə malik orduya – Əlahiddə Ümumqoşun Orduya həvalə olunub. Bu ordu yarandığı dövrdən indiyədək mühüm inkişaf mərhələləri keçərək müasir hərbi-texniki vasitələrlə təmin edilib, şəxsi heyətin peşəkar­lığı dəfələrlə artırılıb. Bütün bunlarla bərabər, istənilən ordunun döyüş hazırlığı təlimlərdən asılıdır. Çünki təlimlər nəzəri biliklərin praktik icrası baxımından sınaq meydanı sayılır. Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti bundan əvvəl də qardaş ölkənin hərbçiləri ilə birgə təlimlərdə iştirak edib. Lakin budəfəki təlimlər miqyasına və konsepsiyasına görə əvvəlkilərdən xeyli fərqlənir. Təsadüfi deyil ki, bu təlimlərə xarici mətbuatda da geniş yer verilib.

Ardını oxu...

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı dövlət orqanlarının da zamanın tələbləri ilə ayaqlaşmasını şərtləndirir. Belə ki, zamanla insanların informasiya almaq imkanları genişlənir. Əvvəllər televiziya, qəzet və jurnallar informasiya mənbəyi hesab olunurdusa, artıq insanların əksəriyyəti internet resurslarının imkanlarından yararlanmağa çalışırlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələr tərəfindən avqust ayında da tədbirlər onlayn şəkildə davam etdirilmişdir.
Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının və “Muğam studiyası”nın konsertləri, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının “Keçinin qisası” tamaşası onlayn təqdim olunmuş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə və Naxçıvan Dövlət Rəsm Qalereyasına onlayn ekskursiyalar təşkil edilmişdir. Tədbirlər Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmış, tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Ardını oxu...

Muxtar respublikamızda xalçaçılıq ənənəvi xalq yaradıcılığının ən qədim və geniş yayılmış növlərindən biridir. Tarixboyu Naxçıvan xalçaçılıq məktəbinin nümunələri özünəməxsus ornamentləri ilə fərqlənmişdir. Müxtəlif yazılı mənbələrin məlumat obyektinə çevrilmiş Naxçıvan xalçaları xalqın maddi-mədəni irsinin formalaşmasında mühüm rol oynamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Xalça toxumaq sənəti tarixən Azərbaycanda, o cümlədən Naxçıvanda aparıcı peşə sahələrindən biri olmuşdur. Təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, həyat və məişət şəraiti Naxçıvanda xalçaçılığı hələ uzaq keçmişlərdə sənətkarlığın mühüm sahələrindən birinə çevirmişdir. Bu ərazidə istehsal edilən iriölçülü, qalın toxunuşa malik xovlu və xovsuz xalçalardan məişətdə geniş istifadə edilmişdir. Arxeoloji qazıntılar zamanı əldə olunmuş ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları Naxçıvanın qədim toxuculuq mərkəzlərindən biri olduğunu təsdiq edir”. 

Muxtar respublikamızda xalqın yaradıcı təfəkkürünün məhsulu olan nümunələrin qorunması ilə bağlı tədbirlər davam etdirilir. Bu tədbirlərin bir hissəsini də xalçaçılıq sahəsində mövcud ənənələrin mühafizəsi və inkişaf etdirilməsi təşkil edir. Görülən işlərin sistemli şəkildə davam etdirilməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” xüsusi yer tutur. Proqramda nəzərdə tutulan tapşırıqların icrası cari ilin aprel-iyun aylarında da diqqətdə saxlanılmışdır. Belə ki, ikinci rübdə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xalq Yaradıcılığı Emalatxanasında 6 xalça toxunmuş, 3 xalçanın, həmçinin Cəlilkənd buzxanasında 1 xalçanın toxunuşu davam etdirilmişdir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təsis etdiyi “Axtarışlar” jurnalının növbəti sayı çap olunub. Topluda ədəbiyyatşünaslıq, folklor, dilçilik və sənətşünaslıq sahələrində müxtəlif səpkili mövzularda aparılan tədqiqatlar, elmi araşdırmalar yer alıb.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 128 nəfər müalicə olunaraq sağalıb, 139 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 37 min 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 34 min 965 nəfər müalicə olunaraq sağalıb, 552 nəfər vəfat edib. Aktiv xəstə sayı 2040 nəfərdir.

Ötən müddət ərzində 973 min 838 test aparılıb. Bugünkü test sayı isə 6798-dir.

 

 

 

Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakla görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, qarşıda duran fəaliyyət istiqamətləri, rəsmi səfərlər və digər məsələlər ətrafında müzakirələr aparılıb.

 

 

 

Dünən  Naxçıvan şəhərindəpandemiyaya qarşı növbəti profilaktik tədbirlər həyata keçirilib. Naxçıvan şəhərinin əsas küçə və yolları  Heydər Əliyev və Atatürk prospektləri, Əliabad qəsəbəsinin əsas yolları, Çənlibel, Xətai, Atabəylər, Əlincə və Babək məhəllələrinin, Əziz Əliyev, Azərbaycan, Pişəvəri, İstiqlal, Nizami, İdris Məmmədov, Cəlil Məmmədquluzadə, İslam Səfərli və Əliqulu Qəmküsar küçələrinin əsas yolları döngələri və səkilər, ali, orta ixtisas, ümumtəhsil müəssisələri iaşə obyektləri daxil olmaqla ümümulikdə, 2 mln 100 min m2 sahə dezinfeksiya olunub.

Dezinfeksiya tədbirlərinə 5 ədəd xüsusi qurğu quraşdırılmış yanğınsöndürmə avtomobili, Dövlət Baytarlıq Xidmətinin 2 xüsusi təyinatlı dezinfeksiya avtomobili və ümumilikdə, 39 nəfər şəxsi heyət cəlb edilib.

Dövlət Baytarlıq Xidmətinin xüsusi təyinatlı dezinfeksiya avtomobilləri və dezinfeksiya qrupları cəlb olunmaqla 33 ictimai yaşayış binasının girişləri, ətrafı və zirzəmisi 0,5 %-li formalin məhlulu ilə dezinfeksiya olunub.

Bu tədbirlər çərçivəsində Naxçıvan şəhəri ilə yanaşı muxtar respublikanın digər rayon və şəhərlərində də dezinfeksiya işləri intensiv olaraq davam etdirilir.

 

 

 

 

 

 

1951-ci ilin sentyabrında dünya əhalisi arasında sağlamlığa qayğı və onun qorunması barədə məlumatlılıq səviyyəsini artırmaq məqsədilə Kopenhagendə Beynəlxalq Fizioterapiya Konfederasiyası yaradılıb.

1996-cı ildə Dünya Fiziki Terapiya Konfederasiyası həmin günü Dünya Fizioterapiya Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib.

Fizioterapiya ağır xəstəliklərdən sonra orqanizmin bərpa prosesində mühüm rol oynayan, həmçinin müxtəlif xəstəliklərin kəskinləşməsindən qorunmağa kömək edən müalicə və profilaktika vasitəsidir. Ona görə də sağlamlıqla əlaqədar şikayət olmayanda da fizioterapevtə müraciət etmək mümkündür.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 57 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Novruzlu, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

 

 

 

Sentyabrın 7-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3936 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 967 min 40-a çatıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 2030 nəfərdir. Xəstələrdən 139 nəfəri reanimasiyadadır ki, onlardan da 12-si süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, sentyabrın 7-də Azərbaycanda koronavirus infeksiyasına 89 yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

 

 

 

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova Beynəlxalq Təbiətşünaslıq Akademiyasının Fəxri doktoru diplomunu alıb.

Ardını oxu...

Xalqın tarixi yaddaşının yaşadılmasının ən mühüm vasitəsi, şübhəsiz ki, arxiv sənədləridir. Həmçinin dövlət hakimiyyət orqanlarının, idarə və müəssisələrin informasiya təminatının ödənilməsində, elmi-tədqiqatlarda, müxtəlif monoqrafiya və dərsliklərin yazılmasında arxiv sənədlərindən geniş istifadə olunur. Ona görə də bu yazılı mənbələrin müvafiq qanunvericiliyə uyğun qorunub saxlanılması xüsusi önəm kəsb edən məsələdir.

Muxtar respublikamızda arxiv işinin sistemli şəkildə aparılması ilə bağlı bir çox tədbirlər həyata keçirilmişdir. Bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, maddi-texniki bazanın gücləndirilməsi və kadr hazırlığının artırılması isə həyata keçirilən tədbirlərin davamlılığını təmin edəcəkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 mart tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu sahəyə göstərilən xüsusi diqqətin mühüm təcəssümüdür. Proqramın məqsədi arxiv işi sahəsində həyata keçirilən islahatların davamlılığı, dövlət arxiv təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi, cəmiyyətdə arxiv işinin rolunun artırılması, arxiv fonduna aid sənədlərin toplanılması, sistemləşdirilməsi, dövlət mühafizəsinə daimi qəbulu, qeydiyyatı və onlardan səmərəli istifadəni təmin etməkdən ibarətdir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində bölmənin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” kitabının təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid tədbirdə çıxış edərək bildirib ki, monoqrafiya muxtariyyətimizin 1995-2019-cu illəri əhatə edən tarixi inkişaf mərhələsini və mühüm iqtisadi nəticələri özündə əks etdirən ilk sanballı tədqiqat əsəri, qədim diyarımızın tarixinin, ictimai və mədəni həyatının tədqiqatçıları, iqtisadçılar, ali təhsil müəssisələrinin pedaqoji heyəti üçün zəruri vəsait olmaqla, Naxçıvanşünaslıq elminə ən qiymətli töhfədir. Monoqrafiyanın “Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı” adlanan ilk fəslində məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik Dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvanın sosial-iqtisadi inkişafı baxımından ölkəmizdə liderliyini qoruması faktı təhlil edilir. Kitabda qeyd olunur ki, İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı kimi mühüm tarixi missiyaları yerinə yetirən Naxçıvanda iqtisadi və sosial sahələrin inkişafını təmin edən tədbirlər davam etdirilir, dinamik inkişaf qorunub saxlanılır.
Bildirilib ki, yeni nəşrdə bir sıra istehsal sahələrində məhsul istehsalının həcminin artması, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi, muxtar respublikanın iqtisadi dayaqlarını möhkəmləndirməsi faktına da toxunulub. Naxçıvanda iqtisadiyyatın əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabətqabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində mövcud layihələrin icrasından, həyata keçirilən stimullaşdırıcı tədbirlərdən də bəhs olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi gənclərin asudə vaxtının səmərəli təşkili, idmanın kütləviliyinə nail olunması, idman federasiyalarının işinin düzgün qurulması istiqamətində tədbirləri avqust ayında da davam etdirmişdir.
Ötən ay 12 avqust – Beynəlxalq Gənclər Günü ilə əlaqədar sağlamlıq imkanları məhdud şəxslər haqqında hazırlanan videoçarxlar nazirliyin sosial şəbəkələrdəki səhifələrində paylaşılmış, Uzunoba gölü və Ağbulaq kəndi ətrafında təmizlik aksiyaları təşkil olunmuş, gənclər arasında “Xəmsə” milli intellektual oyunu, X-XI sinif şagirdləri arasında “Naxçıvan abidələr diyarı” mövzusunda rəsm müsabiqəsi keçirilmiş, “Kim? Nə? Hara?” intellektual oyununun televiziya çəkilişi təşkil edilmiş, tədbirlərdə fəal iştirak edən bir qrup gənc mükafatlandırılmışdır.

Ardını oxu...


Azərbaycan Hava Yolları QSC (AZAL) Türkiyəyə səyahət edən sərnişinlərə müraciət edib.

AZAL-dan verilən məlumata görə, müraciətdə deyilir: "Türkiyə Respublikasına giriş qaydalarına əsasən Azərbaycan vətəndaşlarının (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən etibarən ən az 180 gün ərzində etibarlı olmalıdır.

Xüsusi reyslərimiz ilə İstanbul şəhərinə səyahət edərkən, pasportunuzun müddətini bir daha yoxlamağı tövsiyə edirik".

Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində koronavirusla əlaqədar müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)  bildiriblər ki, hazırda reanimasiya şöbələrində 130 nəfər müalicə alır. Xəstələrdən 11-i süni tənəffüs cihazına qoşulub.

Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 2076 nəfərdir.

 

 

 


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsinin final mərhələsini izləyib.

Final yarışlarında birinci divizionda Rusiya, Belarus və Çin komandaları ilə mübarizə aparan Azərbaycan tankçıları uğurlu çıxış edib.

Naxçıvan Qarnizonu Qoşunlarında xidmət keçən hərbi qulluqçuların və ailə üzvlərinin sağlamlıqlarının qorunması işi daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq hazırda tikinti işlərinin aparıldığı və MDB məkanında ən böyük hərbi xəstəxanalardan olacaq Naxçıvan Muxtar Respublikası Mərkəzi Hərbi Hospitalını misal göstərmək olar. Bir məqamı da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2018-ci il mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsində yeni hərbi xəstəxananın açılışında iştirak etməsi dövlət qayğısını hər zaman üzərlərində hiss edən hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradıb.

Ardını oxu...

Vətən... qüdrətinə sığındığım, qanımla, canımla uğrunda fəda olmağı gözə aldığım yurd yerim. Torpağına, daşına, isti qucağına sarılan, sarıldıqca doğmalaşan ana qədər əziz məskənim. Dünyaya yenicə göz açan körpə kimi saf, təmiz qəlbi ilə Azərbaycan adlı məmləkətdə böyüyən, böyüdükcə nəhəngləşən diyarım. Nəhəngləşdikcə şeirlərə, mahnılara, hekayələrə, dastanlara çevrilən iftixar mənbəyim. Gücüylə, qüdrətiylə coşqun duyğularıyla sərhədləri aşan cənnətməkanım. Gerçək sevgim, eşqinə, sevgisinə, keçmişinə, bu gününə sahib çıxan müqəddəs and yerim – Ana yurdum, Ana Vətənim. Hər zaman adının ucalığı ilə uzaq ellərdə dalğalanan, dalğalandıqca məğrur olan üçrəngli bayrağımın məbəd yeri – doğma Vətənim...

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 57 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

 

 

 

AMEA Naxçıvan Bölməsində görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsinin 29-cu ildönümü ilə bağlı “Naxçıvandan başlanan xilaskarlıq yolu” mövzusunda onlayn elmi konfrans keçirilib.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Veteranlar, ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər”. Bu gün qədim diyarımızda ulu öndərin hər bir arzusu, hər bir kəlamı rəhbər tutulur, görkəmli dövlət xadiminin siyasəti uğurla davam etdirilir. Ulu Naxçıvanımızda yaşadılan milli-mənəvi dəyərlərimizdən biri yaşlılara hörmət və ehtiramla yanaşmaq, onların qayğısına qalmaqdır. Qədim diyarımızda sakinlərin asudə vaxtlarının səmərəli təşkili, o cümlədən ağsaqqallara, təqaüdçülərə, veteranlara göstərilən qayğı, onların sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Bu tədbirlər çərçivəsində yeni parklar, istirahət guşələri yaradılır, yaşayış məntəqələrində mədəniyyət evləri və klublar üçün yeni binalar istifadəyə verilir. 

Ötən günlərdə Şərur şəhərində istifadəyə verilən Təqaüdçülər Klubu bu qəbildən olan vətəndaşların asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şəraitin daha bir əyani ifadəsidir. Biz də həmin ünvanda yaradılan şəraitlə yaxından tanış olmaq üçün oraya üz tutduq, elimizin ağsaqqalları ilə həmsöhbət olduq. Şərur şəhər sakini, ağsaqqal Elbrus Ələkbərovdan öyrəndik ki, binanın birinci mərtəbəsində iş otaqları, kitabxana, bufet və oyun zalı, ikinci mərtəbədə isə 2 dama və 2 şahmat zalı yerləşir. Klubun kitabxanasında 499 kitab vardır. Binanın həyətində abadlıq işlərinin aparılması və musiqili fəvvarənin quraşdırılması ağsaqqallarla bərabər, rayonun digər sakinlərini də sevindirib. Axşamüstü buranın həyəti uşaq, böyüklə dolu olur. Klubda gənclərin ağsaqqallarla görüşü təşkil edilir. Gənclərimiz bizə yaradılan şəraitlə tanış olur, məsləhətlər alırlar.

Ardını oxu...

Türk Turizm Akademikləri Dərnəyi (TUADER) tərəfindən Türkiyənin qabaqcıl universitetlərinin dəstəyi, dünya miqyasında tanınmış turizm alimləri ilə birlikdə təşkil olunmuş ”Daha yaxşı dünya üçün turizm” adlı beynəlxalq konfransın 2-5 sentyabr tarixlərdə onlayn olaraq keçirilməsi nəzərdə tutulub. Konfransın keçirilməsində məqsəd dünya ölkələrində turizmin inkişafının qiymətləndirilməsi, pandemiya dövründə turizm sektorunun dəyərləndirilməsi, turizm məhsullarının markalanmasına təsir edən faktorlar və digər qlobal problemlərin müzakirə olunmasıdır.

Ardını oxu...

Ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Naxçıvan Muxtar Respublikasında bu məsələ daim diqqətdə saxlanılır, dövlət orqanları da xalq-ordu birliyinin möhkəmlənməsinə töhfə verir. Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 58 adda müxtəlif malların müvafiq qurumlara təhvil verilməsi həyata keçirilib.
Bu məqsədlə 935 kiloqram yuyucu toz, 173 kiloqram təmizləyici vasitə, 207 təmizləyici sprey və tablet, 76 şampun, 45 duş jeli, 232 şüşə alma sirkəsi və keçibuynuzu bəkməzi, 144 kiloqram noxud ləpəsi, 55 kiloqram qida məhsulu, 50 kiloqram kərə yağı, 20 kiloqram düyü, 20 kiloqram şəkər tozu, 17 kiloqram duz, 16 kiloqram qənd, 391 közərmə lampası, 60 kiloqram boya, 42 avtomobil şini, 15 kiloqram parça, 13 qaz cihazı, 6 adda 14 ədəd digər mallar “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordusuna təhvil verilib.

Ardını oxu...


Sentyabrın 3-də Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ardını oxu...

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız final mərhələsinə yüksəlib.
Sentyabrın 5-də keçiriləcək final mərhələsində Azərbaycan tankçıları Rusiya, Çin və Belarus komandaları ilə yarışacaq.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR