26 Dekabr 2024, Cümə axşamı

Vətən... qüdrətinə sığındığım, qanımla, canımla uğrunda fəda olmağı gözə aldığım yurd yerim. Torpağına, daşına, isti qucağına sarılan, sarıldıqca doğmalaşan ana qədər əziz məskənim. Dünyaya yenicə göz açan körpə kimi saf, təmiz qəlbi ilə Azərbaycan adlı məmləkətdə böyüyən, böyüdükcə nəhəngləşən diyarım. Nəhəngləşdikcə şeirlərə, mahnılara, hekayələrə, dastanlara çevrilən iftixar mənbəyim. Gücüylə, qüdrətiylə coşqun duyğularıyla sərhədləri aşan cənnətməkanım. Gerçək sevgim, eşqinə, sevgisinə, keçmişinə, bu gününə sahib çıxan müqəddəs and yerim – Ana yurdum, Ana Vətənim. Hər zaman adının ucalığı ilə uzaq ellərdə dalğalanan, dalğalandıqca məğrur olan üçrəngli bayrağımın məbəd yeri – doğma Vətənim...

Əzəmətinə öyündüyüm, kölgəsinə sığındığım bu Vətən hardan başlayır? İlk aldığımız nəfəsdən... Sözümün yetdiyi, Vətən nidasının vurğulandığı, “Vətən” kəlməsinin duyulduğu, ayaq izlərimin toxunduğu cığırlardan başlayır. Ruhumun ucalıb pərvazlandığı yerdən, sonsuz Günəş şəfəqlərinin boylandığı yollardan başlayır Vətən. Səsimin titrədiyi, ünümün yetdiyi yerdən başlayır... Vətən sərhəddən başlayır. Tarixi yaddaşlarla silahlanan xalqdan başlayır Vətən. Harada ki, torpaq uğrunda canından keçən oğulların qəhrəmanlıq salnamələri dillərə dastan olub, Vətən elə oradan başlayır. Canı, qanı bahasına Vətənin hər daşına can qoyan oğulların qanı ilə sulanmış torpaqdan başlayır. Vətən qəhrəmanlıqlardan, şücaətlərdən başlayır. Vətən qələbələrdən, zəfərlərdən, reallıqlardan, mübarizə meydanlarından başlayır. Vətən səndən, məndən, elə bizdən ­başlayır...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR