26 Dekabr 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasında tarixi abidələrin, türbələrin, məscid və ziyarətgahların bərpası daim diqqət mərkəzində saxlanılır, onlara ikinci həyat verilir. Babək rayonunun Cəhri qəsəbəsindəki tarixi “Heydərxanlı” məscidi də müasir layihə əsasında yenidən inşa olunur.

İbadət ocağı ikimərtəbəli olacaq. Birinci mərtəbə kişilər, ikinci mərtəbə isə qadınlar üçün nəzərdə tutulub. Məscidin minarəsi 19 metr olacaq və burada axund otağı da yaradılacaq.

 Cəhri qəsəbəsində yerləşən və el arasında “Heydərxanlı” məscidi kimi tanınan ibadət ocağı Naxçıvanda orta əsrlərdə yaradılan məscidlərdən biridir. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvanın məscid və ziyarətgahları” kitabında “Heydərxanlı” məscidi barədə yazıb: “Heydərxanlı məhəlləsində yerləşən bu məscidin divarları kvadrat formalı çiy kərpicdən inşa olunub, fasadı bişmiş kərpiclə üzlənib. Məscid qoşamehrablıdır. Qeyd etmək lazımdır ki, Naxçıvan bölgəsində qoşamehrablı məscidlərə demək olar ki, nadir hallarda rast gəlinir. Xüsusi memarlığa, qədim tarixə malik olan məscid hazırda yarımuçuq vəziyyətdədir”.

Həmin nəşrdə müəllif yazır ki, XV əsrə aid olan ibadət ocağı sovet hakimiyyəti illərində bu tikilidən təsərrüfat məqsədilə anbar kimi istifadə olunub. Məqsəd ondan ibarət idi ki, xalqımız milli və dini dəyərlərimizdən uzaq düşsün. Beləliklə, “Heydərxanlı” məscidi həmin dövrdə baxımsızlıq ucbatından güclü aşınmaya məruz qalıb, divarları və dam örtüyü uçub dağılıb.

Qeyd edək ki, Cəhri qəsəbəsində 6 məscid və son dövrlərdə tikilən 2 mərasim evi var.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR