26 Dekabr 2024, Cümə axşamı

 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi erməni kəşfiyyatçısını tutduqlarına görə guya xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, həmin hərbçilərin guya erməni kəşfiyyatçısını tutduqlarına görə cəzalandırıldıqları haqda deyilənlər yalandır, uydurmadır və ordu rəhbərliyinə qarşı böhtandır: “Baş verənlərlə bağlı bunları bildiririk ki, bəzi hərbi qulluqçular Azərbaycan Ordusunda smartfon tipli telefonlardan istifadənin qadağan olunması barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozublar. Belə ki, həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumlarına göndəriblər, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar. Faktla bağlı aparılan ilkin araşdırmaların nəticəsi olaraq təqsirkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR