26 Dekabr 2024, Cümə axşamı

1951-ci ilin sentyabrında dünya əhalisi arasında sağlamlığa qayğı və onun qorunması barədə məlumatlılıq səviyyəsini artırmaq məqsədilə Kopenhagendə Beynəlxalq Fizioterapiya Konfederasiyası yaradılıb.

1996-cı ildə Dünya Fiziki Terapiya Konfederasiyası həmin günü Dünya Fizioterapiya Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib.

Fizioterapiya ağır xəstəliklərdən sonra orqanizmin bərpa prosesində mühüm rol oynayan, həmçinin müxtəlif xəstəliklərin kəskinləşməsindən qorunmağa kömək edən müalicə və profilaktika vasitəsidir. Ona görə də sağlamlıqla əlaqədar şikayət olmayanda da fizioterapevtə müraciət etmək mümkündür.

Fizioterapevtin əsas işi idman zamanı alınan və digər zədələrin sağaldılması ilə əlaqədardır. Lakin bu müalicə üsulu əməliyyat, bədbəxt hadisələr və qəzalardan sonra reabilitasiya dövrü, xroniki ağrılar, nevroloji və tənəffüs pozğunluqları kimi vəziyyətlərdə də yardım edir. Bundan əlavə, fizioterapiya üsulları ürək-damar, şəkərli diabet və insult kimi bir sıra xəstəliklər və piylənmənin profilaktikası kimi də tətbiq olunur.

Müasir dövrdə fizioterapiya tibbin əvəzolunmaz sahəsidir. Oturaq iş və daimi stresslər əzələləri gecə-gündüz gərgin vəziyyətdə saxlayır. Zaman keçdikcə narahatlıq hissi və kəskin ağrılar yaranır. Fizioterapevtlər qamət problemlərini həll etməyə, xəstəliklərin bəzi fəsadlarını aradan qaldırmağa, zədələnmiş əzələləri tədricən bərpa etməyə, baş və sümük ağrılarının qarşısını almağa yardım göstərir, gərginliyi azaltmağa və orqanizmi xoşagəlməz xəstəliklərdən qorumağa kömək edirlər.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR