26 Dekabr 2024, Cümə axşamı

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı dövlət orqanlarının da zamanın tələbləri ilə ayaqlaşmasını şərtləndirir. Belə ki, zamanla insanların informasiya almaq imkanları genişlənir. Əvvəllər televiziya, qəzet və jurnallar informasiya mənbəyi hesab olunurdusa, artıq insanların əksəriyyəti internet resurslarının imkanlarından yararlanmağa çalışırlar.

Ədliyyə sahəsində dövlət siyasətinin formalaşmasında iştirak edən və bu siyasətin həyata keçirilməsinin təminatçılarından olan Ədliyyə Nazirliyi hüquqi maarifləndirmə işində önəmli rola malikdir. Nazirliyin fəaliyyəti haqqında ictimai maraq kəsb edən məlumatları kütləvi informasiya vasitələrində yaymaqla vətəndaşların hüquq sahəsində maariflənməsinə geniş şərait yaradılır. İnsanların daha çox sosial şəbəkələrdən informasiya mənbəyi kimi istifadəsi nəzərə alınaraq ilin əvvəlində rəsmi “Instagram” səhifəsi, hazırda isə //www.facebook.com/ edliyye.nakhchivan.mr / rəsmi “Facebook” səhifəsi ictimaiyyətin istifadəsinə verilib. Belə ki, “Instagram”da olduğu kimi, “Facebook” səhifəsində də muxtar respublika ilə əlaqədar rəsmi xəbərlər, nazirliyin fəaliyyət istiqamətinə uyğun görülən işlər və hüquqi maarifləndirmə xarakterli paylaşımlar edilməsi nəzərdə tutulur. Qeyd edək ki, “Facebook” sosial şəbəkəsinə həm də nazirliyin rəsmi internet səhifəsi olan edliyye.nakhchivan.az saytından keçid təmin edilib. Sosial şəbəkə istifadəçiləri vaxt itkisinə yol vermədən ədliyyə orqanlarının fəaliyyəti ilə əlaqədar müraciətlər göndərə, nazirliyin fəaliyyət istiqamətləri üzrə görülən işlərlə yanaşı, hüquqi maarifləndirmə mövzularında məlumatlarla daha yaxından tanış ola bilərlər.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR