26 Dekabr 2024, Cümə axşamı

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalı altında olan Cəbrayıl şəhərini və ətraf kəndləri düşməndən azad etməsi Türkiyənin bütün kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Əvvəlcə Prezident İlham Əliyevin sosial şəbəkə paylaşımlarına istinad edən media orqanları sonrakı mərhələdə xəbəri dövlətimizin başçısının canlı yayımla Azərbaycan xalqına müraciəti əsasında yayıblar.

Ardını oxu...

Ermənistan Azərbaycanın mülki əhalisini və infrastrukturunu hədəf almaqda davam edir.

Atılan raketlər Mingəçevirdə enerji blokunun yaxınlığına düşüb, lakin partlamayıb.

Qeyd edək ki, Azərbaycanın sənaye şəhəri olan Mingəçevirə Ermənistan tərəfindən dörd ədəd "Toçka-U" ortamənzilli ballistik raket buraxılıb. İnfrastruktura ciddi ziyan dəyməyib, beş nəfər yaralanıb.

Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhəri ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələri endirilib.

Bu barədə  Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, atəşlər nəticəsində yaralananlar var.

Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı dövlət terroru davam edir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

"Bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın Mingəçevir sənaye şəhərinə qarşı raket hücumu təşkil edib. Mingəçevirdə su anbarı və əsas elektrik stansiyası mövcuddur. Çarəsizliyin barbar ifadəsi".

İndi biz göstərdik kim-kimdir, iti qovan kimi qovuruq onları!

Bu fikirləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində bildirib.

Dövlət başçısı bildirib:

Ardını oxu...

Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində danışıb.

Dövlətimizin başçısı deyib: “Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz – Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi”.

Ardını oxu...

Bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində səsləndirib.

Ardını oxu...

Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!

Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində bildirib.

Ardını oxu...

Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib.

Xəbərdarlıqda deyilir: "Uşaq, qadın, yaşlı demədən Xocalı qətliamını törədən Ermənistan, 30 il əvvəl olduğu kimi bu gün də bölgədə sülh və əmin-amanlığın qurulmasının qarşısını alır. Günahsız mülki insanları hədəf alan erməni terrorçuları ilə əməkdaşlıq edən PKK-YPG terrorçuları dərhal bölgəni tərk etməlidirlər".

Cəbrayıl istiqamətində düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası qənimət götürülüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ardını oxu...

Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.

Artıq həmin postda Azərbaycan Bayrağı dalğalanır!

Ardını oxu...

Tarixi min illərə söykənən qədim TÜRK YURDU. Hər qarışı qəhrəmanlıq, rəşadət, hünər meydanı. Bəşəriyyətin beşiyi, Gəmiqaya və Qobustanı ilə insanlığı yenidən var edən MÜQƏDDƏS TORPAQ! Qədim və şanlı dövlətçilik ənənələri, Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular, Şirvanşahlar, Səfəvilər kimi dövlətləri ilə tarixə səs salan qüdrətli AZƏRBAYCANIM!

Ardını oxu...

Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan ölkəmizin erməni vətəndaşlarına müraciət edərək bildirir ki, Azərbaycan Ordusu dinc əhalini, mülki obyektləri və infrastrukturu hədəfə almır.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Ardını oxu...

Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi "Twitter" səhifəsində paylaşım edilib.

Paylaşımda qeyd edilib:

"Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!"

Düşmənin zirehli texnikaları, atəş-dəstək və təminat vasitələri məhv edilib.

Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

Ardını oxu...

 (bir pərdəli pyes)

Hadisələr 2020-ci ildə Müstəqil Azərbaycanda cərəyan edir. 2016-cı ildə erməni işğalçılarından azad edilmiş Lələtəpə yüksəkliyi, 2018-ci ildə – 26 ildən sonra işğaldan azad olunmuş Günnüt kəndi 2020-ci il oktyabr ayının 3-də düşməndən azad edilən Suqovuşanın pişvazına çıxıb onu salamlayırlar.

LƏLƏTƏPƏ: – Xoş gördük, Suqovuşan! Azadlığın, azad adın mübarək!

GÜNNÜT: – Bilirsənmi, “İrəli!” deyə sənin xilas əmrini verən xalqın O böyük oğlu, lideri özü müjdələdi sənin azadolma xəbərini, sənin xilaskarlarına təşəkkür etdi!

LƏLƏTƏPƏ: – Bu sevinc, azadlıq hüsnünə ikiqat gözəllik gətirib!

SUQOVUŞAN: – Çox sağ olun, dostlar! Nəhayət, mən də anamız Azərbaycana qovuşdum! Məni gözəlləşdirən, hüsnümə yaraşıq verən köksümdəki doğma bayrağın al şəfəqidir!

LƏLƏTƏPƏ: – Bu əziz gündə köksümüzdəki torpaqdan sənə hədiyyə gətirmişik!

GÜNNÜT: Bu da əsl sahiblərimizin – azərbaycanlıların ulu babalarının yaşadığı ən qədim və əzəl Qaya Qızılqayadan! (Lələtəpə və Günnüt əllərindəki torpaqları Suqovuşana verirlər. Suqovuşan torpaqları ciyərdolusu iyləyir).

SUQOVUŞAN: – Ah, nə gözəl Vətən ətri gəlir! Şükür, qovuşdurana! Bilirsinizmi, bu günlərin həsrətilə necə alışıb yanırdım?

                     

LƏLƏTƏPƏ: – Bu həsrəti biz də az yaşamamışıq. Sən də otuz ilə yaxındır, azğın düşmən yuvasına çevrilib, öz övladlarına qənim kəsilənlərə yurd-yuva olmağa məhkum edilmişdin. Vaxtilə öz övladlarının qurub-yaratdığı su elektrik stansiyası düşmənə fayda verdikcə bilirik ki, yanıb-yaxılırdın. Axı qoynundakı qədim alban abidələri özü sənin tarixi Azərbaycan torpağı olduğunu sübut edir. Mənfur düşmənlər isə sənin gözəlliklərini turistlərə öz ata-babalarından qalmış miras kimi mədh edir, balıqartırma zavodu da tikməklə iqtisadi səmərəliliyindən bəhrələnirdilər. Aprel döyüşlərində igid oğullarımızın əsas xilas hədəfi olsan da, görünür, qismət bu günə imiş.

SUQOVUŞAN: İşğalçı dövlətin Qarabağdakı qəsbkarlıqla, azğınlıqla ad çıxaran əsas hərbi bazasının köksümdə yerləşib öz övladlarımın qatilinə çevrilməsinə dözə bilmirdim. Cocuq Mərcanlı abadlaşıb gözəlləşdikcə, Nuh yurdunun vətənpərvər, hünərvər oğlu Günnütü salamlayıb onun xilaskarlarını mükafatlandıranda, köksünüzdəki bayraqlar Bakıda – qələbə ruhlu paradda zəfər yürüşü edərkən ümidim, inamım artır, bu günün gələcəyini gözləyirdim.

GÜNNÜT: – İndi artıq sən də azadsan. İgid əsgərlərimizin şimal istiqamətində irəliləməsinə, əraziyə nəzarət etmələrinə yardımçı olacaqsan. Ər oğlu ərlərimiz köksündə Ağdərə üçün təminat yollarına – Murov-Kəlbəcər-Tərtər yoluna nəzarət etməklə düşmənlərimizin hərbi imkanlarını məhdudlaşdıracaq, planlarını alt-üst edəcək, onları tezliklə diz çökdürəcək. Tezliklə öz xeyir-duanla onları Ağdama, Kəlbəcərə doğru uğurlayacaqsan. Axı sənin adın o qəhrəman, o cəsur, Vətən aşiqi Mübarizlə də bağlıdır.

 

                       

SUQOVUŞAN: – Bilirsiniz, igid Mübarizimiz gecə ilə sinəmdə düşmən üstünə şığıyıb, onu al qanına qəltan edib qan qusdurduqca elə bilirdim, bir ordu vuruşur düşmənlə! Köksüm qabarırdı, dizlərinə taqət, qollarına qüvvət olmağa, bağrımda gizlədilən düşmən minalarından onu qorumağa çalışırdım. Beş saatın içində beş min il də keçsə, düşmənə unuda bilməyəcəyi dərs verdi, qan uddurdu onlara, tarix yazdı! Qoruya bilmədim onu, ilk laylasını qoynumda özüm çaldım, uyutdum! Murdar düşmən onun nəşinə belə, yaxın düşməyə cəsarət etmirdi! Kaş bu azad günümü öz gözləri ilə görə idi!

LƏLƏTƏPƏ: – Qəm yemə, bax bu gün onun da ruhu Vətən göylərindən bizi şadlıqla seyr edir!

GÜNNÜT: – Bu gün səni, məni xilas edənlər də elə MÜBARİZLƏRDİR!

 

     SUQOVUŞAN: – Bilirəm, Günnüt, köksündəki Oğuz qəbiristanlıqları yaşının üç minillikdən çox olduğunu söyləyir. Adın-sorağın “Günortac daşı” kimi “Kitabi-Dədə Qorqud” dastanlarından gəlir. Başın az bəlalar çəkməyib! 26 il düşmən tapdağında inləmisən! Qoynundakı ciyərparələrin – Çanaxçı, Çivə Amağu kəndləri vaxtilə zorla düşmənə bəxşiş edilib. Səninlə yanaşı, 11 min hektara yaxın ərazini də nəzarət altına alan qeyrətli övladların İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ayıq-sayıq nəzarət edə bilir. Öz sahiblərin köksündə min bir büsat qurub əmin-aman yaşaya bilir, sənə doğma əllər sığal çəkib əkib-becərir, bəhrəni görür. Arpaçay Su Dəryaçası da artıq etibarla qorunur.

GÜNNÜT: – Lələtəpə, qalibiyyətimiz səninlə başladı. Bu xalq məğlubedilməzliyini, qüdrətini, rəşadətini ilk səninlə göstərdi! Sənin də tarixin, etnoqrafiyan, dəyərin hər kəsə yaxşı bəllidir. 2016-cı ilin şanlı Aprel döyüşlərində 40 dəqiqə ərzində halal sahibinə qovuşdun. Üzərində ayıq-sayıq keşik çəkən öz övladlarımız bu gün Cocuq Mərcanlını da məğrurluqla qoruyur, Horadiz qəsəbəsini və Füzuli rayonunu atəş nəzarətində saxlaya bilir.

                                                               

 LƏLƏTƏPƏ: – Bəli, mənim də 1993-cü ildə bağrıma dəyən murdar düşmən tapdaqlarının, nəhayət ki, dörd ildir, rəddi-izi kəsilib. 2017-ci ilin fevral döyüşləri zamanı məni anam Azərbaycanın bağrından təkrar qoparmaq istəsələr də, igid, məğrur övladlarım buna yol vermədi. Bu oğullar bundan sonra da bizləri qoruyacaqlar! Onlar MÜBARİZ ruhlu, POLAD iradəlidirlər! İLHAM qətiyyətindən güc alanlardır!

Dostlar, zəfər zəfər ardınca gəlir! Doğru deyiblər ki, xalq nazilər, üzülməz! Nəhayət, onilliklər sonra da olsa, həqiqət gün üzünə çıxdı (əli ilə Günnütü göstərir), sular duruldu (Suqovuşana işarə edir), biz anamız Azərbaycana qovuşduq! Köksümüzdəki o bayraqları göz bəbəyimiz kimi qoruyaq! Onda bizim uğrumuzda şəhadət tapan ər oğullarımızın can əmanəti var!!!

GÜNNÜT: – Qoruyaq ki, bütün torpaqlarımız, doğma Qarabağımız da anamız Azərbaycana qovuşanda böyük qələbəni qeyd edəcək, bu bayraqlarımızla birgə zəfər yürüşü edəcəyik!
(Hər üçü qucaqlaşıb görüşür, əl-ələ verib xorla):

– Biz qalibik, biz Vətənik, biz Azərbaycanıq! – deyirlər.

Ətrafdan döyüş səsləri gəlir. Azərbaycan əsgərlərinin “Qələbə!”, “İlhamla irəli!”, “Qarabağ Azərbaycandır!”, “Biz birlikdə güclüyük!” səsləri yüksəlir...

 

Mehriban SULTAN

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

 

 

Ermənistan sülh və stabilliyin qarşısında ən böyük əngəldir

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Türkiyə XİN-dən bildirilib ki, Ermənilərin Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket zərbələri endirməsi, mülki vətəndaşları hədəf alması Ermənistanın qanunları tanımazlığının açıq bir nümunəsidir:

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin kollektivi muzey günləri çərçivəsində Xatirə muzeyində olublar.

Ardını oxu...

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanla bağlı yeni həmrəylik mesajı paylaşıb.

Nazirliyin rəsmi saytına istinadla xəbər veririk ki, bu dəfə Azərbaycan Ordusuna poetik misralarla dəstək verilib. Şeirin təqdim olunan bəndi belədir:

Ardını oxu...

“Şəhər və kəndlərin hədəf alınması Ermənistanın 30 ildən çox davam edən işğalçılıq siyasətinin tərkib hissəsidir”.

Bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Ardını oxu...

Ermənistan tərəfindən Gəncə ağır artilleriya atəşinə tutulub.

 Ermənistan tərəfindən atılan raketlər mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb.

Ardını oxu...


Erməni tərəfinin guya Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbər təxribat xarakteri daşıyır və yalandır.

Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, düşmən tərəfindən açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib.

"Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir".

Bunu Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

  

Azərbaycan Ordusunun əsgərləri Suqovuşanda (Madagiz) Azərbaycan bayrağını qaldırıblar.

Həmin görüntüləri təqdim edir.

Ardını oxu...

Bu gün bütün cəbhə boyu şiddətli döyüşlər davam edib. Cəbhənin müxtəlif istiqamətlərində yaşayış məntəqələrimiz düşmənin intensiv artilleriya və raket atəşinə məruz qalıb. Azərbaycan Ordusunun bölmələrinin qətiyyətli cavab tədbirləri nəticəsində yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətlərdə atəş mövqeləri susdurulub, düşmənə sarsıdıcı zərbə endirilib.

Müdafiə Nazirliyinə istinadən xəbər veririk ki, gün ərzində gedən şiddətli döyüşlər zamanı qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində Tərtər rayonunun Suqovuşan və Talış yaşayış məntəqələri, Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı, Cəbrayil rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad olunub.

Ardını oxu...

Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi "Twitter" səhifəsində paylaşım edilib.

Paylaşımda qeyd edilib:

"Bu gün Azərbaycan Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir".

İşğaldan azad edilmiş ərazilərimizdən videogörüntülər yayılıb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Həmin görüntüləri sizə təqdim edirik:

Ardını oxu...

Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi "Twitter" səhifəsində paylaşım edilib.

2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!

“Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi Tvitter səhifəsində yazıb.

Düşmən ağır itkilər verməyə davam edir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi yeni görüntülər yayıb.

Ardını oxu...

Döyüş əməliyyatları zamanı istər canlı qüvvə, istərsə də döyüş texnikası sarıdan xeyli sayda itki verən Ermənistan silahlı qüvvələri artıq 60-70 yaşlarında olan qocaları da döyüşə göndərir.

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, belə görünür ki, bu, qadınların ardınca döyüşə ahıl yaşında olan qocaları göndərən düşmənin son ehtiyat qüvvəsi olacaq.

Suriyada hərbi əməliyyatlarda iştirak edən silahlı birləşmələrin Türkiyədən Gürcüstan ərazisi vasitəsilə Azərbaycana keçməsi barədə məlumatlar yalandır və bölgədəki vəziyyəti daha da gərginləşdirməyə yönəlib.

Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili məlumat verib.

Ardını oxu...

Sentyabrın 27-də ağır döyüşlər başladığı ilk gündən cəbhə bölgəsində təbliğat-təşviqat işləri də əməliyyat şəraitinə uyğun təşkil edilərək həyata keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ordumuzun qazandığı uğurların, döyüşçülərimizin rəşadətinin geniş ictimaiyyət arasında təbliği, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə igidlik göstərən hərbi qulluqçularıın xalqa tanıdılması sistematik təşkil edilir və yerinə yetirilir.

Ardını oxu...

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları davam edir.

 Ordumuz düşmən döyüş mövqelərini ələ keçirib. Bu zaman düşmən hərbçiləri ağ bayraq qaldıraraq təslim olublar.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin hərbi texnikasına sarsıdıcı zərbələrin endirilməsini əks etdirən yeni görüntülər paylaşıb.

Nazirliyin mətbuat xidmətindən daxil olan videoda oktyabrın 3-də səhər döyüşləri zamanı bölmələrimiz tərəfindən düşmənin hərbi texnikasına sarsıdıcı zərbələrin endirilməsi əksini tapıb.

Ardını oxu...

Digər bir təxribat Azərbaycanın qədim Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil olunması idi. Heç bir digər qondarma “Dağlıq Qarabağ lideri” bunu etməmişdir. O, bunu nəyə görə etdi? Azərbaycanlıların hisslərini təhqir etmək üçün. Sonra onlar qondarma “Dağlıq Qarabağın parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar. Nə üçün? Azərbaycanlılara qarşı daha bir təhqir.

Bu fikirləri Prezidenti İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində Ermənistan rəhbərliyinin təxribatları barədə söhbətini davam etdirərkən səsləndirib.

Ardını oxu...

Azərbaycan Ordusu dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Şəxsi heyətin təchizatı, təminatı və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətlər bu gün də davam etdirilir.
Bildiririk ki, son günlər Azərbaycan Ordusunun ön xətt bölmələrinə müxtəlif növ yardımların edilməsi ilə bağlı xeyli sayda müraciət daxil olur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər.

 Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.

Fondun əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər. 

Bildiyiniz kimi, bəzi hallarda Təhlükəsizik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçə saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun illərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində bildirib.

Ardını oxu...

Ermənistanın bəyanatlarına, söylədiklərinə nəzər salsaq, onların bizi təhrik etməsi açıq-aşkar görünür. Bir il bundan əvvəl Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan etmişdir və bu bəyanat danışıqları tamamilə mənasız edir. Çünki danışıqlar masasında olan əsas məsələlərdən biri işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasıdır. Əgər o, “Qarabağ Ermənistandır” deyir və onun anlayışına görə Qarabağ təkcə keçmiş Dağlıq Qarabağ muxtar vilayəti deyil, buraya bütün işğal olunmuş ərazilər daxildir. Bu, onların bu əraziləri geri qaytarmaq istəmədikləri, bu, danışıqların sonu deməkdir.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində səsləndirib.

Ardını oxu...

Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mənim tələb etdiklərim beynəlxalq hüquqa tamamilə müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır. Mənim söylədiyim sözlər demək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir. Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq.

 Prezidenti İlham Əliyev bu fikirləri “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində bildirib.

Ardını oxu...

Zərbə PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir.

Bunu Müdafiə Nazirıliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi bu gün yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin və pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı dezinformasiya yayıb:

Ardını oxu...

Oktyabrın 3-də gecə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləbad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcabədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri intensiv artilleriya atəşinə tutulub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hazırda Ağdam rayonunun Quzanlı, Əlibəyli və Ayaq Qərvənd kəndləri artilleriya atəşinə tutulur.

Ordumuz tərəfindən düşmənə qarşı qəti cavab tədbirləri görülür.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna oktyabrın 1-dək 120 milyon 106 min 408,24 maant, 218 min 680,68 dollar, 18 min 341 avro və 5 min rubl vəsait daxil olub.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, sentyabrın 1-dən oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 6 milyon 691 min 593,07 manat və 5102.8 dollar vəsait daxil olub. 

Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.

Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, cəbhədə vəziyyət gərgin olaraq qalır. Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb və ona sarsıdıcı zərbələr endirilib.

Bütün cəbhə boyu gərgin döyüşlər davam edir.

Ardını oxu...

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.
Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi,  hərbi və digər döyüş texnikası məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

Ardını oxu...

Müdafiə Nazirliyi düşmənin canlı qüvvə və döyüş texnikası sarıdan ağır itkilər verməsinin daha bir videoyazısını yayıb.

Görüntüləri təqdim edirik:

Ardını oxu...

27 sentyabr tarixdə Ermənistan ordusu növbəti dəfə təxribat törədib Azərbaycan torpağına hücum etmiş, dinc əhaliyə xəsarət yetirmişdir. Şanlı ordumuz işğal olunmuş torpaqlarımızı düşməndən azad etmək üçün əks-hücuma keçmişdir. Müzəffər ordumuz Azərbaycan toprpaqlarını yağı tapdağından, işğalından qurtarmaq üçün artıq bir neçə bölgəni işğaldan da azad edib. Əlbəttə, 30 ilə yaxın bir dövrdə ölkəmizin dilbər guşəsi-can Qarabağın düşmən əlində olması bizi çox ağrıdır. 1 milyon soydaşımız yurdundan-yuvasından didərgin düşüb, müqəddəs yerlər, məscidlər, pirlər, tarixi–mədəniyyət abidələrini xain qonşularımız darmadağın etmişlər.

Ardını oxu...

Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını genişləndirərək dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədib.

1988-ci ildən başlayaraq Dağlıq Qarabağda və ona bitişik rayonlarda ermənilər böyük qardaşlarının himayədarlığı ilə can almaqla, qan tökməklə, canfəşanlıqları ilə qəddarlıq yolunu əsas məqsədləri etdilər.
1992-ci ildə dünyanın gözü qarşısında qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımını törətdilər. BMT-nin dörd qətnaməsini, digər təşkilatların qərar və qətnamələrini qulaqardına vuraraq Azərbaycanın əzəli və əbədi torpaqlarını işğal etdilər. 30 ilə yaxın lüzumsuz, nəticəsiz danışıqlar davam etdi.
2016-cı ildə yeni ərazilərimizi işğal etmək arzusu ilə növbəti təcavüzə əl atan ermənilər, ilk dəfə olaraq Azərbaycan Ordusunun gücünü gördü, barıtının qoxusunu duydu, öz qəsbkarlıq əməllərindən peşman oldu, havadarlarını köməyə çağırdı, saxta, hiyləgər vədlər verdi.

Ardını oxu...

Yenə bir qaranlıq gecə igid Azərbaycan əsgərinin şücaəti, rəşadəti ilə nura qərq oldu. Yenə bir sabahımız qələbə xəbəri ilə açıldı. İgid oğullarımız sentyabrın 27-ni tariximizə öz qanları ilə yazdılar. Yeni bir tarixi gün, yeni bir qələbə illərdir, torpaq həsrəti ilə yaşayan insanların gözündə sevinc yaşına, ürəyində qürura döndü. Torpaqlarımız erməni vandalları tərəfindən işğal ediləndən illər sonra – 2016-cı ilin Aprel döyüşlərində xalqımız həsrətində olduğu qələbə xəbəri ilə açdı bir yaz səhərini, iki il sonra 2018-ci ilin may səhərində isə qədim Naxçıvanımızdan qələbə soraqlı müjdələr qanad açdı doğma Azərbaycanımıza. Və bir neçə gündür, gözümüz yolda, qulağımız səsdə gözləyirik şanlı ordumuzun zəfər xəbərlərini. 

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR