26 Dekabr 2024, Cümə axşamı

Bizim mövqeyimiz həm tarixi ədalətə, beynəlxalq hüquqa və dünyada mövcud olan müsbət təcrübəyə əsaslanır. Yəni, birinci mərhələdə işğal olunmuş rayonlardan erməni silahlı qüvvələri çıxarılır. Prinsip etibari ilə bu məsələ artıq Minsk qrupu çərçivəsində təsbit edilib, - beş rayon, ondan sonra iki rayon, ondan sonra Dağlıq Qarabağın özündən, Şuşadan, Xankəndidən, - orada bir çox kəndlərdə azərbaycanlılar yaşayıb, Azərbaycan vətəndaşları oraya qayıdır və Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində davam edir. beş rayon, ondan sonra iki rayon, ondan sonra Dağlıq Qarabağın içindən – Şuşadan, Xankəndidən və orada bir çox köylərdə azərbaycanlılar yaşayıb, orada Azərbaycan vətəndaşları qayıdır və Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr davam edir

Prezident İlham Əliyev bunu Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində aparıcının “Qarabağ işğaldan azad edildikdən sonra Sizin necə bir modeliniz var” sualına cavabında deyib.

Ardını oxu...

Ermənistan silahlı bölmələri cəbhəyanı yaşayış məntəqələrində dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, sosial təyinatlı binaları hədəfə almaqda davam edir.

Erməni hərbçilərinin yaşayış məntəqələrini intensiv atəşə tutulması nəticəsində yaşayış evləri, inzibati binalar, elektrik və qaz təsərrüfatı ilə yanaşı sosial obyektlərə, o cümlədən məktəblərə və uşaq bağçalarına da ziyan dəyir. Ermənistan törətdiyi müharibə cinayətləri ilə mülki insanlara, o cümlədən uşaqlara qarşı terror vasitələrindən istifadə etdiyini və beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir. Düşmənin ağır artilleriyadan atəşi nəticəsində sentyabrın 27-dən indiyədək Tərtər şəhərində, rayonun qəsəbə və kəndlərində ümumilikdə 12 orta məktəb, 1 musiqi məktəb, 1 peşə ixtisas məktəbi, 3 uşaq bağçasına ziyan dəyib.

 

Ermənistanın silahlı qüvvələri oktyabrın 10-da saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən  bildiriblər ki, oktyabrın 14-də səhər saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. Saat 10 radələrində Tərtər rayonu ərazisində kənd orta məktəbinin həyətinə mərmi düşməsi nəticəsində Tərtər Rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 1971-ci il təvəllüdlü Zeynalov Ramiz Surxay oğlu, Əsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 1966-cı il təvəllüdlü Əhmədov Kamran Vəliyəddin oğlu, kənd sakinləri 1976-cı il təvəllüdlü Əliyev Mətləb Cəmşid oğlu, 1987-ci il təvəllüdlü Əhmədov Xəyyam Məhəmməd oğlu, 1965-ci il təvəllüdlü İbrahimov İlqar İbrahim oğlu, 1996-cı il təvəllüdlü Ağazadə Firdovsi Alim oğlu və 1960-cı il təvəllüdlü Süleymanov Ağa Süleyman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Bundan başqa, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nın (AZTV) cəbhəboyu zonaya ezam olunmuş əməkdaşı 1983-cü il təvəllüdlü Qəmbərov Namiq Malik oğlu Ermənistanın mülki əhaliyə qarşı törətdiyi təxribatları dünya ictimaiyyətinə çatdırarkən televiziyanın xidməti avtomobilinin atəşə tutulması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, avtomobilə isə ciddi ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

 

 

 

“Vikipediya”nın italyan dili bölməsində Dağlıq Qarabağ haqqında məqalə zənginləşdirilib.

Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının Sosial və elmi araşdırmalar departamentinin rəhbəri Əli Kəbirli “Vikipediya”nın italyan dili bölməsində Dağlıq Qarabağ haqqında məqaləni əsaslı mənbələrlə redaktə edərək zənginləşdirib. Məqalənin əvvəlki versiyasında təhrif olunmuş məlumatlar çoxluq təşkil edirdi. Mətndə boşluqlar və bitərəfli cümlələr aradan qaldırılıb, etibarlı, əsaslı istinadlar məlumata əlavə edilib. Bugünkü informasiya müharibəsi dövründə bu cür məqalələrdəki yanlışlıqların aradan qaldırılması gənclərimiz tərəfindən uğurlu töhfədir. Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov, Sosial və elmi araşdırmalar departamentinin rəhbəri Əli Kəbirli, departamentin nəzdində fəaliyyət göstərən “Vikipediya” qrupunun könüllüləri italyan dili bölməsində Azərbaycanla bağlı məqalələrin yenilənməsində böyük fəallıq göstərirlər. Bu günə qədər Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyatına dair çoxsaylı məqalə qrup tərəfindən zənginləşdirilib. Hazırda bu sahədə fəaliyyət uğurla davam etdirilir.

 

 

 

Humanitar atəşkəs adı altında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhərlərinə raket və artilleriya vasitələri ilə hücumlar davam edir. Azərbaycana qarşı raket hücumları Ermənistan ərazisindən həyata keçirilir.

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələlər şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib: “Ermənistan çalışır ki, münaqişənin coğrafiyası genişlənsin və üçüncü tərəfləri münaqişəyə cəlb etsin. Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəfləri yoxdur.

Ardını oxu...

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun Xalq şairi Məmməd Arazın vətənpərvərlik lirikasına həsr olunmuş yeni monqrafiyası işıq üzü görüb. “Milli yaddaşım məhək daşı: Xalq şairi Məmməd Araz” adlanan və Əcəmi Nəşriyyat Poliqrafiya Birliyində nəşr olunan monoqrafiya AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapa tövsiyə olunub.

“İstiqlal” ordenli Xalq şairi Məmməd Arazın poetik yaradıcılığının, demək olar ki, böyük bir qismini xalqımızın mənəvi mədəniyyətinin təbliği, milli ruhunun tərənnümü təşkil edir. İstər şeirlərində, istərsə də poemalarında Azərbaycanın daşından vətəndaşına kimi şeirə gətirilməsi və bu zaman milli zəmin üzərində köklənən misralar şairi xalqın sevimlisinə çevirmiş, şeirləri dillər əzbəri olmuş, yaradıcılığı daim tədqiqatların əsas obyektinə çevrilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan ordusunun guya Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus döyüş təyyarəsinin vurulması ilə bağlı əsassız məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda qeyd olunub: “Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.

Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb”.

 

 

 

 

 

Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır. Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb. Sənətkarın tərcümeyi-halının, taleyinin daha çox onun yaradıcılığında öz əksini tapıb. Məmməd Araz özü də şeirlərində bunu dəfələrlə etiraf edib. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: “Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir”.

Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərləri ilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.

Ardını oxu...

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda və onun ətraf ərazilərində baş verən hadisələr, Ermənistanın torpaqlarımızda törətdiyi qanlı hadisələr, apardığı yalan və böhtan siyasəti bu təcavüzkar dövlətin özünün uydurma tarixinə bir daha yenidən baxılmasını tələb edir. Bu baxımdan yanaşdıqda hələ XIX əsrin axırlarında Qafqaz-rus mətbuatında rus maarifçi ziyalısı Stepan Pavloviç Zelinskinin yazıb çap etdirdiyi materiallar xüsusi aktuallıq kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin XX əsrin əvvəllərinin mürəkkəb ictimai-siyasi prosesləri və o cümlədən qədim Azərbaycan şəhəri olan İrəvanın tarixi taleyi haqqında irəli sürdüyü fikirlər obyektiv reallıqları əks etdirir və arxiv sənədlərinə əsaslanır. Dövlət başçımızın fikirləri, eyni zamanda, keşməkeşli və məsuliyyətli dövr olan XX əsrin əvvəlləri Azərbaycan tarixinin yenidən və daha əsaslı şəkildə tədqiq edilib öyrənilməsinə dövlət səviyyəsində çağırışın ifadəsidir. Bu cəhətdən İrəvan şəhərinin XIX əsrin axırlarındakı tarixi vəziyyətini əks etdirən bu şəhərin məhəllələrinin adlarına dair sənədlərin və materialların tədqiqata cəlb edilməsi, elmi dövriyyəyə gətirilməsi mühüm əhəmiyyətə malikdir.

Ardını oxu...

Erməni vandalizminə ən çox məruz qalan yaşayış məntəqələrimizdən biri də Füzuli rayonunun Şükürbəyli kəndidir. Azərbaycanın mübariz ordusu qarşısında tab gətirməyən və əldə olunan humanitar atəşkəs rejiminə əməl etməyən erməni hərbçilər hər fürsətdə bu kəndi ağır artileriya və raketlərlə atəşə tutur, əli silahsız dinc əhalini hədəf alır.

Kənd sakinləri düşməndən qorxmur və mərd-mərdanə öz yurdlarında yaşayırlar.

Ardını oxu...

Ermənistan silahlı qüvvələri Tərtər rayonunda jurnalistləri atəşə tutub.

Hadisə rayonun Düyərli kəndində baş verib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin (AZTV) çəkiliş qrupunun olduğu avtomobil qəfil atəşə tutulub.

Hadisə nəticəsində avtomobilin sürücüsü Namiq Qənbərov üz və qarın nahiyəsindən xəsarət alıb, maşına ciddi ziyan dəyib.

trend.az

Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 14.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulmuşdur.

Ardını oxu...

Oktyabrın 14-ü saat 08:36 radələrində Ermənistan Respublikasının Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələri növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilmişdir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənmişdi.

Ardını oxu...

Ermənistan tərəfindən növbəti dəfə qəsdən planlaşdırılan və məqsədyönlü insan fəlakətinin qarşısı alınıb.

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb. 

"Ermənistanın atışa hazır olan ballistik raketi Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunun sərhəd zonasında start mövqeyində məhv edilib. Xeyli dinc sakinin həyatı xilas olunub", - deyə Azərbaycan Prezidentinin köməkçisi əlavə edib.

Oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın edib və görülən tədbirlər nəticəsində itki verərək geri oturdulub.

Ardını oxu...

Oktyabrın 14-də saat 01:00 radələrində Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir-neçə əməliyyat-taktiki ballistik raket kompleksinin start mövqeyində yerləşdirilməsi müşahidə olunub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu ərazidəki raket kompleksləri Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənmişdir.

Ardını oxu...

Dünyanın bir sıra ölkələrinin siyasi partiyaları, parlament üzvləri və beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, bu günlərdə dünyanın bir sıra ölkələrinin parlamentlərində təmsil olunan siyasi partiyalar, parlament üzvləri və beynəlxalq parlament təşkilatlarının nümayəndələri Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlarla bağlı bəyanatlarla çıxış ediblər.

Ardını oxu...

İşğaldan azad olunan Hadrut qəsəbəsinin görüntüləri yayılıb.

 Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdim edirik:

Ardını oxu...

Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "Telegram" kanalı və "İnstagram" hesabı açılıb.

Müdafiə Nazirliyindən bildirilib ki, vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin saxta kanala (https://t.me/azerbaycan_mudafie_nazirliyi) və hesaba (https://www.instagram.com/mudafie.nazirliyi) istinad etməməyə çağırırıq.

Ardını oxu...

İsveçin Xarici İşlər naziri Ann Linde Türkiyəyə səfər edib. Ankarada ikitərəfli və nümayəndə heyətlərinin iştirakı ilə görüşlərdən sonra Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və İsveçin Xarici İşlər naziri Ann Linde birgə mətbuat konfransı keçiriblər.

Nazirlər gündəlikdə duran məsələlər, Ermənistanın Azərbaycan hücumları nəticəsində yaranmış hərbi gərginliklə bağlı fikirlərini bildiriblər.

Mövlud Çavuşoğlu deyib ki, beynəlxalq ictimaiyyət atəşkəs çağırışı etməkdən başqa, Ermənistana Azərbaycan torpaqlarından çıxmağı tələb edərsə, o zaman onun həqiqətən də problemi həll etmək arzusunda olduğunu görə bilərik.

Ardını oxu...

Muxtar respublikamızda ordu və xalq arasında olan birlik bu gün yüksək səviyyədədir. Bayramlar, əlamətdar və tarixi günlər ərəfəsində müxtəlif nazirlik, komitə, xidmət kollektivlərinin, sahibkarların ordu sıralarında qulluq edən əsgərlərimizlə görüşləri, onlara sovqatlar aparmaları sərhədlərimizin və ərazi bütövlüyümüzün keşiyində dayanan hərbçilərdə yüksək ovqat yaradır. Bu günlərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Veteranlar Şurası Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında olub.

Ardını oxu...

“Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozur. Onlar Azərbaycanın Goranboy, Tərtər və Ağdam rayonlarını atəşə tutmağa davam edirlər”.

Bunu “Report”a amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.

“Avropa İttifaqı və Aİ Şurası susmaqla və rəsmi Yerevana təzyiq göstərmək və Nikol Paşinyanı ədalət mühakiməsinə cəlb etmək üçün heç bir addım atmamaqla böyük səhv edir. Avropa Şurasının prezidenti Şarl Mişel susqunluğu və səriştəsizliyi ilə Ermənistanın cinayətlərini müdafiə edir. Martin Lüter Kinq bir dəfə belə deyib: “Vacib şeylərdən danışmağı dayandırdığımız gün həyatımız bitər”, - o bildirib.

Ardını oxu...

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Özbəkistanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxonovla görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Komitə sədri Fuad Muradov 30 ilə yaxın müddətdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək barədə beynəlxalq öhdəliklərə əməl etməməsi və torpaqlarımızda təxribat törətmələri ilə bağlı məlumat verib. O bildirib ki, Ermənistan ərazisindən Azərbaycanın qədim şəhəri Gəncədə çoxmənzilli yaşayış binalarının raket zərbəsinə məruz qalması, mülki şəxslərin, uşaqların qətlə yetirilməsi soyqırım və vandalizm aktı kimi qiymətləndirilməlidir.

Görüşdə həmçinin xaricdə yaşayan azərbaycanlıların informasiya müharibəsində iştirakı, beynəlxalq ictimaiyyətə etdikləri çağırışlar diqqətə çatdırılıb.

Ardını oxu...

Nazirlər Kabineti Bakı Sağlamlıq Mərkəzinin qan bankları siyahısına daxil edilməsinə aydınlıq gətirib.

Müasir zamanda tibbin bir çox sahələrində qan və onun komponetləri əvəzolunmaz müalicə vasitəsi kimi geniş istifadə olunur.

Qan xidmətinin dinamik inkişafı olmadan cərrahiyyə, reanimasiya, hematoloji, mamalıq, onkologiya, travmatologiya və s. kimi ixtisaslaşmış tibbi yardım növlərinin fəaliyyətini uğurla həyata keçirmək mümkün deyil. Fövqaladə vəziyyət və müharibə zamanı yaralıların və ziyançəkənlərın kütləvi qəbulu ilə əlaqədar qan xidmətinin rolu xüsusilə artır.

Son zamanlar bütün dünyada tibb müəssisələrinin qan komponentlərinə və qan preparatlarına olan ehtiyacları davamlı olaraq artmaqdadır.

Ardını oxu...

Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki hərbi qarşıdurmadan dərin narahatlığını bildirir.

Bu barədə Türk Şurasının Baş katibi Bağdad Amreyevin bəyanatında deyilir.

Bildirilir ki, Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə dair öhdəliklərini bir daha təsdiq edir və Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyini bir daha vurğulayır:

"Türk Şurası bu çərçivədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş müvafiq qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasının tələb etdiyini xatırladır.
Baş katib insan tələfatı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır".

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 64 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

 

 

Ermənistan Sİlahlı Qüvvələri Füzuli rayonun Qazaxlar kənidini növbəti dəfə raket atəşini tutub.

Ermənistan tərəfi növbəti dəfə “Smerç” tipli raketlərdən istifadə edib. Raketlər Qazaxlar kəndinin yaxınlığına düşüb.

Qeyd edək ki, Ermənistanın dinc sakinləri atəşə tutması nəticəsində 42 nəfər dinc sakin ölüb. Hadisələr nəticəsində 206 nəfər sakin xəsarət alıb, 1479 ev, 66 çoxmənzilli yaşayış binası, 241 mülki obyekt isə yararsız vəziyyətə düşüb.

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ məsələsi ilə bağlı təcili toplanmalıdır.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu bildirib ki, Türkiyə Minsk qrupunun təcili toplanması ilə bağlı təklif edib: "Ermənistan tərəfindən mülki insanların öldürülməsi yolverilməzdir. Ermənistan beynəlxalq ictimaiyyətin cavabsızlığından cəsarətələnərək yeni təxribatlar törədir. Beynəlxalq ictimaiyyət Ermənistandan işğal etdiyi ərazilərdən çıxmasını tələb etməlidir".

 

 

 

Həyatda hər birimizin qürur duyduğumuz, müqəddəs sandığımız bir neçə anlayış var. Üstündə gəzdiyimiz, suyunu içdiyimiz, havasını udduğumuz, çörəyini yediyimiz Vətən məhz belə anlayışlardandır. Vətən! ən əziz adım, Vətən ən uca zirvəm... Hər zaman qürurla, uca səslə səsləndirdiyim kəliməmdir Vətən! Vətən tale töhfəsidir, Vətən bəşər övladının şanı-şərəfi, qeyrəti, namusudur... Bütün sevinclərimizin əzəli də ona bağlıdır, axırı da... Haradan başlanır Vətən? Vətən bizim evimizdən, küçələrimizdən, məhəllələrimizdən, kəndlərimizdən, şəhərlərimizdən başlanır. Vətən onun gözəlliyinin şahidi olan atlaz çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, coşqun çaylardan, mavi göllərdən başlanır. Vətən, səsim çatandır, ünüm yetəndir. Məmməd Araz demişkən: “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim”. İnsan qəlbinin ən böyük nəğməsi Vətən nəğməsidir. Sonsuz ənginliklərə, doğma torpağa dikilmiş bütün məhəbbətli gözlər hələ beşikdə çırpınan balaca körpələrimizin ürkək qəlbləri ancaq bu nəğməni zümzümə edir. Vətən hər bir vətəndaşın doğulduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən bu xalqın evi, bu xalq da Vətəndə yaşayan ailədir. Vətən bizi qoruyan anadır, gözümüzün ilk gördüyü torpaqdır. Ümummilli liderin fikrincə, Vətən yalnız coğrafi ərazi deyil, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, əyilməz vüqarı, qürur mənbəyi, bütün varlığı, taleyi, gücü, qüdrəti, əbədi səcdəgahıdır. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”-deyən və Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirərkən həyəcandan səsi titrəyən ulu öndərimiz Heydər Əliyevin Vətən sevgisi hər birimiz üçün örnəkdir.

Ardını oxu...

Azərbaycan Silahlı Qüvvələrinin zərbə PUA-ları Ermənistan ordusuna ümumilikdə azı 1 milyard ABŞ dolları ziyan vurub.

Bu barədə “Clash Report”un araşdırmasında qeyd olunub.

Bildirilib ki, ən çox ziyan düşmənin hava hücumundan müdafiə sisteminə dəyib – 485 milyon ABŞ dolları.

Bundan başqa, Ermənistan silahlı qüvvələrinin 84 tank itirdiyi (oktyabrın 12-nə olan məlumat) və bunun ümumi dəyərinin 210 milyon ABŞ dolları olduğu vurğulanıb.

Həmçinin araşdırmada Ermənistan ordusunun itirdiyi top, zirehli transportyor, müxtəlif nəqliyyat vasitələri, radar və s. var.

 

 

 

Azərbaycan əsgəri yeni tarix yazır. Şəkli təqdim olunan igidimiz əsgər Hünər Məmmədovdur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, adı kimi özü də hünər və rəşadət örnəyi olan igid əsgərimiz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyi ilə düşmənin 7 tankını, 1 PDM-ni, silah-sursat dolu 1 avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib.

Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!

 

 

 

Son günlər Ermənistandan xarici ölkələrə qaçanların sayı artıb. Amma bəzi ölkələr onları sərhəddən buraxmırlar.

Ötən həftə ərzində Ukrayna 200-ə yaxın Ermənistan vətəndaşını ölkəyə buraxmayıb. Buna səbəb Ermənistanda koronavirusun sürətlə yayılması və xəstə ermənilərin Ukraynada virus mənbəyi yaratması ehtimalı göstərilib.

Bildirilir ki, Rusiya, İsrail və Yunanıstan da 300-dən çox Ermənistan vətəndaşının sərhəddən geri qaytarıb.

Onların bəzilərinin koronavirus xəstəsi olmaları barədə saxta arayış aldıqları məlum olub. Lakin onlar da sərhəddən geri qaytarılıblar.

Ardını oxu...

Çilinin “Infogate” xəbər agentliyi Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş müşaviri Vasif Hüseynovun “Azərbaycanın gücü təkcə döyüş meydanında deyil, həm də beynəlxalq hüquqdadır” sərlövhəli məqaləsini dərc edib (bax: https://www.infogate.cl/2020/10/09/la-fuerza-de-azerbaiyan-no-esta-solo-en-el-campo-de-batalla-esta-en-el-derecho-internacional/)

Vasif Hüseynovun bu məqaləsində qeyd edildiyi kimi, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirir, Azərbaycan Ordusunun əks-hücumlarının qarşısında durmağa Ermənistanın canlı qüvvəsi və hərbi texnikası çatmır, Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpasını tələb edir.

Ardını oxu...

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.

Bu fikirləri açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı bəyan etdi ki, erməni xalqı öz müqəddəratını artıq təyin edib və onların erməni dövləti var: “Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”.

Ardını oxu...

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini atəşə tutur. Rayonun yaşayış məntəqələrinin ağır artilleriya qurğularından atəşə tutulması nəticəsində sakinlərə məxsus evlərə, yardımçı binalara və digər obyektlərə, elektrik və qaz təsərrüfatlarına ziyan dəyir.

Ermənistan hərbçilərinin sentyabrın 27-dən başlayan artilleriya atəşləri nəticəsində ilkin məlumata görə, Ağcabədi rayonunun yaşayış məntəqələrində 11 ev tamamilə dağılıb, 150-ə yaxın evə, 1 uşaq bağçasına, 1 məscidə və 1 kitabxanaya ziyan dəyib.

Erməni vəhşiliyinin izlərini rayonun kəndlərindən birində çəkilmiş fotolarda təqdim edirik.

Ardını oxu...

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev oktyabrın 12-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Bauer ilə görüşüb.

Dövlət Komissiyasının sədri Əli Nağıyev Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində beynəlxalq humanitar hüquq normalarının ciddi pozulduğunu, Ermənistan tərəfdən mülki vətəndaşların milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən öldürüldüyünü, habelə əhalinin əmlakının bilərəkdən məhv edilməsi cinayətlərinin törədildiyini diqqətə çatdırıb.

Komissiyadan  bildiriblər ki, Əli Nağıyev Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskvadakı görüşünün nəticəsində 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması barədə razılığın əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bu razılığı kobud şəkildə pozmaqda davam etdiyini vurğulayıb. Qeyd olunub ki, işğaldan azad edilmiş Suqovuşan ərazisində sanitar maşınının atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir nəfər tibb xidməti qulluqçusu ağır yaralanıb. Həmçinin oktyabrın 11-də gecə saatlarında cəbhə bölgəsindən xeyli kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalıb. Nəticədə 5-i qadın olmaqla 10 nəfər dinc sakin həlak olub, 10 qadın və 5 azyaşlı uşaq, ümumilikdə 34 nəfər yaralanıb. Vurğulanıb ki, cari il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın münaqişə və müharibə zonasından kənarda yerləşən yaşayış məntəqələrinə ağır artilleriya və raket zərbələri nəticəsində 41 mülki şəxs həlak olub, 211 nəfər yaralanıb, 1200-dən artıq şəxsi ev və mülki obyekt dağıdılıb.

Ardını oxu...

Təhsil Nazirliyi Ermənistanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olan məktəblilərin fotolarını yayıb.

Nazirlikdən verilən məlumata görə, Ermənistanın dinc əhaliyə hücumları zamanı 3 məktəbli həlak olub. Onlar Naftalan şəhəri Qaşaltı Qaraqoyunlu kənd orta məktəbinin 9-cu sinif şagirdi Fidan Qurbanova və həmin məktəbin 7-ci sinif şagirdi Şəhriyar Qurbanov, Ağcabədi rayonu Taynaq kənd orta məktəbinin 9-cu sinif şagirdi Fərid İsgəndərovdur.

 

 

 

Azərbaycan Ordusunun həmlələri qarşısında aciz qalan düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanları ağır artilleriyadan atəşə tutmaqda davam edir. Ermənistan yaşayış məntəqələrini atəşə tutmaqla müharibə cinayəti törədir, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.

İlkin məlumata görə, sentyabrın 27-dən bəri Tərtər şəhərində, rayonun qəsəbə və kəndlərində sakinlərə məxsus 100-dən çox ev dağılıb, 500-dək evə, 51 çoxmənzilli yaşayış binasına, 60 yardımçı tikiliyə, 18 sosial, 7 istehsal, 27 ticarət obyektinə, 14 inzibati binaya ziyan dəyib. Mülki şəxslər arasında ölən və yaralananlar var.

Ardını oxu...

“Tanımadığım azərbaycanlılar instaqramda mənim köhnə pitsamı bəyəndiyi halda, yad ermənilər nifrət dolu rəylər göndərirlər. İnternet təəccübləndirir”.

Bunu Almaniyanın araşdırmaçı jurnalisti, “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktoru Yulian Röpke tvitterdəki hesabında yazıb.

Qeyd edək ki, Y.Röpke münaqişələr üzrə ekspertdir. O, yazılarında erməni yaraqlılarının Gəncəyə hücumunu qınayıb, Ermənistanın dinc əhaliyə qarşı təcavüzü barədə məlumat verib, Ermənistan ordusunun Azərbaycan PUA-ları qarşısında acizliyindən bəhs edib. O həmçinin Ermənistan Müdafiə Nazirliyinin yalanlarını da ifşa edib.

 

 

 

Azərbaycan Ordusunun bölmələri heç bir atəş açmır və hücum həyata keçirmir.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı açıqlamasında deyib.

V.Dərgahlı bildirib: Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə əməl edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişellə telefon danışığı keçirib.

Danışıqlar zamanı Türkiyə Prezidenti Aİ-ni Azərbaycanın ərazi bütövlüyü məsələsində ardıcıl mövqe nümayiş etdirməyə çağırıb.

Ardını oxu...

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb.

Ardını oxu...

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutur.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Cənubi Qafqaz respublikaları ilə Тürkiyə arasında bağlanmış Qars müqaviləsinin imzalanmasından 99 il ötür. 1921-ci il oktyabrın 13-də imzalanan və Moskva müqaviləsindəki müəyyənləşdirilmiş müddəalarla üst-üstə düşən Qars müqaviləsi ilə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında digər məsələlər, xüsusən də ərazi-sərhəd problemi həll olunmuşdur. Müqaviləyə görə, Türkiyə ərazi verilməsi baxımından heç bir güzəştə getməyərək şimal-şərq sərhədlərini qoruyub saxlamış, Naxçıvanla bağlı məsələ öz ədalətli həllini tapmışdır.

Ardını oxu...

Oktyabrın 10-da Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Rafael Əliyev çıxış edərək bildirib ki, ötən yüz il ərzində nazirlik böyük tarixi yol keçib. Ötən 28 il ərzində intibah dövrünü yaşayan muxtar respublikanın maliyyə sistemi bu gün müasir tələblər səviyyəsində fəaliyyət göstərən, istər infrastruktur, istərsə də institusional cəhətdən böyük inkişaf yolu keçmiş təkmil bir quruma çevrilib.
Qeyd edilib ki, muxtar respublikada həyata keçirilən maliyyə siyasəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəyyən etdiyi konkret istiqamətlər əsasında formalaşır. Müəyyən edilmiş istiqamətlərin icrası yönündə bu gün Maliyyə Nazirliyi tərəfindən kompleks tədbirlər aparılır ki, bütün bunların hamısı məhz ötən dövr ərzində yaradılmış infrastruktur və aparılmış təşkilati işlər hesabına mümkün olub.

Ardını oxu...

Oktyabrın 12-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında telefon danışığı olub.

Baş Prokurorluğun mətbuat xidmətindən  bildiriblər ki, tərəflər iki ölkə arasında hüquqi əlaqələrin səviyyəsindən məmnunluq ifadə edərək cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində əməkdaşlığı yüksək qiymətləndiriblər.

Ardını oxu...

Əlbəttə ki, Gəncə belə vəhşi atəşə məruz qaldıqda bu, hər bir azərbaycanlını hiddətləndirir və adekvat cavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk. Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir: biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir.

Bu sözləri Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, dayanıqlı atəşkəsin təmin edilməsi üçün, ilk növbədə, Ermənistan anlamalıdır ki, artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya qayıtmayacaqlar. Bu, onlar üçün tamamilə qeyri-mümkündür. Kim nə deyirsə-desin, kim onları necə dəstəkləyirsə dəstəkləsin, bu, olmayacaq. Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdır. Bizi oradan heç bir qüvvə çıxara bilməz. Bunu nə qədər tez anlasalar, onlar üçün o qədər də yaxşı olacaq.

 

 

 

Ermənilər öyrəşiblər ki, dünya meydanında onlara daim dəstək veriləcək. Dünya erməniliyi, onların havadarları, islamofob dairələr, təəssüf ki, dünyada kifayət qədər güclü mövqelərə malikdirlər. Onlar hər zaman Ermənistanı və onların bizə qarşı təcavüzkar siyasətini dəstəkləyirdilər, onları müdafiə edirdilər. Azərbaycan haqqında olmazın yalanlar yayırdılar, azərbaycanlıları təcavüzkar kimi göstərmək istəyirdilər.

Bu fikirləri Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində deyib.

“Ancaq bugünkü dünyada, internet dövründə bunu etmək onlar üçün artıq çox çətindir. Çünki artıq qeyri-ənənəvi mətbuat vasitələri var, internet var və məlumatın çatdırılması o qədər də çətin məsələ deyil. Ona görə bu gün onlar informasiya mübarizəsində də əvvəlki mövqelərə sahib deyillər. Biz isə haqq yolundayıq. Həm beynəlxalq hüquq baxımından, həm tarixi ədalət baxımından biz haqlıyıq. Biz öz torpağımızdayıq, öz torpağımızda vuruşuruq. Erməni əsgəri bizim torpaqlarımızdan çıxarsa, bu münaqişəyə də son qoyulacaq”.

 

 

 

Gəncəyə bu hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir.

Bunu Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib: “Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilmişdir. Bizdə dəqiq məlumat var ki, Paşinyan hazırda çox ağır psixoloji sarsıntılar keçirir. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir. Məsələn, Hadrutu yenə işğal altına salmaq üçün onlar bir neçə dəfə cəhdlər göstərdilər. Mənə bu səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş özəl komando qruplarından ibarət olan böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb. Halbuki, strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün o qədər də böyük önəmi yoxdur. Sadəcə olaraq, gedib orada şelfi çəkdirmək, yaxud da ki, öz əhalisinə bir hesabat vermək üçün. Azərbaycan Ordusu o qrupu zərərsizləşdirdi və orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasətinin qurbanlarıdır”.

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR